"Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim"

"Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim"Lent.az-ın müsahibi Azərbaycan muğamlarının mahir ifaçısı, Xalq artisti Könül Xasıyevadır.

Bu dəfə sənətdən yox, Könül xanımın ömür yolundan danışdıq...

- Könül xanım, sizə birdən-birə nə oldu, nə səbəblə xəstələndiniz?

- Hər şey insan üçündür. Mənim də qismətimə bu düşdü. Əslində uşaq vaxtından zəif idim. Tez-tez boğazım ağrıyırdı, burnumda rinit, allergiya. Üstünə düşmədim bu sonralar astma xəstəliyinə qədər aparıb çıxardı. Balaca olanda dodağımın kənarlarında tez-tez herpes olurdu, el arasında uçuqlama deyirlər. Sonralar həkimim dedi ki, onurğamda yaranan problemlərin xəbərçisi olub o. Elə tələbə vaxtımdan idman dərslərində mən yaşıdlarıma nisbətən tez təngnəfəs olurdum, tövşüyürdüm. Görünür nələrsə olub, bilməmişik. 22 il əvvəl Bakıda zəlzələ oldu, mən onda yaman pis qorxdum. Stressə düşdüm. Bütün bəlalarım da belə başladı. Həyəcan qorxu, sinir. Bütün orqanlarımda problem yarandı. Hərdən fikirləşirəm ki, ömrümün çox hissəsini xəstəxanalarda keçirmişəm. 2015-ci ilə qədər ancaq sənət yoldaşlarım bilib ki, mən xəstəyəm. 2001-ci ildə, ən pis günlərimdə Simarə İmanova ilə Zabit Nəbizadə gəlmişdilər yanıma. Şəkidə 46 gün xəstəxanada yatmışam, iynə vurub məni Bakıya gətirdilər. Güclü ürək döyüntüsü, narahatlıq şəklində üzə çıxırdı həmin anlarım. Cavan bir əmim oğlu vardı, rəhmətə getmişdi, yuxuda mənə dedi, "hamınız bir-bir yanıma gələcəksiniz". Ayıldım ki, boğuluram. Elə ondan sonra bəlalarım başladı. Psixiatr Nadir Əzimovun xəstəsi olmuşam uzun müddət. Çox əziyyət çəkdim. Qorxurdum, indi də tək qala bilmirəm. Qardaşımgil bizimlə yaşayır, edən bayıra tək çıxa bilmirəm. Hara gedirəmsə, Faizə xanımla gedirəm (Könül xanım redaksiyamıza da Faizə xanımla gəlmişdi. Faizə xanım təqaüdə çıxmış həkimdir, uzun illərdir Könül xanımla birlikdədir) xalqımın duaları məni ayaq üstə saxladı.

- Yenə toylara gedə bilirsiniz?

- Köhnə dostların dəvəti olanda gedib oxuyuram. Məndən pul almırlar ki, mənə pul verirlər, Allah bərəkət versin (gülür).

- Könül xanım, başınıza gələn sıxıntılara rəğmən pozitivliyinizi qoruya bilmisiniz. Toylarda, məclislərdə məzəli hadisələr gəlmiş olar başınıza.

- Hə olur. Bir dəfə toya getmişəm. Bir cavan oğlandı gəlib mənimlə şəkil çəkdirir. Gah oturduğumuz yerdə, gah ayaq üstə. Hər dəfə də icazə alır, Könül xanım belə çəkdirsək olar, elə çəkdirsək olar? Axırda dedim, a bala, bircə yatan yerdə olmasın, daha çək qurtar (gülür). Bu yaxınlarda hörmətli aşıq Ədalət Dəlidağlının ocağında toplanmıdşıq. Çəkiliş gedirdi. Çəkilişdə sonra Ədalətin ailəsi nəvələri toplandı. Müğənni Cabir Abdullayev, tarzən Elman da oturub çay içirik. Elman tələbə yoldaşım olub. Zarafatla dedim ay Cabir, ay Elman, ay Ədalət, heç biriniz vaxtında məni alıb evə arvad eləmədiniz, mən də vaxtında oğul-uşaq sahibi olardım. Cabir də zarafatla dedi, sənə qıymamışıq. (Könül xanım bu yerdə qəhqəhə çəkir)

- Bəs niyə vaxtında ailə qurmadınız?

- Evdə 6 uşaq idik. Dolanışıq çətin idi. Atam kassir işləyirdi. Amma haram pula əl uzatmırdı. Dolanmaq lazım idi. 11 yaşımdan mən toylara, məclislərə getməyə başladım. Ailənin yükünü daşımalı oldum. Çiynimə çox gənc yaşda ailə qayğıları düşdü. İllər quş qanadlı oldu. Özümdən başqa hamı üçün çabaladım. Vaxtından əvvəl yorğun düşdüm. Bir də gördüm çatmışam 39 yaşıma.

- Sevib ailə qurdunuz?

- Hə. Özüm gördüm, tanıdım.

- İncəsənət adamı idi?

- Yox, o hüquq mühafizə sistemində işləyirdi.

- Bəs niyə ayrıldınız?

- (Bu yerdə yenə zarafat edir) Çünki evlənmişdik deyə. Evlənməsən ayrıla bilməzsən axı. Bu barədə çox danışmaq istəmərəm. Qismətdə nə varsa, insan onu yaşayır. Bizimki də belə gətirdi. Anam rəhmətlik deyərdi ki, insan ömrü boyu çabalayır, nail olduğu yalnız qismətidir. Mən taleyimdən narazı deyiləm, ən çətin günlərimdə Allaha şükür etmişəm. Əsas ayaqda olmaqdır. Ağlım kəsəndən çalışıram, çabalayıram. Təkcə özüm üçün yox a. Bacı qardaşlarımın toyunu mən eləmişəm. Evin beşinci uşağı mən idim. Rayonda ev tikdim. Ata evimiz bir otaq, bir aynabənd idi, bunu hamı bilir. Onların uşaqlarını yerbəyer elədim. Allahın izni ilə. Allah yol verməsə olmazdı. İndi də iki uşaq oxuduram. Üzlərini görməmişəm. Bilirəm ki, xəstədirlər, rayonda yaşayırlar araşdırdım, sonra dəstək oldum illik təhsil haqlarını mən ödəyirəm.

- Həyat yoldaşınızla görüşürsünüz? Dəstək olur sizə?

- Yox, nə o olmadı, nə də mən istəmədim. Nə maddi, nə mənəvi. Hərdən bir Kazımla telefonla danışır. Görüşmürlər.

- Ondan sonra ailə qurmaq niyyətinz olub və ya istərdiniz?

- Qismət. Ailə qurmaq olar. Sevənlər də var. Xaricdə yaşayan bir soydaşımızdan evlilik təklifi də almışam. Bir qızım olsun istəyərdim. Amma bunların hamısı Kazımı yerbəyer edəndən sonra. Mənim bütün həyatım Kazıma həsr olunub.

- Bildiyimə görə, Kazımın da səhhətində problemlər vardı. İndi necədir?

- Kazımın 14 yaşı var. O Turetto sindromundan əziyyət çəkir. Buna görə də bütün uşaqlar kimi normal təhsil ala bilmədi. 3-cü sinifdən sonra evdə təhsil almağa başladı. Xəstəxanada qeydiyyatdadır. Bu il 36 saylı xüsusi məktəbdə 8-ci sinfi bitirib.

- Bu necə bir xəstəlikdir?

- Çox zəki uşaqdır əslində. Sadəcə müxtəlif tikləri var. Bir də görürsən quş səsi çıxarır, dayanmadan fırlanır və ya hıçqırıq kimi səslər çıxarır. Uzun müddət onu səhv müalicə eləmişdilər. Sonralar indiki həkimi ilə tanış olduq, dərmanlar yazdı və indi şükür düzəlir. Amma bu keçən xəstəlik deyil. Müəyyən çılğınlıqlar vardı ki, onlar sakitləşib. Məni stress yıxmadı, məni Kazımın dərdi yıxdı. Xəstələnəndən sonra 7 il yenə məclislərə getdim. Faizə xanım elə toy gedə-gedə mənə iynə vurub sakitləşdirirdi. Amma Kazım 3 yaşına çatandan sonra məni dərd götürdü. Əvvəllər anlamırdım, körpə idi quş səsi çıxarırdı, elə bilirdik uşaqdı bu normaldı, sevimli gəlirdi. 3 yaşına çatanda televizorda eynən onun kimi bir uşaq görəndən sonra anladıq ki, məsələ nə yerdədir. Bir ara Türkiyədə dedilər, başını əməliyyat edib "pil" qoyacaqlar. Amma bu da nə nəticə verəcək, bilinmir. Razılaşa bilmədim. Bütün dünyada bu xəstəliyin 3 dərmanı var, onu da alırıq. Nağara çalan olmaq istəyir. Qoy olsun. İşini mükəmməl görəndə hər sənət gözəldir. Həyat ritm üzərində qurulub, ritm pozulanda düzən pozulur.

- Saçlarınızı rahat olsun deyə belə qısa kəsdirirsiniz?

- Saçım da, dişlərim də əsəblərimə görə töküldü. Şəkidə xəstəxanada yatanda yarım saat ərzində mənim 4 dişim birdən çıxıb sinəmə düşüb. Getsin o günlər gəlməsin. İnşallah nə zamansa yenidən əməliyyata girəcəyəm. 3 əməliyyat gözləyir məni. Sadəcə gözləyirəm ki, Kazım bir az böyüsün, şəxsiyyət vəsiqəsini alsın sonra. Ölüm haqdır e, hamıya var. Amma bir də var özün könüllü gedib girəsən bıçaq altına.

- Könül xanım, sizcə hansı mahnınızla yaddaşlara köçmüsünüz?

- "Gecələr" mahnısı. Bu mahnıda mən özümü, öz taleyimi oxumuşam. "Mən həsəd aparıram yatanlara gecələr". 22 ildir mən yatağa uzanmadan, oturduğum şəkildə yuxulayıram. Ürəkdöyüntülərim başlayır deyə.

- Keçmişə baxanda hansı gününüzün geri dönməsini istərdiniz?

- Atalı-analı günlərimi istəyərdim.

- Ən gözəl günlərinizi necə xatırlayırsınız?

- Ən gözəl günlərim mərhum liderimiz Heydər Əliyev tərəfindən Əməkdar artist, Prezident İlham Əliyev tərəfindən Xalq artisti adı aldığım, Mehriban Əliyevanın mənə mənzil bağışladığı gündür. Mən dövlətimin qayğısından çox məmnunam. Prezident təqaüdü alıram. Bəs edir mənə. Bir də ən unudulmaz gün Allahın mənə Kazımı bəxş etdiyi gündür. Kazım Allahdan gələn ən böyük mükafatımdır.

- Pul, şöhrət, sağlamlıq və ya ailə səadəti. Hansını seçərdiniz?

- Əlbəttə sağlamlığı. Əsas ayaq üstə dura bilməkdir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1660   Tarix: 30 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Son Xəbərlər