DYP sürücülərə MÜRACİƏT ETDİ

DYP sürücülərə MÜRACİƏT ETDİ"Paytaxt sakinlərindən "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi yarış ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə treykin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur".

BiG.AZ xəbər verir ki, bunu Report-un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

"Bakıda keçiriləcək yarışla əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, habelə ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, idmançı və texniki heyətin, eləcə də yerli azarkeşlərin və əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iyunun 13-dək respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini tövsiyə edir.

Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz bir şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına lazımi dəstəyini və köməyini nümayiş etdirəcəklər.

Bir daha xüsusi ilə regionlardan paytaxta doğru hərəkət edən insanların şəxsi nəqliyyat vasitələrindən yox, müntəzəm nəqliyyat vasitələrindən istifadə etməsini xahiş edirik", - DYP rəsmisi vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1004   Tarix: 10 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 580,017 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr

15:20 120
.

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə avqustun 28-də Moşkovo rayonundakı göllərin birində baş verib. Hadisə barədə ovçulardan birinin qohumuna zəng etməsindən sonr

14:30 128
.

Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı

Kanada "Rosnano" korporasiyasının sabiq rəhbəri Anatoli Çubaysın (Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi - red.) adını özünün sanksiya siyahılarından xaric edib. xəbər verir ki, bu barədə "Canada Gazette" məlumat yayıb. Kanada Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyun ayınd

13:00 139
.

Rostov yaxınlığında "Ozon"un iki logistika mərkəzi PUA zərbələri səbəbindən işini dayandırıb

Rostov vilayətində "Ozon"un iki logistika mərkəzi pilotsuz uçuş aparatları ilə (PUA) zərbələrdən sonra işini müvəqqəti dayandırıb. "Report" xəbər verir ki, bu barədə şirkət teleqram kanalında məlumat yayıb. "Ozon"un məlumatına görə, ötən gecə logistika obyektlərindən bir

29.08.2026 197
.

Merts Leypsiq hava limanında dron hücumuna görə Rusiyanı günahlandırmaq niyyətindədir

Almaniya kansleri Fridrix Merts Leipsiq hava limanında pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaq və Moskvaya qarşı genişmiqyaslı sanksiyalar elan etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Politico" və "Welt am Sonntag"

12:30 139
.

ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır

ABŞ artıq sentyabrda Venesuela ilə uzunmüddətli enerji sazişi bağlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" Vaşinqton və Karakas arasındakı danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-nin dövlə

18:30 0
.

Buna görə 70 manat dövlət rüsumu alınacaq

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. "Unikal" xəbər verir ki, yeni qanunla Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyya

00:11 246
.

Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb

Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib

00:27 274
.

Səhv karta göndərilən pul necə geri alınır?

Kart və ya bank hesabına yanlışlıqla başqa şəxsə məxsus vəsaitin köçürülməsi halları ilə bağlı vətəndaşların əsas suallarından biri pulun sahibinə necə qaytarılmasıdır. Hazırda belə vəziyyətlər üçün vahid və avtomatik tətbiq olunan geri qaytarma mexanizminin olub-olmaması da maraq doğurur. Bank ekspert

00:24 302
.