Xanımla maşında gecələyən şəxs 150 manat cərimələndi
Gəncədə avtomobili yol kənarında saxlayıb yatan şəxs cərimə olunub.
"Qafqazinfo"nun məlumatına görə, bir müddət öncə gecə 03:50 radələrində polis əməkdaşları xidmətdə olarkən iki nəfəri avtomobildə yatmış vəziyyətdə görüb, onların huşsuz vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün maşına yaxınlaşıblar. Məlum olub ki, avtomobildə biri kişi, digəri qadın olmaqla iki nəfər var.
Bu zaman maşındakı Zaur Alıyev (şərti) qeyri-adekvat hərəkətlər nümayiş etdirdiyi üçün polis bölməsinə dəvət edilib. O, polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə Nizami RPİ-nin növbətçi hissəsinə aparılıb. İdarədə ona polisin qanuni əmrinə tabe olmadığı əsası ilə protokol tərtib olunub və məhkəməyə göndərilib.
Z.Alıyev məhkəmədə özünü təqsirli bilməyərək deyib ki, yanındakı xanım tanışıdır:
"Nişan mərasimindən çıxdıqdan sonra saat 23:30 radələrində onu şadlıq sarayından götürdüm, birlikdə parka getdik. Qəhvə alıb içdikdən sonra hotelə gedərək gecəni orada keçirmək qərarına gəldik. Lakin hotelin administratoru nikah haqqında şəhadətnaməmiz olmadığı üçün bizi buraxmadı. Biz də parka qayıdıb avtomobili sakit bir yerdə saxlayıb arxa oturacaqda yatdıq. Bir qədər sonra avtomobilin pəncərəsinin döyüldüyünü eşitdik. Ayılanda polislər olduğunu gördük. Polis məndən və xanımdan özümüzü təqdim etməyimizi tələb etdi. Mən özümü təqdim etsəm də, xanımla bağlı tələbə etiraz etdim. Bu səbəbdən polis əməkdaşları məni bölməyə aparacaqlarını bildirdilər. Yanımdakı xanımın ad-soyadını təqdim etmədiyim üçün Polis Bölməsinə aparıldıq".
Məhkəmədə ifadə verən polis serjantı Akif Vəkilov bildirib ki, ekipaj yoldaşı ilə xidmətdə olarkən iki nəfərin avtomobildə yatdığını görüblər:
"Avtomobilin şüşəsini döyüb oyatdıq ki, birdən dəm qazından boğulmuş olarlar. Özümüzü təqdim edərək haradan olmalarını soruşdum. Oğlan özünü təqdim etsə də, xanımın ad soyadını soruşduqda bizə Amerikada yaşadığını bildirdi. Xanıma da soyadını deməməsini tapşırdı. Hərəkətləri bizdə şübhə yaratdı, özünü aqressiv aparmağa, uca səslə qışqırmağa başladı. Onu patrul maşınına mindirərək Polis Bölməsinə apardıq".
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinən Zaur Alıyev Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 150 manat cərimə edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1185 Tarix: 11 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 178 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
17:30 162 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
15:50 182 Mərdəkan şossesində qəza sıxlıq yaratdı
Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı
15:20 214 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
14:34 189 Şəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
20:00 113 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib
19:52 121 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
14:41 185 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
22:15 1