Azərbaycanda elektrik enerjisi istehsalı mayda 1,2 % artıb

Azərbaycanda elektrik enerjisi istehsalı mayda 1,2 % artıbBu ilin may ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 004 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,9 milyon kVt/saat, yaxud 1,2 % artması deməkdir.

BiG.AZ bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, may ayında elektrik enerjisinin idxalı 19,8 milyon kVt/saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 milyon kVt/saat azalıb, ixrac isə 19,9 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4 milyon kVt/saat artıb.

Ümumilikdə bu ilin yanvar-may aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 316,2 milyon kVt/saat, yəni 2,9 % artaraq 11 milyard 244,2 milyon kVt/saat olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 198,2 milyon kVt/saat artaraq 10 milyard 313,3 milyon kVt/saat, SES-lərdə 109,6 milyon kVt/saat artaraq 768,7 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 milyon kVt/saat artaraq 162,2 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 41,1 milyon kVt/saat, günəş elektrik stansiyalarında 24,4 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 96,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

5 ayda elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 10 milyard 116,6 milyon kVt/saat (İES-lərdə 9 milyard 400,4 milyon kVt/saat, SES-lərdə 716,2 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 162,8 milyon kVt/saat (İES-lərdə 94,2 milyon kVt/saat, SES-lərdə 46,1 milyon kVt/saat, GES-də 22,5 milyon kVt/saat), "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 27,2 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 937,6 milyon kVt/saat təşkil edib.

Bu ilin yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 538,4 milyon kVt/saat, idxalı isə 60,5 milyon kVt/saat olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 785   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 230
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

21:15 1
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 186
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 219
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 179
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

20:23 75
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.