Qəzada ölən polkovnik-leytenantın ailəsi sürücünü BAĞIŞLADI
2016-cı ilin Aprel döyüşlərinin və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş polkovnik-leytenant Şöhrət Namazov srağagün faciəli şəkildə həyatını itirib.
Bir müddət əvvəl ehtiyata buraxılan zabit Gəncə şəhərində yolu keçmək istəyərkən, onu avtomobil vurub. Müharibə veteranı hadisə nəticəsində dünyasını dəyişib.
Mərhumun qohumları Modern.az-a bildiriblər ki, hadisə Ş.Namazovun evinin yaxınlığında baş verib. Axşam saat 22:00 radələrində yolu keçməyə çalışan zabiti maşın vurub. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib.
"Şöhrətin bir oğlu, bir qızı var. Böyük uşağı 12, kiçiyi isə 10 yaşındadır. Yeni təqaüdə buraxılmışdı. Qardaşı mülki həkim idi, amma o da Şöhrət kimi döyüşə yollandı və qazi oldu".
Qohumlarının dediyinə görə, ölümə səbəb olan sürücü saxlanılsa da, mərhum zabitin ailəsi həmin şəxsdən şikayətçi olmadığını bildirib:
"Ailəsi şikayətçi olmadı, amma onu maşınla vuran sürücü saxlanıldı. Şöhrət Namazov "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdu. Ailəsinə deyibmiş ki, daha 2 medal da alacaq, amma qismət olmadı".
Qeyd edək ki, məlum hadisə Gəncə şəhərinin Nizami prospektində baş verib. Gəncə sakini R.İsmayılov idarə etdiyi KİA markalı avtomobillə yolu keçən piyada Şöhrət Namazovu vurub. O, xəstəxanaya aparılarkən ölüb.
Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1132 Tarix: 10 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
19:15 145 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
16:50 179 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
16:18 183 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
15:06 198 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
22:00 0 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
20:34 40 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 188 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
17:20 167 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 191