Süd verən analar bu məhsullardan uzaq olmalıdırlar

Süd verən analar bu məhsullardan uzaq olmalıdırlarYeni doğulan körpələr üçün ən faydalı qida ana südüdür. Ana südü lazimi miqdarda qida maddələrinə malikdir və uşaq orqanizmində asanlıqla həzm olunur. Mütəxəssislər ana südü ilə qidalanmanı körpənin həyatı üçün ən yaxşı başlanğıc hesab edir. Bu, həm ana, həm də körpə üçün faydalıdır. Araşdırmalar ana südü ilə qidalanmanın ürək-damar və xərçəng kimi qeyri-infeksion xəstəlikləri azalda biləcəyini göstərir. Qeyd etmək lazımdır ki, körpələr bütün zəruri vitamin və mineralları anadan alır. Ana südü yeni doğulan körpəni infeksiya, allergiya və müxtəlif xəstəliklərdən qoruyur, zülal və vitamin ehtiyatını təmin edir.

Həkim-pediatr Aytən İsmayılzadə deyib: "Körpə doğulandan iki saat sonra mütləq ana südü qəbul etməlidir. İlk aylarda ana südündə azalma gedir. Həmin dövrdə ana süd artıran qidalardan istifadə etməlidir. Süd verən ana əsasən konservantlar və paketlənmiş məhsullardan uzaq olmalı, şokoladdan çox istifadə etməməlidir. Onları quru meyvələrlə əvəz etmək olar".

Son vaxtlar bəzi uşaq qidalarının tərkibinin keyfiyyətsiz olması valideynlərdə narahatlıq yaradır. Həkimlər süni qida vasitələri ilə bəslənən körpələrdə ölüm hallarının ana südü ilə qidalanan uşaqlara nisbətən dörd dəfə çox olduğunu bildirilər. Təəssüf ki, müasir dünyada süni hazırlanan əlavə qidalar gündən-günə artır. Onların tərkibində olan rəngləndirici və dadlandırıcı maddələr istər uşaq yaşında, istərsə də gələcəkdə körpənin həyatında ciddi problemlərə səbəb olur. Hazır meyvə şirələri, yoqurtlar, uşaqlar üçün olan meyvə püreləri, şokoladlar və digər qidaların tərkibində heç bir kalori dəyəri olmayan sintetik maddə var və bu da şəkərdən dəfələrlə çoxdur.

"Süni qidanın mənfi cəhətləri çoxdur. Həm də həmin qidalar otlaqda otlayan inəklərin südü deyil, onlar hormon, antibiotik və vitaminlə bəslənən, gün ərzində məhsuldarlığının artırılması üçün hər vasitədən istifadə olunan heyvanların qurudulmuş formada olan südüdür. Onun saxlanılması və xarab olmaması üçün müxtəlif vasitələr tələb olunur. Ona görə də həmin südün uşaqlara verilməsi tövsiyə edilmir", - deyə həkim-pediatr bildirib.

Körpələrin daha tez əlavə qidalara başlaması tam formalaşmaya və mədə-bağırsaq sistemində problemlərin yaranmasına səbəb olur. Məsələn, proteinlə zəngin olan yumurta və inək südü həmin qrupa daxildir. Ən allergik meyvələr isə çiyələk və kividir.

Həkim-pediatrın dediyinə görə, hər dövrün öz qidası var: "Körpənin altı ayı tamam olanda dərhal onun qidalara alışdırılması düzgün deyil, çünki həmin qidaların hər biri bağırsaqlarda müəyyən dərəcədə qıcıqlanma verə və bu, qəbizliklə nəticələnə bilər. Əlavə qidalara monokomponentlə, bir-bir başlanılmalı və fasilələrlə verilməlidir. Bəzi qidaların 1 yaşına qədər körpəyə verilməsi məsləhət görülmür. Uşağın çəkisi varsa, qidalanmağa gül kələmi ilə, çəki azlığı varsa, sıyıqlar və yulaf, düyü, qarabaşaq və s. kimi yarmalardan başlamaq olar".

Aparılan araşdırmalar sübut edib ki, ana südü ilə bəslənən uşaqlar daha sakit və özünə inamlı böyüyür. Belə olan halda onlar xarici mühitə daha tez və rahat uyğunlaşır. Ən əsası isə ana və onun körpəsi arasında unikal, heç nə ilə müqayisə olunmayan, emosional əlaqə yaranır ki, bu da bir ömür boyu davam edir./Azərtac


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 938   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 559
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 222
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 257
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 232
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 291
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 687
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 520
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 499
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1617
.