Vəhşi heyvanların insanların əyləncə məkanlarında çəkdikləri cəhənnəm əzabı - ARAŞDIRMA

Vəhşi heyvanların insanların əyləncə məkanlarında çəkdikləri cəhənnəm əzabı - ARAŞDIRMAAzərbaycanda fəaliyyət göstərən bəzi istirahət mərkəzlərində vəhşi heyvanlar qəfəsdə saxlanılır. Eyni zamanda, ekzotik quşlar masaların arasında, attraksion ərazisində sərbəst gəzib-dolaşır.

Sahibkarların həmin heyvanları qəfəsdə saxlamaqda məqsədi daha çox turist cəlb etməkdir. Amma həmin heyvanların saxlanıldığı qəfəs baxımsız vəziyyətdə, zibilin, çirkabın içində olur.

Bir müddət əvvəl Altıağacda yerləşən "Cənnət bağı" istirahət mərkəzində də vəhşi heyvanların acınacaqlı vəziyyətdə saxlanılmasına aid görüntülər yayılmışdı.

Bəs iaşə obyektlərinin, istirahət mərkəzlərinin həmin heyvanları bu cür saxlamaq üçün icazələri varmı?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva vəhşi heyvanların qəfəsdə saxlanılması qaydası barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, istirahət mərkəzlərinin zooloji kolleksiya üçün şəhadətnaməsi olmalıdır:

"Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən ictimai iaşə obyektlərində saxlanılması, zooparkların, zoobağların yaradılması zooloji kolleksiya adlanır. Bu, qanunvericiliklə tənzimlənir. Bu kolleksiyalar dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Zooloji kolleksiyalar yaradılan zaman dövlət qeydiyyatına alınmalıdır.

Belə ki, hər-hansı bir fiziki və hüquqi şəxs zooloji kolleksiya yaratmaq istəyirsə, mütləq Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət etməlidir. Kolleksiyada mövcud olan heyvanlar barədə məlumatlar dövlət kadastrına salınır. Həmin mülkiyyətçilər müvafiq şəhadətnamə ilə təmin olunurlar".

"İctimai iaşə obyektlərində daim zooloji kolleksiyalarla bağlı reydlər aparılır. Hər-hansı bir fiziki və hüquqi şəxs heyvanları qeyri-qanuni saxlayırsa, zooloji kolleksiyalar mövcud deyilsə, eyni zamanda, heyvanların saxlanma şəraiti qənaətbəxş deyilsə, mütləq həmin mülkiyyətçilər barəsində qanuna uyğun tədbirlər görülür", - deyə xidmət rəisi əlavə edib.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Oxu.Az-a açıqlamasında bildirib ki, beynəlxalq təcrübədə vəhşi və ev heyvanlarının müvafiq şəraitdə saxlanılması qaydası var:

"Heyvanlara düzgün baxılmırsa, onlar normal yerdə saxlanılmırsa, qidalandırılmırsa, böyük cəzalar var. Azərbaycan qanunvericiliyində heyvanların təbii mühitindən ayrılmasına görə icazələr tələb olunur. Əgər ov növüdürsə, ov lisenziyası ilə əldə edilməlidir. Heyvanları istirahət mərkəzində saxlamaq üçün isə xüsusi lisenziya alınmalıdır ki, bu da əsaslandırılmalıdır".

O qeyd edib ki, heyvanların qəfəsdə saxlanması və attraksion ərazisində gəzdirilməsinin fəsadları çoxdur:

"Bizim təcrübə göstərir ki, bir zamanlar ayıları daha çox restoranlarda saxlayırdılar. Həmin heyvanları bala vaxtı tuturlar və insanların çox olduğu yerdə süni qidalarla, turistlərin yedikləri ilə qidalandırırlar. Həmin heyvanlar böyüdükdən sonra çox qida, qayğı tələb etdiyinə görə onu saxlayanlara artıq əl vermir və təbiətə buraxırlar.

Təbii ki, heyvanın artıq təbii mühitə bərpa olunması, demək olar ki, mümkün deyil. Çünki o heyvan qəfəsdə qalan zaman insanları görüb və öyrəşib. Təbiətə buraxılandan sonra səs eşidəndə, qoxu hiss edəndə yenidən kəndlərə qayıdacaq.

Yırtıcı olduqları üçün insanlara hücum edə bilər, yaxud da insanlar onu öldürəcəklər. Bəzi restoranlarda quşlar olur ki, onların əksəriyyəti təsərrüfatda yetişdirilənlərdir. Bunları saxlamaqda heç bir problem yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1318   Tarix: 23 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 73
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 186
.

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik

11:56 182
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

18:30 154
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 177
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 177
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 184
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

20:23 40
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

15:06 198
.