"Həmin Zaur" verilişinə görə ARB-yə XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan Respublikası Audiovizual Şurası "ARB" televiziya kanalında yayımlanan "Həmin Zaur" proqramı müğənni Afşin Azərinin efirdən çıxarılması faktına münasibət bildirib.
Şuradan "Report"un sorğusuna cavab olaraq bildirib ki, Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.
Qeyd olunub ki, bu reaksiya açıqlama, bəyanat, xəbərdarlıq və daha sərt - hər hansı bir sanksiyanın tətbiq olunması ilə bağlı Şuranın qərarı formasında ola bilər:
"29 iyun 2022-ci il tarixdə "ARB" ümumölkə yerüstü televiziya yayımçısının efirində "Həmin Zaur" proqramı zamanı aparıcı Zaur Kamal ilə efirə dəvət olunan qonaq müğənni Afşin Azəri arasında ziddiyyətli dialoq baş verib, sonra isə aparıcı qonağı efirdən çıxarıb. Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri təfindən proqramın monitorinqi həyata keçirilib, yaranan xoşagəlməz hala baxmayaraq yayım zamanı qanunvericilyin pozulması faktı qeydə alınmayıb.
Belə ki, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Proqrama hansı qonağın, hansı vaxtda, hansı tərzdə dəvət olunması və ya efirdən uzaqlaşdırılması tam olaraq redaksiya müstəqilliyi müstəvisinə aid bir məsələdir. Baş vermiş insident zamanı qonağa qarşı hər hansı nalayiq ifadə istifadə olunmayıb, qonağın fikirlərinin redaksiyanın fikirləri ilə üst-üstə düşməməsi halı baş verib və nəticədə proqramın redaksiyası qonağı efirdən çıxarıb".
Qeyd olunub ki, ictimai reaksiyanı nəzərə alaraq Şura tərəfindən ARB kanalının rəhbərliyinə müəyyən tövsiyə və izahatlar verilmiş, gələcəkdə belə ictimai qınağa səbəb olan halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.
Sosial şəbəkələrdə, internet televiziyalarda aparıcının bu davranışını "Media haqqında" Qanunun 14.1.7-ci maddəsinin (şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı tələbin) pozulması kimi qiymətləndirirlər. Şuranın həmin məqama münasibəti belə olub:
"Elə bir hal olduğu təqdirdə qarşı tərəfin bununla bağlı birbaşa olaraq məhkəmə instansiyalarına müraciət etmək hüququ var. Özünü zərərçəkmiş hesab edən şəxsin əvəzinə Şuranın fikir bildirməsi doğru olmazdı".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEbru ilə Uğur tərəf müqabili oldu
Türkiyəli aktrisa Ebru Şahinin yeni serialı bəlli olub. Axşam.az Türkyə mətbuatına istinadən xəbər verir ki, "Adana Ayazı"serialında rol alacaq. "NOW" kanalında yayımlanacaq ekran işində onun tərəf müqabili Uğur Güneş olacaq
22.08.2026 292 Aygün Kazımovanın səhnə geyimi MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - VİDEO
Pop diva Aygün Kazımova səhnə performansı ilə diqqət çəkib. -ın məlumatına görə, Xalq artisti məkanlardan birində səhnə alaraq repertuarından mahnılar səsləndirib. Onun çıxışı ilə yanaşı, səhnə üçün seçdiyi geyim tərzi və fit bədən quruluşu da diqqətdən yayınmayıb. Sənətçinin səhnədəki görünüşü izləyicilə
23.08.2026 746 8 il sonra eyni serialda çəkiləcəklər
"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Serhat Kılıç rol alacaq. O, layihədə "Yadigar"ı canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Tolqa Sarıtaş ifa edir. Tolqa və Serhat 8 il əvvəl "Söz"
23.08.2026 289 "Yalı çapkını"nın ulduzlarının övladı olacaq
Türkiyəli aktrisa Beril Pozamla aktyor həyat yoldaşı Ersin Arıcının övladı olacaq. Axşam.az xəbər verir ki, bu barədə aktrisa özü açıqlama yayıb. Qeyd edək ki, cütlük "Yalı çapkını" serialında tanış olub. Beril və Ersin iki ildir evlidir
19.08.2026 673 Selin Dion 2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
Dünya şöhrətli müğənni Selin Dion iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Axşam.az xəbər verir ki, 58 yaşlı sənətçi Parisdəki "Le Royal Monceau" otelinin qarşısında pərəstişkarları tərəfindən böyük coşqu ilə qarşılanıb. Həyəcanlı olduğu diqqətdən yayınmayan ifaçı bej rəngli tren
15:20 147 "Mən hələ də ona eyni sevgi ilə baxıram"
Əməkdar artist Abbas Bağırov doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi paylaşımında həyatında qazandığı insanların və yaşadığı gözəl anların onun üçün ən böyük dəyər olduğunu bildirib:. "Həyatımın daha bir ilini geridə qoyuram. İllər keçdikc
16:00 164 Aygün Kazımovanın qızı İlqarə dəyişib TANINMAZ HALA DÜŞDÜ - FOTO
Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımovanın xarici görünüşü hər kəsi təəcübləndirib. xəbər verir ki, sosial mediada İlqarənin yeni görüntüləri marağa səbəb olub. Şəkildən görünür ki, Kazımova həddindən artıq çəki atıb, saçlarının rəngini dəyişdirib
16.08.2026 476 "Mənim dayağım, həyat yoldaşım" - Foto
Əməkdar artist Rəşidə Rəşid həyat yoldaşı, jurnalist və publisist Kamil Şahverdinin fotosunu sosial şəbəkədə paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi paylaşımında həyat yoldaşı haqqında xoş sözlər yazıb və onu həyatının dayağı adlandırıb:. "Bu, mənim həyat yoldaşımdır. Hansı ki, bütün ömrü boy
16:30 182 "Qohumlarım baxır, etməyin" - Görünüşünü tənqid edənlərə əsəbiləşdi
Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi canlı yayım zamanı görünüşü ilə bağlı yazılan mənfi rəylərə münasibət bildirib. O, bəzi insanların qadınların xarici görünüşünü tənqid etməsini sərt şəkildə qınayıb. "Qohumum, tanışı
15:10 160