Rövşanə həmkarlarını tənqid etdi: "Düzəldilmiş sifətlər..."

Rövşanə həmkarlarını tənqid etdi: "Düzəldilmiş sifətlər..."Aparıcı Rövşanə Ağasəfqızı MTV Azərbaycan kanalında yeni nəsil televiziya aparıcılarını tənqid edib.

Rövşanə Ağasəfqızı deyib: "Məni narahat edən məqam bu gün bizdə ixtisaslaşmış jurnalistikanın olmamasıdır. Məsələn, iqtisadiyyat və siyasi sahədə jurnalistlərimiz azdır. Əyləncə istiqamətli teleaparıcıları çoxdur və onlar daha çox populyardırlar. Amma belə olmamalıdır. Biz tamaşaçıya nə məhsul təqdim ediriksə, onu də həzm edirlər. Jurnalistikada ixtisaslaşmanlın olmasını çox istəyərdim.

Yetərli qədər əyləncə və şou aparıcları var. Əslində, bir neçə şou-xatakterli verilişlərim olub, amma bu xatakterli verilişlər ağılıma və düşüncəmə yaxın deyil. Məndə o qədər şou proqramlar alınmır. Daha çox sosial istiqamətli layihələrdə varam. İnsanların problemi üzərindən çıxış etməyi sevirəm".

Aparıcı həmkərlarının plastik əməliyyatla bir-birinə bənzəməsini pisləyib: "Nə qədər bir-birinə bənzəyən insanlar var. Anlayıram ki, plastik cərrahlar pul qazanmalıdırlar. Eyni şişmiş dodaqlar, qalxan gözlər, balaca burun... Yəni eyni sifətlərdir. Təəssüf ki, bu gün aparıcılar arasında o görünüşdə qızlar daha çoxdur. Onları ayırd edə bilmirəm. Nə səsi, nə xarizması, nə danışıq səviyyəsi ilə yadda qalan aparıcı var. Onların sayı azdır...

Yenilərdən heç kimi tanımıram, hamısı bir-birinə oxşayır. Saç düzümü, geyim tərzi, makiyajı, şəkilləndirilmiş bədən və düzəldilmiş sifətlər. Belə olmaz".

Rövşanə Ağasəfqızı onu da deyib ki, blogerlərin aparıcı olmasına qarşıdır: "Blogerliyi və telejurnalistikanı bir tərəziyə qoymaq düzgün deyil. Jurnalistika bilik tələb edəb sənətdir. Televiziya ciddi sahədir. Televiziyanın İnstaqram və blogerlik səviyyəsinə düşməsinə qətiyyətlə etiraz edirəm və qəbul etmirəm".

(Teleqraf.com)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1215   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

TOP MP3