Milli Marketinq Forumu yekunlaşdı

Milli Marketinq Forumu yekunlaşdıAzərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru Azerlotereyanın baş sponsorluğu, 2010-cu ildən Türkiyənin ən gənc və uğurlu tədqiqat şirkətlərindən biri olan "Future Bright İnternational" MMC-nin sponsorluğu, ölkənin sevilən enerji içkilərindən olan "Bizon", SMG şirkətinin və 2003-cü ildən fəaliyyət göstərən "Başkent" restoran və şirniyyat evi şəbəkəsinin dəstəyi ilə bu il VIII dəfə Milli marketinq Forumunun ikinci günü uğurla başa çatıb.

Tədbir Azərbaycan Dövlət Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Milli Marketinq Forumunun təşkilati komanda üzvü Elvin Cabay və Facemark MMC-nin direktoru Ayşən Allahverənova açılış nitqi ilə çıxış edərək tədbiri açıq elan edib.

Tədbirin ikinci günü "Ziddiyyətlərin debatı", "Strateji kommunikasiya", "Riteyl, satış və Ticari marketinq" və "Rəqəmsal Marketinq" panellərinə həsr olunub.

"Ziddiyyətlərin debatı" paneli DJ Fatehin moderatorluğu ilə "Söhbətgah" layihəsinin həmtəsisçiləri Tural Yusifov və Əli Xəyyam, rejissor İlham Qasımovun müzakirələri əsasında keçirilib. Panel zamanı iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.

"Strateji kommunikasiya" paneli "Synergy Partnership" şirkətinin baş direktoru Rüfət Abbasovun moderatorluğu, "Azercell" Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Sona Abbasova və "Paşa Holdinq" Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadənin çıxışı ilə baş tutub.

Paneldən sonra Future Bright Group şirkətinin təsisçisi Akan Abdula solo çıxışını təqdim edib. Çıxış zamanı "Davranış Deyiştirme Yöntemleri" haqqında məlumat verilib.

"Riteyl, Satış və Ticari Marketinq" paneli "Blue Planet Distribution" şirkətinin marketinq meneceri Nuranə İsgəndərovanın moderatorluğu ilə baş tutub. Paneldə "Veysəloğlu" MMC-nin CRM direktoru Fuad Məmmədov, "Army Group"un İdarə Heyətinin üzvü Kamal Mirzəyev və Azərsun Holdinqin Marketinq direktoru Derya Cantutan spiker qismində çıxış ediblər. Panel zamanı effektiv satış strategiyaları, satış və marketinq arasında olan əlaqələrdən bəhs olunub.

Sonuncu panel "Rəqəmsal Marketinq" mövzusuna həsr olunmuşdur. Panelin moderatorluğunu "ELSEO" MMC-nin təsisçisi Elşən Cəfərov edib. Spiker qismində isə "FCB ArtGroup" şirkətinin rəqəmsal kreativ direktoru Göktug Sarı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Panel zamanı rəqəmsal marketinqin müasir dünyada əhəmiyyəti vurğulanıb.

Tədbirdə rəsmi hissə hədiyyələrin təqdimolunma mərasimi ilə yekunlaşıb.

Tədbirin sonunda forum iştirakçıları üçün party təşkil olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 675   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 178
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 162
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

15:50 182
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 214
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

14:34 189
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

20:00 113
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib

19:52 121
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

22:15 1
.