Azərbaycanda kişilər niyə tez ölürlər?
Statistika məlumatlarında diqqətçəkən məqamlardan biri ölüm səviyyəsi üzrə göstəricilərdədir. Bunlardan aydın olunur ki, bütün yaş qruplarında kişilərin ölüm sayı üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq daha da artır.
Xatırladaq ki, ötən il Azərbaycanda 76 878 nəfər dünyasını dəyişib. Ölkə əhalisinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib. Ölənlərdən 34 min nəfəri qadın, 43 mini isə kişilər olub.
Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, kişilər emosiyalarını, hisslərini daim gizlədirlər:
"Qadınlar diqqət cəlb etməyi sevirlər. Bu onların seçdiyi üsullardır. Sanki hərəkətləri ilə ismarış verirlər. Kişilərdə belə şeylər olmur. Onların seçdiyi üsulun geri dönüşü olmur. Elə seçim edirlər ki, artıq həyatlarına son qoyurlar. Emosional baxımdan qadınlara nisbətən kişilər emosiyalarını, hisslərini boğurlar. Kişi stereotipi var. O - güclü olmalı, heç nəyi bölüşməməli, problemlərini özü həll etməlidir".
A.Ağabalayeva qeyd edib ki, uşaq vaxtı aşılananlar ölümə səbəb ola bilir:
"Kişilik stereotipi uşaqlıqdan onlara aşılanır. Bu da sonradan öz fəsadlarını göstərir. Şəxsi keyfiyyətlər, xarakterin dayanıqsızlığı da rol oynayır. Kişilərdə hansısa bir problem olanda onu qəbul etmirlər. Pis vərdişlərə aludə olurlar. Bunun da sonu xoşagəlməz nəticələrə gətirib çıxarır".
Psixoloq əlavə edib ki, bəzən kişilər öz gərginliklərinin səbəbini xanımlarında axtarmağa çalışırlar:
"Ailə və iş problemləri də öz təsirini göstərir. Bütün gərginlik yığılır, aqressiya yaradır. Bəzən özlərinin problemlərini belə, xanımlarında görürlər. İnsanın gərgin olması da orqanizmə öz təsirini göstərir. Qan dövranından tutmuş bütün orqanlarda fəsadlar yaradır. Ürək-damar sistemində olan problemlərə zamanında müdaxilə olmayanda ölümlə nəticələnir".
Terapevt Mətanət Cəfərova deyib ki, bütün dünyada xəstəlikdən ölən insanlar arasında kişilər üstünlük təşkil edir:
"Bu da ondan irəli gəlir ki, insanların əksəriyyəti qan-damar sistemi xəstəliklərindən dünyasını dəyişir. Ümumiyyətlə, ürək-damar xəstəliklərinin özü də kişilərdə daha çox rast gəlinir. Bu da genetika ilə bağlı olan prosesdir. Alkoqollu içkilərdən mütəmadi istifadə arterial təzyiq, insult, infarkt riskini qadınlarla müqayisədə kişilərdə daha çox yaradır və kişilərin çoxu da elə infarktdan ölür".
M.Cəfərovanın sözlərinə görə, kişilərdə tənəffüs aparatının xərçəngi xəstəliklərinə də çox rast gəlinir:
"İkinci pillədə dayanan ölüm səbəbi kişilərdə ağciyər xroniki xəstəliklərinin olmasıdır. Bu da nikotindən istifadə ilə bağlıdır. Həm yuxarı, həm aşağı tənəffüs yollarının xroniki xəstəlikləri ilə yanaşı, mədə, bağırsaq, böyrək və oynaq, şəkərli diabet xəstəlikləri də kişilər arasında geniş yayılıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1836 Tarix: 27 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
10:00 184 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 300 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 200 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 164 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 63 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 284 Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb
08.11.2026 269 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
08.11.2026 275 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 253