Bakıda idman zalında "eşq": Evli olan sevgilisini qucaqlayıb belindən bıçaqladı

Bakıda idman zalında "eşq": Evli olan sevgilisini qucaqlayıb belindən bıçaqladıBakıda idman zalında sevgilisini bıçaqlayan qadının məhkəməsi yekunlaşıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə ötən il qısqanclıq zəminində baş verib. Məsələ ilə bağlı başladılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmədə dindirilən X.Cabbarova (şərti) özünü qismən təqsirli bilib:

"Həyat yoldaşımdan boşandıqdan sonra iki övladımla Moskvadan Bakıya qayıtdıq. "Memar Əcəmi" metro stansiyasının yaxınlığında yerləşən "pub"da xidmətçi kimi çalışmağa başladım. Orada bir oğlanla tanış oldum. Mənə maddi cəhətdən kömək edirdi. Onunla dostlaşdıq, münasibət qurduq, qeyri-rəsmi ər-arvad kimi yaşamağa başladıq. Evli olsa da, mənimlə yaşayırdı. İdman zallarından birini işlədirdi. Hər axşam "pub"a gəlib məni götürürdü. Sonra zala gedib orada qalırdıq.

O məni qısqanırdı. Bir dəfə zalda olanda qısqanclıq zəminində suallar verməyə başladı. Dırnaqlarımın niyə boyalı olduğunu, işdən niyə gec çıxdığımı bildirərək məni vurdu. Bu məndə əsəb yaratdığından otaqdakı bıçağı götürərək kürəyindən bir dəfə vurdum. Oradakıların köməyi ilə onu təcili yardım maşınına mindirib xəstəxanaya apardıq".

Məhkəmədə dindirilmiş T.Qədimov (şərti) deyib ki, iki-üç ilə yaxın təqsirləndirilən şəxslə qeyri-rəsmi münasibətləri olub:

"İdman zalında öz istirahətim üçün şəxsi otaq düzəltmişdim. Aramızda tez-tez qısqanclıq zəminində mübahisələr olurdu. Sonuncu dəfə orada olanda son vaxtlar niyə mobil telefona gec cavab verdiyini soruşdum. O da mənimlə kobud tərzdə danışmağa başladı və qışqıraraq yaxşı etdiyini dedi. Dırnaqlarının niyə boyalı olduğunu soruşdum. Yenə qışqırıb söyüş söyərək yaxşı etdiyini və burada heç nə olmadığını bildirdi. Bu zaman əsəbiləşib onu itələdim. Ağlayaraq qışqırmağa başladı, mən onu qucaqladım. Bu zaman kürəyimdən bıçaqladı".

Hadisədən sonra tərəflər barışıblar və T.Qədimov qadından şikayətçi olmayıb. Bunu nəzərə alan məhkəmə qadına şərti cəza verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1408   Tarix: 30 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.