Zaqatalada AĞIR QƏZA zamanı yaralanan müəllim öldü

Zaqatalada AĞIR QƏZA zamanı yaralanan müəllim öldüÖtən gün Zaqatalada baş verən yol qəzasında ağır xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb.

BiG.AZ-ın APA-ya istinadla məlumatına görə, 1988-ci il təvəllüdlü Zaqatala rayonu Əliabad qəsəbə sakini Elçin Rəcəb oğlu Bədirov Bakı şəhərindəki xəstəxanalardan birində ölüb.

Qeyd edək ki, iyunun 12-i səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində "Ford" markalı 62 BO 101 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə "VAZ 2106" markalı 62 BL 239 dövlət nömrə nişanlı minik avtomobili toqquşması nəticəsində 4 nəfər xəsarət almışdı. Yaralılardan ağır olan Elçin Bədirova və onun qohumu 1995-ci il təvəllüdlü Malik Şaban oğlu Bədirova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Qəza nəticəsində həyatını dəyişən Elçin Bədirov Əliabad qəsəbəsində fəaliyyət göstərən tam orta məktəblərdən birində dil-ədəbiyyat müəllimi işləyirdi.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1979   Tarix: 13 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Japarov Qırğızıstanda sabitliyi pozmağa cəhd edənləri sərt cəzalandırmağa çağırıb

Xarici qüvvələrin təsiri altında ölkədə vəziyyəti qeyri-sabitləşdirməyə çalışan şəxslər sərt şəkildə cəzalandırılacaqlar. "Report" Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 29-da Bişkekdə ŞƏT dövlət başçılar

10:45 128
.

Polşada səs-küylü həbs: Olimpiya Komitəsinin sədri saxlanıldı

Katovitse məhkəməsi müflis olmuş "Zondacrypto" kriptovalyuta şirkətindən rüşvət almaqda təqsirləndirilən Polşa Olimpiya Komitəsinin sədri Radoslav Peseviçin barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. "TVP Info" telekanalına istinadən xəbər veri

29.08.2026 160
.

Xətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sənədləri yoxlanılan zaman "Chevrolet" markalı

12:10 138
.

Buna görə 70 manat dövlət rüsumu alınacaq

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. "Unikal" xəbər verir ki, yeni qanunla Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyya

00:11 241
.

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib - red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıc

13:33 175
.

Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir

Hazırda ölkə ərazisindəki 100-dən çox İslam dininə aid ibadət yerində 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, onlardan 343 nəfəri "Dini etiqad azadlığı haqqında"

13:20 110
.

Pentaqon Londondan hərbi xərcləri artırmağı tələb edir: Folklend adaları məsələsi gündəmdədir

Əgər London hərbi xərclərini artırmasa, ABŞ Böyük Britaniyanı Folklend adaları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcəyi ilə hədələyib. xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəsmiləri Londona hərbi büdcəni

29.08.2026 175
.

Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb

Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib

00:27 268
.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

11:44 217
.