Bayden: "Zelenski işğalla bağlı xəbərdarlıqlarımı eşitmək istəmədi"

Bayden: "Zelenski işğalla bağlı xəbərdarlıqlarımı eşitmək istəmədi""Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərdarlıqlarını rədd edirdi".

Bu barədə ABŞ Prezidenti Co Bayden Los-Ancelesdə keçirilən siyasi ianə aksiyası zamanı açıqlama verib.

"Bilirəm ki, çoxları mənim şişirtdiyimi düşünürdü, amma mən bilirdim və onun (Vladimir Putin - red.) sərhədi keçməyə hazırlaşdığı barədə təsdiqləyici məlumatlarımız var idi. Bununla bağlı şübhə yox idi. Zelenski isə bunu eşitmək istəmirdi, həmçinin də bir çox insan eşitmək istəmədi", - deyə Bayden bildirib.

Xatırladaq ki, ABŞ Rusiyanın fevralın 24-də başlatdığı müharibədən həftələr əvvəl bu ölkə Ukraynaya müdaxiləyə hazırlığı ilə bağlı həyəcan təbili çalmağa başlamışdı.

Fevralın 18-də Bayden demişdi ki, Putin Ukraynaya hücum etmək qərarına gəlib.

Zelenskinin Ofisindən Baydenin bu sözlərinə münasibət bildirilib.

Qeyd edilib ki, Ukrayna Prezidenti Zelenski dəfələrlə Rusiyanın genişmiqyaslı işğalı ərəfəsində tərəfdaşlarından Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib, lakin onlar Kiyevin müraciətini "eşitmək istəməyiblər".

Bunu Prezidentin mətbuat katibi Sergey Nikiforov ABŞ Prezidenti Co Baydenin Zelenskinin guya Rusiyanın hücumu təhlükəsi ilə bağlı xəbərdarlığı "eşitmək istəmədiyi" sözlərini şərh edərkən deyib.

Nikiforovun sözlərinə görə, o vaxt Prezident Zelenskinin Baydenlə üç-dörd telefon danışığı olub: liderlər Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

"Ona görə də yəqin ki, "eşitmək istəmədi" ifadəsinə aydınlıq gətirilməlidir. Bundan əlavə, xatırlayırsınızsa, Ukrayna Prezidenti Rusiyanı qoşunlarını geri çəkməyə və hərbi əməliyyatları dayandırmağa təşviq etmək üçün tərəfdaşları qabaqlayıcı sanksiyalar paketi tətbiq etməyə çağırmışdı. Və burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəməyiblər", - deyə Zelenskinin sözçüsü əlavə edib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 664   Tarix: 12 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 178
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 162
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

15:50 182
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 214
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

14:34 189
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

20:00 113
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib

19:52 121
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

22:15 1
.