Qadını dua adı ilə aldadıb pulları oğurladı, özünə maşın aldı - Bakıda "falçı" fırıldağı

Qadını dua adı ilə aldadıb pulları oğurladı, özünə maşın aldı - Bakıda "falçı" fırıldağıBakıda özünü falçı kimi təqdim edərək özgənin əmlakını talamaqda təqsirləndirilən qadının məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmü ilə 1975-ci il təvəllüdlü Lida Qulamova (soyad-şərtidir) iki il müddətinə azadlıqdan məhrum edilib.

Onun dələduz əməlinə gəlincə, bu, cari ilin fevralın 22-də baş verib.

Belə ki, Lida Nəsimi rayonu ərazisində piyada hərəkət edən Aytən Məmmədovaya (ad-soyad şərtidir) yaxınlaşıb və ailəsində problemlər olduğunu bildirib. Özünü falçı kimi təqdim edən qadının əzbərləyərək dediyi cümlələrlə Aytənin ailəsində olan problemlər üst-üstə düşdüyündən zərərçəkən şəxs Lidaya inanıb.

O, hazırda vaxtı olmadığı üçün Lidaya telefon nömrəsi verərək saat 18 radələrində Nizami rayonu ərazisində yerləşən parkda görüşəcəyini bildirib. Bu zaman Lida görüşə gələrkən evində olan pulları da gətirməsini, əsginasların daha da bərəkətli olması üçün dua oxuyacağını bildirib.

Lida isə görüş yerinə onunla əlbir olan, istintaqa adı məlum olmayan qadınla gəlib. Aytən Lidanın dediyi kimi görüşə ağ parçaya bükülü olan 9 000 dollarla yollanıb. Əlavə olaraq fala baxması üçün də ona 200 manat ödəyib.

Bu zaman əlbir olan qadınlar guya dua oxuyaraq Aytənin fikrini yayındırıblar və parçanın arasında olan pulu götürüblər. Lida içi boş parçanı qadına qaytararaq onu sabah açmasını tapşırıb və hadisə yerindən uzaqlaşıb.

O, evə qayıtdıqdan sonra şübhələnməyə başlayıb, parçanı açıb baxdıqda içərisinin boş olduğunu görüb və bu barədə polisə müraciət edib.

Lida Qulamova oğurladığı pulları özünə xərcləyib, 3 000 manata isə Sumqayıtda yerləşən maşın bazarından VAZ-2109 markalı avtomobil alıb. Məhkəmənin qərarına əsasən, avtomobil müsadirə edilib və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinə yönəldilib.

Qeyd edək ki, bu, Lida Qulamovanın ikinci məhkumluğudur. O, daha öncə etdiyi dələduzluğa görə 3 il 6 ay həbsdə yatıb, 2019-cu ildə azadlığa çıxmışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1046   Tarix: 26 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 104
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

11:52 178
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

14:40 94
.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 147
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 65
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya

11:33 169
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 128
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 99
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 303
.