Aparıcının qaziyə hörmətsizliyi GÜNDƏM OLDU: "Bu, zarafat mövzusu deyil" - FOTO/VİDEO
"Sağlamlıqla bağlı mövzunu qara yumora çevirmək məqbul deyil və hesab edirəm ki, insanın lazımi tərbiyə almadığını göstərir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli tanınmış aparıcı Azər Zahidin İkinci Qarabağ müharibəsində hər iki gözünü itirən qazi Amil Əliyevə hörmətsizlik etməsinə münasibət bildirərkən deyib.
Q.Məhərrəmli tanınmış simaları bu cür hərəkətlərdən çəkinməyə səsləyib:
"İstər televiziya ekranlarında, istər sosial şəbəkələrdə, istərsə də hansısa xeyriyyə tədbirində, insanların gözü önündə kiməsə pul vermək qəbul olunan tərz deyil. Sağ əlin verdiyini sol əl bilməməlidir. Güman edirəm ki, o aparıcı nəciblik etmək istəyib. Qazi adı məna yükü böyük olan bir addır. Onlarla hər hansı bir davranışda həddindən artıq məsuliyyətli olmaq lazımdır. O ki qaldı görmə əngəli olan qaziyə deyəsən ki, sən onsuz da saya bilmirsən, bu, zarafat mövzusu deyil. Sağlamlıqla bağlı mövzunu qara yumora çevirmək məqbul deyil və hesab edirəm ki, insanın lazımi tərbiyə almadığını göstərir. Ona görə təklif edirəm ki, ekran qarşısında olan populyar şəxslər, gənclər bu cür hərəkətlərdən çəkinsinlər".
Tanınmış aparıcı Turan İbrahimov isə sosial şəbəkədə sərt şəkildə tənqid edənlərdən fərqli olaraq hadisənin bizim bilmədiyimiz tərəfləri ola biləcəyini də vurğulayıb:
"Mən o videonu izləmişəm, çox qısa bir videodur. Məsələnin məhz o hissəsinin kəsib qoyulması ümumi kontekstdən çıxarılmasının sübutudur. Əgər bir məsələ olubsa, onun əvvəlində və sonunda nə danışılıb, ab-hava necə olub, bundan xəbərimiz yoxdur. Məsələnin sırf bir hissəsinin əvvəli və sonu olmadan paylaşılması məndə elə təəssürat yaradır ki, kimlərsə bunu qəsdən ediblər. Azər də, yəqin ki, o sözü təqdim olunan kimi deməz, düşünürəm ki, orada zarafat üçün mühit olub. İstənilən mövzu ilə bağlı bir sözü, cümləni kontekstdən çıxaranda ədəbsiz və tərbiyəsiz görünə bilər. Bir videonu hamısını görmədən, qulaq asmadan bir ifadəsindən yapışmaq özü də anormaldır. Hər halda Azər səhv bir şey etsə idi, elə onun başındakılar onun gözünü çıxarardılar".
Qeyd edək ki, tanınmış aparıcı Azər Zahid qazilərlə görüşüb onlara müəyyən məbləğdə pul ianə edib, lakin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pulu verərkən ona "sən onsuz da saya bilməyəcəksən" deyib. Onun bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən sərt şəkildə tənqid edilib.
Xatırladaq ki, Amil Əliyev İkinci Qarabağ müharibəsində yaralanıb və iki gözünü itirib. 22 yaşlı Amil düşmən postunda minaya düşərək ağır yaralanıb və üç gün komada qalıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1695 Tarix: 27 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
10:00 184 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 300 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 200 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 164 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 63 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 284 Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb
08.11.2026 269 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
08.11.2026 275 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 253