Ərzaq qıtlığı EHTİMALI: Azərbaycanda problem olacaq?

Ərzaq qıtlığı EHTİMALI: Azərbaycanda problem olacaq?Ekspertlər iddia edirlər ki, Ermənistanda vəziyyət bərbaddır. İrəvan ümidini Aİİ-yə bağlayıb. Gürcüstan da çətin durumdadır. Rusiyanın taxıl ixracına görə rüsumu hər dəfə artırması Tbilisidə narahatlığa səbəb olur. Azərbaycan isə nəinki özünü zəruri ərzaq məhsulları ilə təmin edə bilər, hətta ixrac potensialına da sahibdir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Rusiyanın Ukraynada başlatdığı müharibə uzandıqca dünyada qlobal aclıq təhlükəsi də artır. Sayca altıncı sanksiya paketinə baxmayaraq, Rusiya geri çəkilmir. Məsələ ondadır ki, həm Rusiya, həm də Ukrayna bir sıra ölkələri taxıl və digər zəruri ərzaq məhsulları ilə təchiz edirdi. İndi isə vəziyyət dəyişib. Rusiya sanksiya səbəbindən məhsullarını ixrac edə bilmir, Ukraynanın qarşısını isə Rusiya alıb. Müharibədən öncə Ukrayna buğdanı, əsasən, Qara dəniz limanları ilə ixrac edirdi. Rusiyanın həmin limanları bağlaması ilə vəziyyət kritik həddə çatıb.

Moskva iddia edir ki, bəzi dövlətlər artıq aclıq təhlükəsi ilə üz-üzədirlər və əgər Rusiyaya qarşı sanksiya siyasəti davam edərsə, bu, Avropa İttifaqı üçün qarşısıalınmaz nəticələr yarada bilər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqələr ofisinin direktoru Oleq Kobyakovun verdiyi məlumata görə, dünya bazarında Rusiya və Ukrayna taxılını əvəz edəcək heç kim yoxdur. Rusiya və Ukraynanın taxıl bazarında tutduğu pay 30 faizi ötür. Ötən il Rusiya 35 milyon, Ukrayna 12 milyon ton taxıl ixrac edib. Ərzaq təchizatında fasilələrin yaranması və qiymətlərin kəskin artması milli iqtisadiyyatlarda böhran və vətəndaş iğtişaşları təhlükəsi yaradır. Yeri gəlmişkən, Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan öz ehtiyaclarını, demək olar ki, tamamilə Rusiyadan tədarük olunan taxıl hesabına ödəyir. Bəs ayrı-ayrılıqda Cənubi Qafqaz ölkələrində ərzaq təhlükəsizliyi ilə bağlı məsələ nə yerdədir?

Ölkəmizdə vəziyyətə gəldikdə, ərzaq ehtiyatının yaradılması ilə bağlı çox ciddi addımlar atılıb, gərginlik proqnozlaşdırılmır. Təhlilçilər taxıl üçün başqa bazarların olduğunu deyir və əmindilər ki, ölkədə buğda qıtlığı yaşanmayacaq. Ekspertlər hesab edirlər ki, fevralda prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən müttəfiqlik münasibətləri haqqında saziş imzalandıqdan sonra Moskva Bakını bitkiçilik məhsulları, ilk növbədə taxıl ilə təmin edəcək. Bundan başqa, payızda ölkədə 1 milyon 15 min 685 hektar sahədə taxıl əkilib. Dövlət tərəfindən fermerlərə istehsalın bütün mərhələlərində, o cümlədən güzəştli şərtlərlə texnikanın alınmasında dəstək və ya subsidiyalar verilir. Azərbaycanın nəinki özünü ərzaqla təmin etmək, hətta onu ixrac etmək potensialı var. Taxıl alınmasında Rusiya tərəfdən problem yaranarsa, seçim kimi Qazaxıstan variantı da var. Dövlət istəsə, buğdanı baha alar, ucuz satar. Bu məsələdə elə bir problem yaranası deyil. Ələlxüsus indi, çünki hələ bir neçə aylıq ehtiyat var. Sahibkarlar da bildirir ki, bircə daşınma xərcləri baha başa gələr ki, onu da dövlətin verdiyi subsidiya ilə həll etmək olar. Dünya bazarında kifayət qədər taxıl var, sadəcə qiymətlər baha olacaq.

Ermənistana gəldikdə, hər il 400 min tona yaxın taxıl istehlak edən ölkə onun əsas hissəsini Rusiyadan idxal edir. Bu səbəbdən də Ermənistanda vəziyyət daha mürəkkəbdir. Ərzaq qıtlığı ilə bağlı haqlı qorxu var. "Aravot" qəzetinin yazdığı kimi, Rusiya avqustun 31-dək Aİİ ölkələrinə taxıl və şəkər ixracına qadağa qoyanda Ermənistan vətəndaşları təşviş içində ərzaq almağa başlayıb. İqtisadçı ekspert Hrant Mikaelyan deyir ki, Ermənistanda payızın sonuna qədər taxıl ehtiyatı var, amma sonra onu almaq lazım gələcək. İrəvan Aİİ-yə ümid edir. Bununla belə, hökumətlərarası sazişlərə əsasən, Rusiya kvotadankənar taxıl tədarükünə embarqo qoyub. Məqsəd də odur ki, Aİİ-dəki tərəfdaşlar dünya bazarında Rusiya taxılının alqı-satqısı zamanı qiymət fərqi ilə oynayıb spekulyasiya etməsinlər. Üçüncü ölkələrdən taxıl idxalının mümkünlüyünə gəlincə, Mikayelyanın fikrincə, bu, mümkün deyil: "ABŞ və Kanadanın təklifləri var, amma əminəm ki, onlar ilk növbədə öz ölkələrinə xidmət edəcəklər və çətin ki, Ermənistan nəyəsə nail ola bilsin".

İldə 700 min tona yaxın taxıl istehlak edilən, onun da böyük hissəsini Rusiyadan idxal edən Gürcüstanda, demək olar ki, buğda ehtiyatı qalmayıb, ona görə də buğda emalı zavodları fəaliyyətini dayandırır. Rusiya Gürcüstanın əsas buğda tədarükçüsü olaraq qalır. Rusiyanın taxıl ixracına görə rüsumu hər dəfə artırması Tbilisidə narahatlığa səbəb olur. Mayın ortalarında Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyasının rəhbəri Levan Silagava bildirib ki, Gürcüstanda qüvvədə olan qanunvericiliyə əsasən, unun idxalına vergi sıfırdır, buğda isə üzən məzənnə ilə tənzimlənir və bu gün hər tona görə 120 dollardır. Gürcüstanda kommersiya istehlakçıları üçün iyulun 1-dən qaz tariflərinin artırılmasının elan edilməsi çörək sənayesi üçün də sürpriz olub. Çörək İstehsalçıları Assosiasiyasının rəhbəri Malxaz Dolidzenin verdiyi məlumata görə, bir neçə qazpaylayıcı şirkət müəssisələr üçün qaz tariflərini artıracaq. Onun sözlərinə görə, cəmi bir-iki gün əvvəl Maliyyə Nazirliyində keçirilən müşavirədə bir çox məsələlər müzakirə olunub, amma heç kim qaz tariflərinin artırılmasını dilə gətirməyib. Dolidze bildirib ki, dövlət müdaxilə etməsə, o zaman hər kəs çörəyin bahalaşması ilə üzləşəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 12 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı

Kanada "Rosnano" korporasiyasının sabiq rəhbəri Anatoli Çubaysın (Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi - red.) adını özünün sanksiya siyahılarından xaric edib. xəbər verir ki, bu barədə "Canada Gazette" məlumat yayıb. Kanada Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyun ayınd

13:00 127
.

Tramp: "ABŞ və Venesuela tarixin ən böyük neft razılaşmasını əldə etdi"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqton və Venesuela arasında dünya tarixindəki ən irimiqyaslı neft müqaviləsinin imzalandığını bəyan edib. xəbər verir ki, Tramp "Truth Social" platformasında etdiyi paylaşımda vurğulayıb:. "Amerika Birləşmiş Ştatları qısa müddə

29.08.2026 166
.

Avstriyada alpinistin dağlarda itirdiyi avadanlıq 63 il sonra ona qaytarılıb

lp dağlarında buzlaqda 60 ildən çox qalan bel çantası və alpinizm avadanlığı 86 yaşlı avstriyalı alpinistə qaytarılıb. xəbər verir ki, bu barədə "ORF Tirol" Tirol polisinə istinadən məlumat yayıb. Polisin məlumatına görə, dağ bələdçisi iyulun 16-da Zultsalferner buzlağında, dəniz səviyyəsində

14:10 125
.

Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 179,28 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləğ

13:30 115
.

Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını açıqlayıb

ABŞ və Venesuela arasında neft sahəsində əməkdaşlığa dair bağlanmış saziş təsdiqlənmiş ehtiyatı 65 milyard barel neft olan 17 strateji yatağın işlənməsini nəzərdə tutur. "Report" xəbər verir ki, bu barədə Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqesin öz "Telegram"

16:30 0
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 580,017 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr

15:20 94
.

Azərbaycan manatının dövretmə sürəti iyulda yenidən azalıb

Bu ilin avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd, ilin əvvəlinə nisbətən 0,2 bənd, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə isə 0,39 bən

11:00 127
.

Oksana Rəsulovanın paylaşdığı azyaşlı ilə bağlı görüntülər gündəm oldu: DİN hərəkətə keçdi - VİDEO

Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağa zorakılıq göstərildiyi iddia olunan görüntülər paylaşıb. xəbər verir ki, sənətçi paylaşımında görüntülərdə adıçəkilən psixoloq Ceyran Muradova ilə bağlı məsələnin araşdırılmasını istəyib. Oksana Rəsulova qeyd edib ki, məsələ ilə bağlı aidiyyət

15:12 135
.

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Yaponiyada insanlara ayı hücumlarının kəskin artması fonunda 2025-ci ilin aprelindən 2026-cı ilin yanvarına qədər 14 mindən çox ayı məhv edilib. xarici mediaya istinadla bildirir ki, 2025-ci il ərzində ayı hücumları nəticəsində 13 nəfər həyatını itirib. Ümumilikdə ötən il ölkədə 230-dan çox insan ayıları

12:50 134
.