Katerina Yuşenko Bakı Forumunda: "Bu gün Suriyada, Ukraynada, Sudanda, Yəməndə uşaqlar ağlayır"
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.
"Report" xəbər verir ki, Forum çərçivəsində "Gənclər danışsın, biz dinləyək" mövzusunda növbəti panel iclası keçirilib.
İclas 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olan Katerina Yuşenkonun moderatorluğu ilə baş tutub.
O deyib ki, hər gün səhər mobil telefonda tviter və digər sosial şəbəkələrə nəzər salaraq, gecə saatlarında dünyada nələr baş verdiyi barədə məlumat toplayır:
"Bu gün Suriyada, Ukraynada, Sudanda, Yəməndə uşaqlar ağlayır. Biz ilk növbədə gəncləri dinləməliyik. Biz gənc liderlərin şəbəkəsini təsis etməyə çalışırıq. Panel çərçivəsində gənc liderlərimizin müzakirəsi olacaq".
Təhlükəsizliklə bağlı müzakirənin moderatoru isə gənc liderlərdən Vahid Əliyev olub.
Müzakirələr zamanı beynəlxalq təsisatlarda islahatların aparılmasının vacibliyi qeyd olunub.
Ukraynalı gənc Taras Yuşenko təhlükəsizlik strukturlarında islahatları zəruri hesab edib və bu günlərdə Fransa Prezidenti Emmanuel Makronu Ukraynaya tankların və qırıcı təyyarələrin göndərilməməsi barədə fikirlərinə görə tənqid edib:
"Ukraynanın Təhlükəsizlik Şurasının üzvləri dəyişməli, Təhlükəsizlik Şurasının üzvləri artırılmalıdır. Cənubi Amerika, Afrika və Asiyadan ölkələr Təhlükəsizlik Şurasında təmsil olunmalıdır".
Gənc liderlərdən Neal Caldvel Ukraynada böhranın dünyada ərzaq təhlükəsizliyinə təsirindən danışıb.
Eva Bertrand Rusiyanın hücumu zamanı Ukraynada qadınların cinsi zorakılığa məruz qalması barədə faktlardan danışıb.
Panel iclas çıxışlarla davam etdirilib.
Qeyd edək ki, "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 690 Tarix: 18 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
13:50 230 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
21:15 1 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
20:37 27 Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir
Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ
12:37 186 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
20:34 40 İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
12:47 219 Azərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
18:00 179 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
20:23 75 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
20:30 52