Xarici nömrələrdən gələn zəng və mesajlardan necə qorunaq? -MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Xarici nömrələrdən gələn zəng və mesajlardan necə qorunaq? -MÜTƏXƏSSİSDƏN AÇIQLAMAGündəlik həyatımızda tanımadığımız nömrələrdən və ya bilmədiyimiz hesablardan naməlum linklər alırıq. Hansı ki belə təhlükəli linklərə keçid etsək, məxfi məlumatlarımızı qarşı tərəfə yönləndirmiş olarıq. Bəs belə halların qarşısını almaq üçün nə etməliyik?

Mövzu ilə bağlı Sonxeber.az saytına IT üzrə mütəxəssis Bəhruz Əliyev açıqlama verib.

O bildirib ki, gələn mesajların ilk öncə məzmunlarına diqqət eləməliyik:

"Belə mesajlara aldanmamalıyıq. Əks halda qarşı tərəf bizə ziyan verə bilər. Məsələnin digər vacib tərəfi isə gələn linklərə qarşı diqqətli olmağımızdır. Biz linklərə və bu linklərin domen adları formasına nəzər yetirməliyik. Əgər gələn linklər qarışıq hərf, rəqəm və ya simvollardan ibarətdirsə, bu təhlükəli link olduğunun göstəricisidir. Digər məqam isə link (domen) adlarının sonluqlarına baxmaq lazımdır. Normal bilinən sonluqlar olması bizə aydınlaşdırmaq üçün müəyyən fikir ifadə edə bilər (Misal: az, com, org, net, info). Əgər gələn linklər bilinən sonluqla bitmirsə, bizi şübhələndirməlidir. Digər halda isə səliqəli formada hazırlanmış normal görsənən linklərdə məhşur marketlərə və qurumlara aid uduşlar, reklam və ya təkliflər ola bilər. Bu anda isə həmin reklamı göndərən rəsmi ünvandan maraqlanmaq lazımdır ki, belə bir kampaniya mövcuddur ya yox? Bu həm də həmin müəssisənin də vəziyyətdən xəbərdar olub tədbir almasına kömək olar. Başqa bir üsul isə həmin müəssisənin rəsmi saytına daxil olub, brovzerdəki linkini, sizə gələn mesajın linki ilə müqayisə etmək olar. Azca internet savadı olan şəxs mütləq anormal fərqi görəcəkdir. Əgər market və ya müəssisə hər hansı bir kampaniya edirsə, bu məlumatı rəsmi saytdan və rəsmi sosial şəbəkə ünvanlarından rahat dəqiqləşdirmək olar. Sizə gələn zərərli mesajı və ya linki açmadan bloklamaq, şikayət etmək və digər məhdudlaşdırıcı alətlər vasitəsi ilə lazımi tədbirlər görmək olar. Ümumiyyətlə, belə aldadıcı tədbirlərin qarşısını almaq üçün diqqətli və səbrli yanaşmaq lazımdır.

Bundan əlavə bir çox metodlar da sınamaq olar. Həmin tipli mesajları bloklayaraq şikayət edib, tanımadığımız xarici zəngləri isə açmamalıyıq. Əks halda yenə ziyan görən tərəf biz ola bilərik.

Xarici nömrələrin ölkə daxilində istifadə edilməsi ilə bağlı xüsusi qadağa yoxdur. Biz xarici ölkəyə gedəndə ruminqdən istifadə edərək öz nömrəmizdə qala biliriksə, bizim ölkəmizdə də xarici vətəndaşlar öz nömrələrindən istifadə edə bilərlər. Müxtəlif ölkələrdən qısa müddətli gələn şəxslər yeni nömrə almağa maraqlı olmur, ona görə nömrə dəyişmirlər. Bu kimi hallar üçün xüsusi qadağa yoxdur və bu qarşılıqlı olaraq beynəlxalq hüquqi müqavilələr əsasında tənzimlənir. Hər bir halda biz xarici nömrələrdən gələn zənglərin təxribat olduğu ehtimalını yaddan çıxartmamalıyıq. Buna uyğun olaraq hər hansı xarici saytdan qeydiyyatdan keçərkən öz nömrəmizi yazmasaq daha uyğun olar. Öz nömrəmizi qeydiyyata salmaqla özümüzə aid olan məlumatları kiməsə vermiş və uyğun olmayan zənglərin gəlməsinə şərait formalaşdırmış ola bilərik.

Eyni zamanda sosial şəbəkələrdə ödəmə terminalları vasitəsi ilə kimlərinsə kart hesablarına pul köçürdüb, çekin şəklini həmin adama hansısa üsulla göndərərək xarici nömrə alanlar müşahidə olunur. Bu tipli ölkədə yaşayıb, amma xarici nömrə alanların və satanların da niyyətləri əsasən sual doğurur. Bu nömrələr işbazlar tərəfindən müxtəlif üsullarla əldə olunan və satılan "virtual nömrələr"-dir. Reallıqda adətən sim kart yoxdur. Ona görə də məlumatlı olmaq, özümüzü tələlərdən qorumağa çalışmaq və bunun üçün daim əlaqədar yazıları oxumaq, məlumatlanmaq lazımdır.

Hazırda dünya texnologiya əsrini yaşayır. İnformasiya texnologiyaların get-gedə artmasını nəzərə alaraq çox diqqətli olmalıyıq. Əsasən gələn smslər, zənglər və linklər yad mənbələrdən gəlirsə, təhlükəsizliyimiz sual altındadır deməkdir. Telefonların əməliyyat sistemi avtomatik olaraq, yad mənbədən gələn bildirişləri doğrulamaq üçün bunun icazəsini bizdən alır. Bir çox əməliyyat sistemi və platformalar məsələyə eyni məntiqlə, amma fərqli üsullarla yanaşır. Hamısında eyni məzmunlu "şikayət et-blokla" funksiyası mövcuddur. Gələn linklər şirnikləndirici təkliflərlə doludursa, bu daha qorxuludur, çünki insanlar bu kimi hallarla tez-tez rastlaşdığı üçün daha çox problemlər yaşayırlar. Bu kimi halların baş verməməsi üçün linkin mənbəyi daim yoxlanılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3771   Tarix: 14 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.