Tovuz döyüşlərinin baş verdiyi postlarda durum necədir?
Tovuz döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsinə mediatur təşkil olunub.
BiG.AZ-ın "Report"a istinadən verdiyi məlumata görə, mediatur çərçivəsində hərbi hissədə yaradılmış şəraitlə tanış olunub, əsgər və zabitlərin günlük xidmət prosesi izlənilib.
KİV nümayəndələrinə bildirilib ki, hərbi hissədə yeməklər xüsusi aşbazlar tərəfindən hazırlanır, yataq dəstləri, paltarların yuyulması üçün isə camaşırxana fəaliyyət göstərir.
Qeyd edilib ki, hərbi hissədə təsərrüfat işlərində mülki işçilər çalışır.
Daha sonra mediatur iştirakçıları "N" saylı hərbi hissənin topçularının gündəlik təlim prosesi ilə tanış olub.
Sonda isə hərbi hissənin müxtəlif yüksəklikdə yerləşən postlarına baş çəkilib, orada yaradılmış şərait barədə jurnalistlərə məlumat verilib.
Qeyd edək ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Ermənistan ordusunun bölmələri daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin günü qarşı tərəf dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma Ermənistan ordusunun bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzədək hərbi qulluqçusu məhv edilib.
Tovuz döyüşlərində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmalıyov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. Erməni təxribatları nəticəsində mülki şəxs, 76 yaşlı Əziz Əzizov da həlak olub.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə Azərbaycan Milli Qəhrəmanı adı verilib.













BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 828 Tarix: 12 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb
10:22 223 Mərdəkan şossesində qəza sıxlıq yaratdı
Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı
15:20 147 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 211 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 355 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
14:50 139 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
15:50 123 Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində
15:00 147 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
17:30 1 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
17:00 43