"Suyun altındakı çuxurda gəncin cansız bədəninə toxundum": Xilaskarlarla bir gün - REPORTAJ + FOTO

"Suyun altındakı çuxurda gəncin cansız bədəninə toxundum": Xilaskarlarla bir gün - REPORTAJ + FOTOMotorlu xilasetmə qayığı işə salınır və suda yırğalana-yırğalana sahildən uzaqlaşırıq.

Qayıqda fotoqraf, xilasedici və mən əyləşmişik.

Dəniz sahilində yosunlar olsa da, çimərlikdə də az adam yoxdur. Sahildən uzaqlaşdıqca ətrafı daha da aydın görmək olur.

Xilasetmə qayığında bir nəfər sükan arxasında əyləşir, digəri batanı xilas edir. Onlar boğulan şəxsi dənizdən çıxartdıqdan sonra ona ilk yardım göstərilir. Süni nəfəs verilir, ürəyi masaj olunur.

Suda boğulana altı dəqiqə ərzində ilkin yardım edilsə, onun həyatını xilas etmək olar.

Xilasedici, yaxud da xilaskar. Çünki bu peşə sahibləri insanların həyatını xilas etmək üçün özlərini riskə atırlar.

Dənizdə insanların təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cavabdehlik daşıyırlar.

Xilasedicilərin işi hər gün səhər saat 09:00-dan axşam 20:00-a qədər davam edir. Xilasetmə məntəqəsində 24 saat növbətçilik aparılır.
"Suyun altındakı çuxurda gəncin cansız bədəninə toxundum": Xilaskarlarla bir gün - REPORTAJ + FOTOOxu.Az-ın əməkdaşlarının olduğu Nardaran çimərliyindəki məntəqədən 400 metr sağa, 400 metr sola və dənizə doğru çimərlik ərazilərinə nəzarət edilir. Eyni zamanda, müşahidə qülləsində bir nəfər olur. Bir saatdan bir müşahidə qülləsində növbə dəyişir.

Matros-xilasedici Səbuhi İsayev də üç ildən artıqdır ki, burada çalışır.

O deyir ki, buraya dincəlməyə gələn valideynlər uşaqlarını nəzarətsiz buraxırlar:

"Ötən mövsüm çimərlikdə sıxlıq müşahidə olunurdu. İstirahətə bir yerdə gələn bir neçə ailədə böyüklərin başı söhbətə qarışır və qəfil xəbər tuturlar ki, uşaqlardan biri yoxdur. Özləri ətrafa baxır, tapa bilmir və müraciət edirlər ki, azyaşlı suda boğulub. Dərhal tərəfimizdən çevik reaksiya verilərək, həm suda axtarış etdik, həm də uşağın batdığını konkret olaraq görən olmadığı üçün quruda diqqətlə uşaqları müşahidə etməli olduq.

Bir saatdan artıq bir müddət keçdikdən sonra xilasedicilərimizdən bir nəfər quruda tək qalıb, ağlayan bir uşaq görür. Yaxınlaşıb soruşduqda məlum olur ki, axtarılan həmin uşaqdır və digər uşaqlarla oynayarkən uzaqlaşıb, nəticədə valideynlərini itirib.

Xoşbəxtlikdən, uşaq sağ-salamat tapılıb valideynlərinə təhvil verilsə də, ancaq hadisə faciəvi sonluqla da nəticələnə bilərdi. Ona görə də üz tutub valideynlərə səslənmək istərdik ki, çimərlik ərazisində azyaşlıları xüsusi diqqətdə saxlasınlar və daha məsuliyyətli olsunlar".

Qayığın istiqamətini dəyişib üzü sahilə doğru irəliləyirik.

Bu zaman müşahidə qülləsindən siqnal səsi gəlir.

"Bu nə səsdir?" – soruşuram.

"Vətəndaş dənizdə üzmə sərhədini keçib. Xəbərdarlıq edilir ki, boğulma təhlükəsi ilə üzləşməsin", - deyə xilasedici izah edir.

"Suyun altındakı çuxurda gəncin cansız bədəninə toxundum": Xilaskarlarla bir gün - REPORTAJ + FOTOXidmətin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin böyük inspektoru Əlibala Əlizadə bildirib ki, bu ilin aprel ayından etibarən yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər təşkil edilib:

"Monitorinqlərin əsas məqsədi çimərlik üçün yararsız, təhlükəli ərazilərin müəyyən edilməsi və bu ərazilərdən əhalinin istifadə etməməsi üçün aidiyyəti icra hakimiyyətləri tərəfindən müvafiq tədbirlərin görülməsidir. Eyni zamanda, Xidmətin nəzarət etdiyi və İDEA İctimai Birliyi tərəfindən Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu, Binəqədi rayonlarında təşkil edilmiş altı ictimai çimərlikdə dalğıclar tərəfindən sualtı baxış keçirilərək akvatoriya yad cisimlərdən (daş, qaya parçaları, dəmir-beton qalıqları) təmizlənib, üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb.

Ərazilərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr yerləşdirilib. Xilasetmə texnika və vasitələri, dalğıc enişləri etmək üçün nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilib".
"Suyun altındakı çuxurda gəncin cansız bədəninə toxundum": Xilaskarlarla bir gün - REPORTAJ + FOTOO qeyd edib ki, Xidmət il boyu fəaliyyət göstərməsinə baxmayaraq, çimərlik mövsümünün başlanması ilə əlaqədar cari ilin iyun ayının 15-dən etibarən gücləndirilmiş iş rejiminə keçib:

"Bu tədbirlər nəticəsində bu il 42 nəfər çimərlik mövsümündə olmaqla ümumilikdə 68 suda boğulma faktı ilə üzləşən şəxs tərəfimizdən xilas edilib. Nəzarət etdiyimiz çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Biz hər zaman vətəndaşlara müraciət edirik ki, nəzarət olunmayan ərazilərdən istifadə etməsinlər.

Əgər hər hansı bir çimərlikdə xilasedici yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir. Bəzən vətəndaşlar suvarma və digər bu kimi təyinatlı su kanallarında, süni göllərdə, çaylarda çimirlər. Bu, olduqca təhlükəlidir.

Əksər su kanallarının kənarları beton piltələrlə əhatələnib. Həmin plitələrlə suyun təması nəticəsində sürüşkən ot təbəqəsi əmələ gəlir və ona görə də kanala düşən insan çıxa bilmir. Eyni zamanda bu cür kanallarda suyun axın sürəti olduqca sürətlidir. Vətəndaşlar, xüsusən valideynlər, bunu nəzərə alsınlar".
"Suyun altındakı çuxurda gəncin cansız bədəninə toxundum": Xilaskarlarla bir gün - REPORTAJ + FOTOFHN əməkdaşı deyir ki, qayda pozuntuları əsasən küləkli havada suya girmə, spirtli içki qəbul edərək sərxoş halda çimərlikdən istifadə etmə, üzmə sərhədlərini bildirən nişanları ötüb keçmə və uşaqların nəzarətsiz qoyulması halları olub:

"Yadda saxlamaq lazımdır ki, küləkli havada, dalğalı dənizdə suya girmək, üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçmək, suda kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək suya daxil olmaq qadağandır.

Uşaqlar nəzarətsiz qoyulmamalıdır. Ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə və xilasedicilərin göstərişlərinə sözsüz əməl olunmalıdır. Qızmar Günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Çimərliklərdə təhlükəsiz istirahət saat 09:00-dan 20:00-dəkdir".

Ərazidə təcili tibbi yardım briqadaları da növbə çəkir. Həkiməqədər yardımdan sonra xilas olunmuş şəxs təcili tibbi yardımın əməkdaşlarına təhvil verilir.
"Suyun altındakı çuxurda gəncin cansız bədəninə toxundum": Xilaskarlarla bir gün - REPORTAJ + FOTOTəəssüf ki, istirahətə gələn bəzi insanlar belə ağır sonluqları düşünmədən qaydalara biganə yanaşırlar. Ona görə də hər bir vətəndaşa bu kimi bədbəxt sonluqlarla üzləşməmək üçün qaydalara məsuliyyətlə yanaşmağı, istirahət üçün seçəcəkləri ərazi barədə maksimum məlumatlı olmağı tövsiyə edirik".

Bakıda, əsasən Şüvəlan, Abşeron rayonunda Novxanı, Sumqayıt ərazisində isə Corat çimərliklərində suda boğulma hallarına daha tez-tez rast gəlinir. Bu hadisələr o zaman baş verir ki, həmin ərazilərdə təhlükəsizlik işləri görülmür, ora qeyri-nəzarətsiz ərazilərdir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2483   Tarix: 13 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 530
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 209
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

14:00 174
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 518
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 534
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 484
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 494
.

Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il

01.11.2026 799
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 217
.

Son Xəbərlər