Spirtli içki qəbul etdikdən neçə saat sonra maşın sürmək olar? - AÇIQLAMA

Spirtli içki qəbul etdikdən neçə saat sonra maşın sürmək olar? - AÇIQLAMASərxoş halda avtomobil idarə edən sürücülər yol polisi tərəfindən saxlanılarkən məsuliyyətdən yayınmaq üçün min bir bəhanə gətirirlər. Bir çoxları az miqdarda spirtli içki qəbul etdiklərini, bəziləri içsələr də, sərxoş olmaqlarını deyirlər. Hətta onların arasında "rəis, dünən içmişəm, axı mən "piyan" deyiləm?" deyənlərə də rast gəlmək olar. Lakin sərxoşluq halının müəyyən edilməsi zamanı artıq bəhanələrə yer qalmır. Nəticədə özünün və digər insanların həyatını təhlükəyə ataraq sükan arxasına əyləşən sərxoş sürücülər məsuliyyətə cəlb olunaraq cəzalandırılırlar.

Bəs sürücü spirtli içki qəbul etdikdən neçə saat sonra avtomobil idarə edə bilər?

Bu barədə Modern.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qanunvericilikdə sərxoş halda nəqliyyat vasitələrini idarə edən şəxslərin müəyyənləşdirilməsinin konkret qaydalarının olduğunu bildirib.

"Sərxoşluğun müəyyənləşdirilməsinin metodları var. Bunun üçün xüsusi sertifikatı olan cihazlardan istifadə olunur. Eyni zamanda, sərxoşluğun müəyyənləşdirilməsi üçün şübhəli sürücü həkim müayinəsinə aparıla bilər. Burada konkret olaraq göstərilir ki, sürücüdə 0,3 və daha artıq promille spirt aşkarlansa, həmin şəxs sərxoş hesab olunur. Saat, dəqiqə məsələsi yoxdur. Kimsə axşam bir litr spirtli içki qəbul edirsə, sabah günorta, hətta axşam saatlarında onun orqanizmində 0,3 promille spirt aşkarlana bilər. Yəni burada vaxt məsələsi əsas deyil".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sürücünün sərxoş olmasını yol polisi əməkdaşı xüsusi setfikatı olan cihaz vasitəsi ilə müəyyən edir. Əgər mübahisəli vəziyyət yaranarsa, həkimə müraciət etmək lazım gəlir.

"Ola bilər ki, vətəndaş səhər saatlarında müəyyən qədər spirtli içki qəbul edib və axşama kimi onun orqanizmində spirt qalmayıb. Həmin şəxsi sərxoş adlandırmaq olmaz. Sürücünü DYP əməkdaşı xüsusi cihazla yoxlayır və heç bir problem aşkarlamırsa, o, yoluna davam edə bilər. Burada ikinci versiya da ola bilər. Axşam toy məclisində həddindən artıq spirtli içki qəbul edib, səhər saatlarında avtomobil idarə edirsə, müayinə zamanı onun orqanizmində spirtin miqdarı normadan artıq olacaq. Bu zaman həmin sürücü cərimələnir".

Ekspertin fikrincə, sürücü az miqdarda spirtli içki qəbul etmiş olsa, xüsusi klinikaya gedib orqanizmində spirtli içkinin aşkar olunmaması ilə bağlı arayış ala və həmin arayışı DYP əməkdaşına təqdim edə bilər:

"Lakin bu arayışa baxmayaraq, DYP əməkdaşının cihazında spirtli içkinin miqdarı görünürsə, sürücü təkrar yoxlanışa getmək üçün xahiş edə bilər. Belə olan halda sürcünün də hüquqları var. Sürücü DYP əməkdaşından həmin cihazın sertifikatını tələb edə bilər".

Xatırladaq ki, 2021-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib. Nəticədə səkkiz nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2022-ci ilin yanvar-mart aylarında isə sərxoş sürücülərin iştirakı ilə üç hadisə baş verib. Qəzalar zamanı bir nəfər həlak olub, dörd nəfər yaralanıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1605   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 559
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 222
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 257
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 232
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 291
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 687
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 520
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 499
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1617
.