AQTA Qurban bayramı ilə bağlı müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinlərlə yanaşı, heyvan kəsimini və satışını müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb.
Qeyd edilib ki, adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, AQTA aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək. Bununla əlaqədar bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.
Bu il 9-10 iyul tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcəkdir. Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1008 Tarix: 18 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlbaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib
Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib. "Report"un Balkan bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, sözügedən yanğınların 5-i hələ də aktivdir, 2-si isə nəzarət altında saxlanılır. Məlumata görə, hazırda 481 fövqəladə halla
29.08.2026 154 Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı VACİB MƏLUMAT
Azərbaycan Hava Yollarının 29 avqust 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb. BİG.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb. "Hava şəraiti sabitləşdikdə
29.08.2026 184 "Axı mənimlə evlənəcəkdin" - Rəşid Behbudovun qızından Polad Bülbüloğluna
Əfsanəvi müğənni Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behbudova Xalq artisti, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun üçüncü dəfə evlənməsi iddialarına zarafatyana münasibət bildirib. xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib. "Mənim sevimli "quşcuğazım"
29.08.2026 331 Əməkdar artistin fotosu Azərbaycan dərsliyinə salındı
Əməkdar artist Arzu Əliyevanın fotosu Azərbaycanda nəşr olunan dərsliklərdən birində yer alıb. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, dərslikdə "Leyli və Məcnun" tamaşasından olan görüntüsünün yer aldığını bildirib. Arzu Əliyeva dərslikdə
29.08.2026 442 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər
Məktəblilərin dərslik və ya qadcetlər qarşısında düzgün oturmaması onurğa sütununa ciddi zərər vura bilər. xəbər verir ki, bunu rusiyalı ortoped-travmatoloq Andrey Litvinenko "Moskva 24"ə açıqlamasında deyib. Mütəxəssis qeyd edib ki, uzun müddət eyni vəziyyətdə qalmaq sağlamlıq üçün təhlük
10:15 0 Finlandiya İsraillə hərbi əməkdaşlıq haqqında gizli saziş imzalayıb
Finlandiya və İsrail müdafiə materialları sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu gizli şəkildə imzalayıb. "Report"un məlumatına görə, bu barədə Finlandiyanın Yle teleradio şirkəti xəbər verir. Sənəd iki ölkənin hərbi məhsulların tədqiqi, işlənib hazırlanması və satın alınması sahəsind
29.08.2026 161 Rostov yaxınlığında "Ozon"un iki logistika mərkəzi PUA zərbələri səbəbindən işini dayandırıb
Rostov vilayətində "Ozon"un iki logistika mərkəzi pilotsuz uçuş aparatları ilə (PUA) zərbələrdən sonra işini müvəqqəti dayandırıb. "Report" xəbər verir ki, bu barədə şirkət teleqram kanalında məlumat yayıb. "Ozon"un məlumatına görə, ötən gecə logistika obyektlərindən bir
29.08.2026 137 Kimlərə dövlət hər ay pul ödəyir?
2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 476 310 nəfər aylıq sosial müavinət alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata görə, yaşa görə aylıq sosial müavinət alanların sayı 176 39
00:09 119 Səhv karta göndərilən pul necə geri alınır?
Kart və ya bank hesabına yanlışlıqla başqa şəxsə məxsus vəsaitin köçürülməsi halları ilə bağlı vətəndaşların əsas suallarından biri pulun sahibinə necə qaytarılmasıdır. Hazırda belə vəziyyətlər üçün vahid və avtomatik tətbiq olunan geri qaytarma mexanizminin olub-olmaması da maraq doğurur. Bank ekspert
00:24 124