"Məni erməni kimi qələmə verdiz"

"Məni erməni kimi qələmə verdiz"Müğənni Damla yeni klipi "İlan"la bağlı tənqidlərə münasibət bildirib.

OLAY yazır ki, bununla bağlı o, instaqramda video paylaşıb.

Damla klipdə rahibə obrazı yaratdığı üçün ona irad bildirənlərdən danışıb:

"Yeni kliplə bağlı yalnız xaçı və kilsəni xüsusi vurğuladınız. Belə çıxır ki, hansısa aktyor filmdə qatil obrazını canlandırırsa, düşünəcəksiz ki, həyatda da elədir. Yaxud da Sultan Süleyman obrazı canlandırılırsa, həmin insanlar fikirləşir ki, o yaşayır. Bu da sadəcə bir obrazdır. Məntiqinizi işə salsanız, hər obrazda bir açar var, onu anlayarsınız. Təbii ki, məntiqlə düşünmək daha çətindir, qınamaq tənqid, ya da təhqir etmək asandır. Əslində hər obrazın öz mənası var. Siz isə boynumdakı xaça görə, məni erməni kimi qələmə verdiniz, bununla əlaqələndirdiniz. Məni din düşməni etdiniz.

Müsəlmanam və xristianlığı qəbul etməmişəm. Hələ də yazırlar ki, sən niyə rahibə olmusan. Bilmədim həmin şərhlərə gülüm, ya ağlayım. Ya da videonun şərh bölməsini bağlayım. Açıqlama da vermək istəmirdim, çünki anlayanlar da var. Standartdan kənar iş görəndə beyinlər "error" verir. Mən günlük, sıradan, bəsit, monoton işlərlə dinləyicilərimin qarşısına çıxmaq istəmirəm. Onsuz da həmin işlər və onların öz dinləyiciləri var. Biz daha maraqlı, tərkarlanmamış layihələrə üz tutsaq, Azərbaycan tamaşaçısının zövqünü oxşasaq, nə olar ki? Hökmən hamı kimi eyni klipi çəkdirmək vacib deyil. Klipin danışılması bizim xeyrimizədir. Gördüyümüz işin, əziyyətin çəkisi danışılır. Elə mahnılar var ki, bilmirik nə vaxt çıxır, nə vaxt yayımlanır. Bir şəkillə bu qədər söz-söhbətə səbəb olursa, bizim üçün sevindiricidir".

İfaçı söyləyib ki, obrazların səhv anlaşılması üzücü haldır:

"Siz obrazları fərqli tərəflərə yozub, çətinləşdirirsiniz. İnsanların inancları fərqlidir. Biz onlara nə deyə bilərik ki? Elə bilirsiz ki, türk və müsəlman dünyasında olanların hər biri müsəlmandır. Kelimeyi-şəhadətini bilməyən insanlar yazır ki, Allahın kitabı sizə qənim olsun, xaç taxmısız. Xaç taxmaqla mən kafir oluram, ya da bu, Allahla aramdakı bağı pozur? Bu, obrazdır. Sizə kim dedi ki, mən Allaha inanmıram, bu klipdən sonra xristian olacam? Qaranlıq tərəflər var idi deyə, açıqlamaq istədim. Niyə belə narahat və aqressivsiz? Niyə hər şeyi çətınləşdirirsiz, istəyirsiz ki, könül bulandırasız ?Rahibələr bilirsiz ki, kilsədə həyatdan, dünyadan təcrid olunub həyatlarını Allaha həvalə edirlər. Orada da küskün qadın obrazı var. Üzümdəki çiçəklərin də mənası odur ki, insan nə qədər kədərli olsa da, gülmək məcburiyyətindədir. Hər bir şeyin ayrı-ayrılıqda mənası var".

Qeyd edək ki, Damlanın ötən gün təqdim etdiyi klipində xaç taxması və rahibə obrazını canlandırması sosial şəbəkələrdə müzakirə yaradıb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2641   Tarix: 22 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.