Bartoş Qolabek: "Bunlar Moskvadan gələn dedi-qodular və boş söhbətlərdir"

Bartoş Qolabek: "Bunlar Moskvadan gələn dedi-qodular və boş söhbətlərdir""Ukraynadan olan qaçqınlar müharibə səbəbindən Polşaya gəlməkdə davam edir, müharibə zonasından təxliyə olunurlar. Amma Ukrayna vətəndaşlarının, ilk növbədə, Donbasdan Polşaya gələn ilk axını 2014-cü ilin yazından - qondarma "rus baharı"nın başladığı vaxtdan müşahidə olunur".

Bu sözləri Krosnodakı (Polşa) Dövlət Peşə Ali Məktəbinin Humanitar Elmlər İnstitutunun direktoru Bartoş Qolabek Oxu.Az-a müsahibəsində Ukraynadan gələn qaçqın axını ilə bağlı danışarkən deyib:

- O zaman gələn Ukrayna vətəndaşlarının sayı bir milyona yaxın idi. Onlar bizim cəmiyyətimizə, məşğulluq sisteminə möhkəm, təbii şəkildə birləşiblər. Bir qrupu əsasən fiziki əməklə məşğul olan insanlardır. İkincisi kifayət qədər yaxşı təhsilli gənclərdir, bir çox korporasiyalar onları görməkdən məmnundurlar. İngilis dilini pis bilmirlər, rus dilini mükəmməl bilirlər.

Son yeddi ildə onlar artıq ölkəmizin bir hissəsinə çevriliblər. Bütün polyakların ukraynalı tanışı var. Polşada doğulan uşaqlar polyak dilini mükəmməl bilir və hətta valideynlərini də öyrədirlər. Müşahidələrimə görə, onlar ölkəmizi zənginləşdiriblər.

- Bəs indiki vəziyyət necədir? Bu ki, Ukraynadan gələn qaçqınların ikinci, daha güclü dalğasıdır.

-Bəli, bu axın xüsusidir. Ukraynalılar təkcə Polşaya yox, Avropaya köçürlər. Onlar əsasən uşaqlı qadınlardır. 2014-cü ildə biz həm iqtisadi səbəblərdən, həm də Ukraynanın şərqində müharibə qorxusundan daha çox miqrantın şahidi olduq. Onlar yaşamaq üçün yeni yer tapmalı olduqlarından Polşanı seçiblər və burada qalıblar.

İndi gələnlərin çoxu yaxın gələcəkdə öz ölkələrinə qayıda biləcəklərinə ümid edir. Hazırda Ukraynaya doğru sərhədi keçənlərin sayı Ukraynadan Polşaya və oradan da Avropaya gedənlərdən çoxdur.

Regional idarələrimiz çox yaxşı işləyir. Məktəblər və uşaq bağçaları anaları və nənələri ilə gələn ukraynalı uşaqları hərarətlə qarşıladılar. Qeydlər Ukrayna və rus dillərində çıxdı, mən bunu, məsələn, oğlumun oxuduğu məktəbdə gördüm. Biz hamımız, o cümlədən mən, ailəm, tələbələrim ukraynalı qaçqınlara kömək edirik.

- Rusiyada deyirlər ki, Polşa Ukrayna ərazilərini özününküləşdirəcək. Belə bir bəyanatla, məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

-Əgər söhbət Polşanın Ukraynanın mövcudluğunu dayandırmasını istəyib-istəmədiyindən və Varşavanın bəzi Ukrayna ərazilərini almaq niyyətinin olub-olmadığından gedirsə, dərhal cavab verim ki, yox, heç bir halda belə bir şey mümkün deyil. Polşa hakimiyyəti və cəmiyyəti başa düşür ki, indi azad Ukrayna uğrunda mübarizə gedir.

Ukraynalılar Avropa İttifaqına daxil olmaq istəyirlər və bu, onların öz işidir, arzularıdır. Eşitdik ki, (Ukraynanın Aİ üzvlüyünə namizəd statusu məsələsinə baxılması - red.) yayda baş tuta bilər, hər halda müzakirələr gedir. Əgər gələcəkdə Ukrayna Avropa İttifaqına və Şengen zonasına daxil olarsa, o, azad və güclü Avropanın bir hissəsinə çevriləcək.

Polşa isə Ukraynanı bölmək, ərazisini hansısa inzibati Polşa vahidinə daxil etmək niyyətində deyil. Bunlar Moskvadan və Kreml administrasiyasından gələn dedi-qodular və boş söhbətlərdir. Bu anlaşılandır, çünki informasiya müharibəsi gedir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 712   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 179
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

16:18 183
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

15:06 198
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

22:00 0
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 188
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

17:20 167
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 191
.