Şəxsi şəkilləriniz internetdə yayılsa, necə silə bilərsiniz? - Mütəxəssisdən CAVAB

Şəxsi şəkilləriniz internetdə yayılsa, necə silə bilərsiniz? - Mütəxəssisdən CAVABİnternet - istifadəçilərin məlumatın saxlanması, paylaşılması və rahat əldə olunması istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik. Bu gün İnternet, demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. Lakin bu vasitədən sui-istifadə edənlər də var. Bəzi şəxslərin internetdə yayılan intim şəkilləri bunun göstəricisidir.

Bəs bu kimi şəxsi şəkillərin yayılmasının qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Sonxeber.az saytına IT üzrə mütəxəssis Bəhruz Əliyev münasibət bildirib.

Onun sözlərinə görə, internetdə yayılan şəkillər və bir çox məlumatlar müəyyən indeksdən keçir:
"İndeksdən keçdiyinə görə mənbə silinsə də, onun digər informasiya mənbələrindən tam silinməsi müəyyən zaman alır. Hətta internet arxivi sayılan https://web.archive.org/ saytında bütün saytlar üzrə keçmişdə olan və indi mənbədə mövcud olmayan məlumatlara çatmaq mümkündür. Eyni zamanda informasiya mənbəyi aradan qaldırılsa belə, onun "Google index"dən silinməsi zaman alan məsələdir. Demək olar ki, dünyada olan bütün məlumatlar "Google" və onun kimi axtarış motorları tərəfindən indekslənir, amma görülən müəyyən işlərlə əlçatanlığı azaltmaq mümkündür".

Müsahibimiz bir çox sosial platformalarda icazəsiz paylaşılan şəkillərlə bağlı qeyd edib ki, sosial mediada yerləşdirilən şəkilləri yalnız ora yerləşdirən şəxslər silə bilər:

"Bu hallarla rastlaşdıqda həmin səhifənin admininə müraciət olunmalıdır və ya platforma üzərindən mövcud olan şikayət funksiyasından da istifadə edilə bilər. Həmin şəxs həmin postu ya şəkli aradan qaldırarsa, təbii ki, əlçatanlıq azalar.

Bilirsiniz ki, sayt və portalların əksəriyyəti müxtəlif şifrələnmə üsulu ilə işləyir və təhlükəsizlik tədbirləri mövcuddur. Hər hansı bir informasiya mənbəyinə şəxsi müdaxilə, təbii ki, qanunla da uyğun deyil. Yaxşı olar ki, məlumatı yerləşdirilən şəxsə müraciət edilsin. Dələduzluq halıdırsa, müvafiq dövlət orqanlarına müraciət etmək tövsiyə olunur".

Bəs hansı hallarda şəkillərimiz internetə düşür?

Mütəxəssis bildirib ki, "Google" axtarış-araşdırma platformasının özünün alqoritmi var, həmin şəkilləri bir neçə günlük keş yaddaşında saxlama imkanı var. Əgər mənbədən silirsə, bir neçə gün və ya həftəyə aradan qalxır. Məlumat yerindəolmayanda "Google" onu göstərmir. "Google" həmin proseslərə müəyyən alqoritmə uyğun reaksiya verir. Dəqiqləşdirmək üçün vaxt limitinin olması təbiidir.

Bu kimi halların baş verməməsi üçün hansı addımları atmalıyıq?

Bəhruz Əliyev yad və üçüncü tərəf proqramlardan istifadə etməməyi məsləhət görüb:

"Özəlliklə bəzi VPN sistemlərinin və saytların məqsədi istifadəçilərin şifrələrini ələ keçirməkdir. Ona görə internet istifadəçiləri mənbəsi bilinməyən, etibarlı olmayan VPN-lərə daxil olmasınlar. Bu barədə müvafiq dövlət qurumları da saytlarında vaxtaşırı məlumatlar verirlər, onlardan da istifadə edə bilərlər. Çox insan saytlara girəndə müəyyən bildirişlərlə qarşılaşır. Həmin bildirişlərə istifadəçilər dəqiqləşdirmədən icazə versələr, şəxsi məlumatlarının ötürülməsinə icazə vermiş ola bilərlər. Ehtiyatlı seçimlər edilməlidir. Məsləhət olan odur ki, etibarlı olmayan mənbələrdən gələn bildirişləri qəbul etməsinlər, şübhəli görsənən vebsaytlara daxil olmasınlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1041   Tarix: 10 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

21:00 1
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 179
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 179
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 191
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.