Kamilə Babayeva: "Burnum yekədir, amma əməliyyat etdirmərəm"

Kamilə Babayeva: "Burnum yekədir, amma əməliyyat etdirmərəm""Hər şey yaxşıdır. Səhhətim normaldır. Sözdən söz çıxdı. Ev iti məni dişlədi. Dostumun iti idi. Bu hadisədən əvvəl onunla oynamışam. Yaxınlaşdım ki, onunla oynayım, gözünə birtəhər dəydim və məni qapdı. Yəqin itin kefi yox idi (gülür)".

Bu sözləri məşhur teleaparıcı Kamilə Babayeva Bizim.Media-nın əməkdaşı ilə müsahibəsində deyib.

AzTV-də yayımlanan, aparıcısı olduğu "Görüş yeri" verilişindən söz açan Kamilə layihənin gələn mövsümdən yenidən ekranlarda olub-olmayacağı ilə bağlı söhbətlərə aydınlıq gətirib.

"Bu mövsümdən etibarən verilişim getdi "mövsüm finalına". Yəqin ki, bir aydan sonra gedib şirkətlə verilişimin aqibəti ilə maraqlanacağam. Çünki özüm də bilmirəm, "Görüş yeri" olacaq, yoxsa olmayacaq. İndi verilişlərin əksəriyyəti serial kimidir, ömürləri azdır. Bir gün var, bir gün isə yoxdur.

Avqust ayının əvvəli üçün verilişlə bağlı danışıqlar olacaq. Qismət varsa "Görüş yeri" olacaq, olmasa fərqli bir formatda tamaşaçıların qarşısına çıxacağıq. Mən televiziya adamıyam, veriliş olmasa darıxaram. İşləməsəm, evdəkilər əlimdən yorularlar. Mütləq nələrsə etməliyəm".

K.Babayeva illər əvvəl aparıcısı olduğu "V element" verilişi üçün çox darıxdığını bildirib.

"Çox istərdim yenidən "V element" verilişi olsun. Baxmayaraq ki, Ranar Musayev deyirdi ki, biz onu incidirik, amma o veriliş üçün burnumun ucu göynəyir".

Aparıcıdan "Həmkarlarınız arasında kimləri bəyənib-bəyənmirsiniz?" soruşmuşduq ki, Kamilə pislərin ələnəcəyini, yaxşıların isə hər zaman gündəmdə olacağını bildirib.

"Dövrümüzdə pis də, daha pis də vardı. Müəyyən müğənnilər var idi ki, onları efirlərə buraxmırdılar, aparıcılar isə efirə çıxıb, gözdən itirdi. İndi meydan onlara verilib, amma gec-tez hamısı ələnəcək. Sevilməyənlər itib gedəcəklər. Onlara baxanda, qıcıqlanmıram, çünki özləri zamanla yoxa çıxacaqlar. Qıcıq olmağa o qədər məsələlər var ki...

Nərgiz Cəlilovanı, Afaq Gəncəlini, Leyla Quliyevanı, Tural Əsədovu, Nəsib Nur və digər həmkarlarımı çox istəyirəm. Nanə Ağamalıyeva, Xədicə Sənanqızı çox zəhmətkeşdirlər. Onlar hər gün efirdədirlər. Enerjiləri tükənməzdir".

"Müğənnilərlə yanaşı, aparıcıların da plastik əməliyyat sevdası göz önündədir. Onlar bir-birinin acığına, gözəlləşmək üçün bıçaq altına uzanırlar" - demişdik ki, K.Babayeva əməliyyatlardan çox qorxduğunu açıqlayıb:

"Hərdən mənə söyləyirlər ki, bəlkə hansısa nahiyəni plastik əməliyyat etdirəsən. Cavab olaraq söyləyirəm ki, çox qorxağam. Əməliyyatlardan çox qorxuram. Kim əməliyyat edirsə, onların cəsarətini alqışlayıram.

Bilirəm ki, burnum yekədir, amma onu əməliyyat etdirmərəm. Heç vaxt heç vaxt demə. Bəlkə də elə bir gün gələ bilər ki, məcburiyyət yaranar və əməliyyat edərəm. Amma indi çox qorxuram və belə bir addım atmağa hazır deyiləm".

Kamilə sonra toylarla bağlı danışıb:

"Toylara gedirəm. Özümə də uyğun qazancım var. İş olanda işləyirik. Olmayanda da digər toya gedənlərin yerinə sevinirik. Heç xəbərim yoxdur, məni toylardan buran var, yoxsa yox? Çünki bu kimi mövzulardan çox uzağam. Öz dünyam var. Həyatı çox rahat yaşayıram. Tanrı mənə elə qəlb verib ki, pisi heç zaman görmürəm. Pislərin Allah qəlbinə işıq, hüzur versin".

Müsahibənin sonunda K.Babayeva istirahətə gedəcəyini desə də, amma tətilinin istiqamətini hələ də müəyyənləşdirmədiyini açıqlayıb:

"İstirahətə getmək istəyirəm, qızımın da tətili yaxşı keçməlidir. Görək nə olur? Hələ bilmirəm istirahətə gedəcəyəm, ya yox? İstirahət planları tək özümdən asılı deyil. Amma yay fəslindən maksimum istifadə etməyi düşünürəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1685   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Son Xəbərlər