Yuri Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - FOTO

Yuri Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - FOTOÖtən gün ürəyi dayandığı üçün dünyasını dəyişən "Laskovıy may" qrupunun solisti, məşhur rusiyalı müğənni Yuri Şatunovun ailəsinə qalan mirası məlum olub.

Axşam.az "StraHit"ə istinafən xəbər verir ki, kasıb ailədən olan, uşaq evində böyüyən 48 yaşlı ifaçının mirası iki mənzil və bir evdən ibarətdir. Birinci daşınmaz əmlakı Moskvada yerləşir. Bu, onun internat məktəbini bitirdikdən sonra aldığı mülkdür. Kantemirovskaya küçəsindəki bir otaqlı mənzilin ortalama qiyməti 11 milyon rubl (təxminən 349 min 785 manat) təşkil edir.

Yuri Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - FOTOİkinci isə 2016-cı ildə keçmiş prodüser və otel sahibi Andrey Razinin ona hədiyyə etdiyi dəbdəbəli mənzildir. O Soçidəki "Razin" otelində yerləşir. Bildirilir ki, bu mikrorayonda 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzillərin qiyməti təxminən 15 milyon (təxminən 477 min 146 manat) rubldır.

Mərhum ulduzun mirasına daxil olan digər mülk isə Münhendədir. Qiyməti 10 milyon dollar (16 milyon 989 min 801 manat) olan bu evdə Şatunov son 20 ildə ailəsi ilə birlikdə yaşayıb.

Müğənninin Almaniyada daşınmaz əmlak seçməsi təsadüfi deyil. O, 1990-cı illərdə qrupu tərk edərək ölkədən gedib. İfaçı burada yeni sevgilisi Svetlana ilə tanış olub. Svetlana Şatunovun yaradıcılığından bixəbər olub və şou-bizneslə əlaqəsi olmayıb.

2006-cı ilin sentyabrında cütlüyün ilk uşaqları Dennis dünyaya gəlib. Cütlük bir il sonra, 2007-ci ildə Frankfurt-Maynda evlənib. Beş il sonra onların qızı Estella doğulub.
Yuri Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - FOTO"Komsomolskaya pravda"nın məlumatına görə, Şatunovun xarici banklardakı məbləğı yalnız onun ailəsinə məlumdur. Həmkarlarının fikrincə, ulduzun əmanətləri uşaqların təhsili və bir neçə illik ailə həyatını təmin etmək üçün kifayət qədərdir. Bu o deməkdir ki, ulduzun kapitalını 6 milyon avrodan (təxminən 10 milyon 746 min 580 manat) çoxdur.

Həmçinin, varislər Şatunovun özünün yazdığı mahnıların ifasına görə qonorar ala biləcəklər.

Yuri Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - FOTOŞatunov bundan başqa 20 min rubl (təxminən 636 manat) təqaüd də alıb. O, mərhum sənətçi İosif Kobzonun sayəsində gənc təqaüdçü olub. Kobzon "Laskovıy may"ın ulduzları Y.Şatunov və Sergey Serkovu 14 yaşında rəsmi olaraq işə götürüb. Onlar "Moskonsert"in artistləri siyahısına salınıb, ödəniş alırdılar. İkili 25 ildən sonra isə təqaüdə çıxıb. Kobzon olmasaydı, sənətçiləri təhsilsiz heç kim heç yerə qəbul etməzdi.

Yuri Şatunovun bütün mirası birinci dərəcəli varislər tərəfindən alınacaq: dul həyat yoldaşı, oğlu və qızı.

Yuri Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1728   Tarix: 24 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse

07.11.2026 496
.

Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:

00:10 299
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 502
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 209
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

10:45 196
.

3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il

31.10.2026 891
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 484
.

Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı

Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin

12:10 152
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 426
.

Son Xəbərlər