Fatimə atasının ölümündən danışıb ağladı - Video
"Atam mənim həm dostum idi, həm atam. Anam həmişə bizi qısqanırdı. O, hər zaman mənə dəstək olurdu. Anama deyirdi ki, işin olmasın, bilmək olmur sabah gəlin köçəcək, necə olacaq. Atamın itkisi həyatımda çox böyük zərbə oldu. Çünki ən şirin yaşımda onu itirdim. 19 yaşım tamam olmamışdı".
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Onun sirri" proqramında deyib.
"Heç gözləmirdik ki, bu, ola bilər. Həmişə gümrah, gülən, gəzən insan birdən yatağa düşür və 1 ayın içində yox olur. 52 yaşında rəhmətə gedib. Doğrudan da insan bilmir sabah başına nə gələr. Həkimlər qalmadı, haralara getmədik. Özü də xəstə olanda uşaq kimi olmuşdu. Həyat yoldaşından ancaq dəstək istəyirdi. Ona deyirdi, bəlkə səni incitmişəm məni bağışla. Həmin məqamlarda ona o qədər sığımışdı ki...
Atamın ölümü həyatımı çox dəyişdi. O yaşa qədər ümumiyyətlə bilmirdim ki, əziyyət nədir? Atam rəhmətə gedəndə hər bir şeyi özü ilə apardı: hüzuru, ruzini, mehribançılığı..." deyə, sənətçi bildirib.
Aparıcı Lətafət Ələkbərova atasının ölümünün Fatimədən gizlədildiyini vurğulayıb. Sənətçi həmin günü belə xatırlayır:
"Bilirdim ki, xəstədir və artıq əməliyyat da olmuşdu. Əməliyyatın 3-cü günü idi. Reanimasiyada idi. İkinci gün yanına gedəndə gördüm. Ən axırıncı üz-üzə görüşümüz idi. Onu görəndə gülümsədi və gözündən yaş gəldi. Dedim ki, hər şey yaxşı olacaq. Mənə səni çox istəyirəm, hər şeyimsən dedi. Düşünürdüm ki, onu yenə də görəcəyəm, hər şey yaxşı olacaq. Buna ümid edirdim. İnana bilməzdim ki, atamı itirərəm, elə bir şey ola bilməz.
Artıq üçüncü günü öz evimdə ailəmlə, uşağımla birlikdə idim. Gecə saat 3-də anam zəng vurdu ki, həyat yoldaşım getsin xəstəxanaya. Başqa heç nə demədi. Dedi ki, təzyiqi qalxıb yanında olmaq lazımdır. Aldatdı məni.
8 aylıq körpəmi necə bələyib geyindirdim, bayırda da itlər ulayırdı. İndiyə qədər o səs qulağımdadır. Uşağı əlimə götürəndə hər yer zülmət qaranlıq oldu, işıqlar getdi. Düşdüm aşağı, yoldan keçən maşını saxlamışam, yalvarmışam, gəlmişəm məhəlləmizə, girmişəm evə. Sonra qayınanam zəng vurdu ki, qayıt bizə, uşağı qoy, gəlib indi səni götürəcəklər. Yenə də inanmadım. Qaça-qaça getdim uşağı verəndən, evə gələndən sonra gözləyirəm, görürəm xəbər yoxdur. Artıq 8-in yarısıdır. Zəng vurdum, dedilər apardılar. Mənim səsimə bütün qonşularımız yığışdı...
İndi eşidəndə uşaq atasız böyüyür, atılır inana bilmirəm. Necə atasız yaşamaq olar? Çünki mən 19 yaşına kimi o sevgini görmüşəm".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Serenaya görə Umutu sildi
Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is
17.09.2021 2293 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970