Həkimi olmayan xəstəxana, benzini bitən taksi: Məktəbli qızı təhqir edən gənc necə öldürüldü? - TƏFƏRRÜAT
Tərtərdə 21 yaşlı gənci öldürən 18 yaşlı məktəblinin məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Qurbanlını bıçaqlayaraq qətlə yetirən 2004-cü il təvəllüdlü İlkin Nəzərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin fevralın 23-də baş verib.
Hadisənin baş verməsinə gəlincə, təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisə günü sevdiyi qızı hazırlıqdan götürərək onun evlərində doğru hərəkət ediblər. Bu zaman İlkin qızın kefinin olmadığını görüb və bunun səbəbini soruşub. Aysu (ad şərtidir) heç nəyin olmadığını desə də, İlkin səbəbi öyrənməkdə israrlı olub. Bundan sonra Aysu Elgün adlı oğlanın ona söz atdığını, nalayiq ifadələr işlətdiyini bildirib.
İlkin Aysunu evə ötürdükdən sonra əvvəllər qiyabi tanıdığı, üzdən kim olduğunu bilmədiyi Elgün Qurbanlı İlkin Nəzərova yaxınlaşıb. O, İlkinə "Bura qız arxasınca gəlirsən? Bir də bu ərazidən keçmə, sənin üçün yaxşı olmaz" deyib.
Buna baxmayaraq, İlkin Elgünün sözlərinə əhəmiyyət verməyib. O, yalnız söhbət zamanı sevdiyi qıza söz atanın məhz Elgün olduğunu anlayıb. Tərəflər yolda söhbət edərkən Elgün İlkinə yumruq zərbəsi endirib, ona qarşı nalayiq ifadələr işlədib. Mübahisə zamanı İlkin cibindən çıxardığı bıçaqla Elgünün qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib.
Elgün bu zaman aldığı xəsarətləri görərək gəldikləri istiqamətə qaçmağa başlayıb, İlkin isə ərazidən uzaqlaşıb.
Elgün evə çatan zaman atasının həyətdə oturduğunu görüb həyəcanlı səslə "ata, məni vurdular" deyib və dizlərini yerə qoyub. Atası maşınla yaralı oğlunu Tərtər rayon Mərkəzi Xəstəxanasına aparıb. Orada oğluna ilkin tibbi yardım göstərilsə də, cərrahiyyə şöbəsinin həkimi olmadığı üçün oğlunu Bərdə Rayon Diaqnostika Xəstəxanasına aparmaq qərarına gəlib. Bu zaman maşında texniki nasazlıq yaranıb və Tərtər şəhərinin "Köhnə Avtovağzal" deyilən ərazisində maşını saxlayıb taksiylə yollarına davam ediblər. İş burasındadır ki, xəstəxananın qarşısına çatan zaman taksinin də benzini qurtarıb və onlar yola başqa bir taksi ilə davam ediblər.
Bərdə Rayon Diaqnostika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Elgün Qurbanlı bir neçə saat sonra dünyasını dəyişib. İlkin Nəzərov isə tutularaq istintaqa təhvil verilib.
Əlavə edək ki, qətli törədən İlkin Nəzərov Tərtər şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1356 Tarix: 30 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 300 Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
13:50 108 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 81 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 299 Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir
Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ
12:37 141 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 172 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 339 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 277 Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy
12:16 157