Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə VƏFAT ETDİ - Yenilənib
Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.
***
Respublika Hərbi Prokurorluğundan bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1545 Tarix: 14 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qadınlar üçün ŞAD XƏBƏR - Pensiya, güzəştli kredit...
"Hazırda Azərbaycan əhalisinin 2 milyon 414 mindən çoxunu qadınlar təşkil edir. Eyni zamanda, işçi qüvvəsində qadınların sayı 2 milyon nəfərdən artıqdır. Bununla belə, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının təxminən 69,1 faizinə bərabərdir". Bunu -ə Milli Məclisi
00:23 96 Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar. xəbər verir ki, bu barədə DSX məlumat yayıb
06.06.2026 119 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də dərslərin 1 sentyabrda başlayıb 25 mayda başa çatdırılması ilə bağlıdır. Bir çox valideyn hesab edir ki, iyun ayında havaların isti keçməsi uşaqların dərs prosesində çətinlik çəkməsinə səbəb olur. Tədris ilinin əvvəlki qaydada təşkil olunması və dərsləri
06.06.2026 209 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Şevçenko kəndinə nəzarəti ələ keçiriblər
06.06.2026 159 Elçin Əmirbəyov: "Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında əsas enerji dəhlizinə çevrilir"
"Cənubi Qafqazın cənubunda və şimalında geosiyasi qeyri-sabitlik - İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi - bir çox müşahidəçiləri və maraqlı tərəfləri tərəfdaşlıqların və enerji mənbələrinin diversifikasiyası barədə ciddi düşünməyə vadar etdi. Və təbii ki, buna görə Bakıd
06.06.2026 149 Cənubi Koreyada polis təqibi avtoqəzaya səbəb olub, 2 nəfər ölüb
Cənubi Koreyanın Pyontek şəhərində "Tesla" markalı avtomobili və şəhərlərarası avtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "JoongAng Daily" qəzeti məlumat yayıb. Toqquşma nəticəsində "Tesla"nın sürücüs
06.06.2026 124 Binədə mağaza yanıb
Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın olub. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədə
06.06.2026 154 Qismət Gözəlov: Azərbaycan və Türkmənistan 2026-cı ildə ali səviyyədə təmasları davam etdirəcək
Azərbaycanın Türkmənistandakı səfirliyi Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri münasibətilə qəbul təşkil edib. Bu barədə "Report"un Qazaxıstan bürosu Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadən xəbər verir. Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxışında 10
06.06.2026 146 ŞAD XƏBƏR: On minlərlə ailəyə birdəfəlik müavinət verilib
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənişi edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, müavinət ödənişləri 16 044 nəfər qız, 18 42
06.06.2026 309