Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: "Evlilik əzrail kimidir" - MÜSAHİBƏ - FOTO

Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: "Evlilik əzrail kimidir" - MÜSAHİBƏ - FOTO"Best Model of the World-2019", "Best Model of Azerbaijan-2019" və "Mister Grand Azerbaijan-2018" model müsabiqələrinin qalibi Nuru Əhmədov uzun zamandan sonra yenidən medianın suallarını cavablandırıb.

Bizim.Media-nın N.Əhmədovla müsahibəsini təqdim edirik:

- "Avroviziya" təmsilçimiz müğənni Samirə Əfəndi ilə reklama çəkildin. Bildiyim qədəri ilə, Türkiyədə də bir sıra məhsulların reklam üzünü bəzəmisən.

- Azərbaycanda çəkildiyim sözügedən reklam uğurlu olduğu kimi, Türkiyədə də çəkildiyim bir sıra markaların reklamı mənə müvəffəqiyyət gətirdi. Belə ki, yuyucu vasitələrin reklamına çəkildim. Həmin reklam çarxına çəkilmək üçün 20 min insanın qatıldığı kastinqdə iştirak etdim.

Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: "Evlilik əzrail kimidir" - MÜSAHİBƏ - FOTOO insanların içindən 500 nəfər seçildi. Sonra 10 nəfəri çağırdılar. On nəfərdən iki nəfər qaldıq. Mənim saçım qısa, digər modelin isə saçı uzun idi. Saçını kəsdirməyə razılaşmadı. Saçımın qısa olmasına görə, həmin reklama məni seçdilər.

Daha sonra başqa yuyucu vasitənin kastinqindən keçdim. Orada yardımçı rolda oynayırdım. Heç bilmirdim ki, baş rolda Kıvanç Tatlıtuğla çəkiləcəyəm. Orada verilən rolların öhdəsindən gəldim.

- Kıvanç Tatlıtuğ da karyerasına modelliklə başlayıb, sonra isə aktyor kimi fəaliyyətinə davam edib. Ondan sənə dəstək, kömək gəldi?

- Kivanç Tatlıtuğla reklam çəkilişi zamanı yaxından tanış oldum. Mənə onların komandası ilə işləməyi təklif etdi. Məni öz meneceri Gaye Sökmenlə tanış etdi. İstanbula növbəti gəlişimdə onlar məni öz ofislərinə dəvət etdilər.

Şərtləri və müqavilələri başa saldılar. Onlarla beş illik müqavilə bağladım. O zamanlar diksiyam yaxşı deyildi və mənə yenidən diksiya dərslərinə yazılmağı məsləhət gördülər. Baxmayaraq ki, artıq altı ay diksiya dərslərinə getmişdim. Yenə üç ay həmin dərslərə qatıldım. Diksiya dərslərindən sonra beş aylıq aktyorluq dərslərinə getdim. Kameranın önünə çıxmaq üçün mükəmməl hazırlaşmalısan.

Dərslər yekunlaşdı. Hazırda bir sıra film və serial şirkətlərindən təklif alıram. Türkiyədə menecerim var. Şirkətlər menecerimə monoloqlar göndərirlər. Onları oynayıb çəkib göndərirəm.

Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: "Evlilik əzrail kimidir" - MÜSAHİBƏ - FOTO- Türkiyədə aktyorlar arasında rəqabət çox böyükdür. Yəqin ki, bunun fərqindəsən…

- Rəqiblərim çoxdur. Baş rolu demirəm, epizodik rol almaq üçün 400-500 namizəd arasından seçim aparılır. Sənin də üstünlüklərin kifayət qədər çox olmalıdır.

- Bu qədər işin içindən şəxsi həyata zaman ayıra bilirsən? Ümumiyyətlə, ailə qurmaq haqda düşünürsən?

- Hazırda ailə qurmaq haqda düşünmürəm. Çünki sırf karyeramı qurmağı düşünürəm. Evlənməyin də geci-tezi var. Evlilik əzrail kimi bir şeydir, harada tutdu, aparacaq. İndi yox desəm də, sabah və ya biri gün evlənə bilərəm. İndiki vəziyyətə görə şəxsi həyatımda heç kim yoxdur. Amma qəlbimdə sevgi var.

- Boşanmış və övladı olan qadınla ailə qurarsan?

- Bizdə cəmiyyət boşanmış qadına birmənalı baxmır. Yaxınımızda, ailəmizdə də boşanmış qadın ola bilər. Bu o demək deyil ki, boşanmış qadın tərbiyəsizdir. Qismət və taledir. Elə bir qadına "yox" da, "hə" də deyə bilərəm. Amma həmin nöqtəyə çatanda fərqli bir qərar verə bilərəm. Bunu zamana buraxıram.

- Arxiv şəkillərinə yenidən baxanda, ağlına nə gəlir?

- Əlifba gözümün önünə gəlir. A-dan Z-yə yox, məndə tərsinə - Z-dən A-ya (gülür). Çox dəyişilmişəm. Hərbi xidmətdən əvvəl çox kök olmuşam. 2007-2008-ci illərdə haradasa 110 kilo idim. Hazırda 188 boyum var, çəkim 84 kiloqramdır. Hərbi xidmətdən sonra çox arıqladım.

Arıqlamaq üçün taekvondoya yazıldım. Arıqlamağım böyük problemdir. Bu gün də qram-qram qidalanıram. Hər gün idmana gedirəm. Gündə bir saatdan çox gəzirəm. Rol gələndə gözləmir ki, Nuru arıqlayacaq. Hər an hazırlıqlı olmalısan.

Bir söz var, doğru yerdə doğru zamanda olmalısan. Hazır vəziyyətdə olmalısan. İş gəldisə, onu əlinə almalısan. Elə rol gələ bilər ki, həmin rola görə 20 kiloqram belə arıqlamalısan. Əgər sənətini həqiqətən də sevirsənsə, bunu etməlisən.

Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: "Evlilik əzrail kimidir" - MÜSAHİBƏ - FOTO- Açıq-saçıq səhnələrə çəkilərsən?

- Bu rola "hə" deməzdən əvvəl menecer qərar verir. Çünki təkliflər gəlir, menecer səninlə söhbət edir, psixologiyanı yoxlayır ki, bu obraza hazırlıqlısan, yoxsa yox? Sonra piar məsələlərinə də baxılır. Yəni bu obraza çəkilsəm, karyerama xələl gələrmi, yoxsa yox? Bu kimi məsələlər nəzərdən keçirilir, sonra qərar verilir.

Yəni bu məsələdə söz sahibi tək mən deyiləm. Açıq-saçıq səhnələrə çəkilmək barədə hələ düşünməmişəm. Düşünürəm ki, çəkilsəm heç bir problem olmaz.

- Aldığın ən aşağı və ən yüksək qonorar?

- Modelliyə yeni addımlar atanda 50 manat qazanmışdım. Ən son aldığım qonorar isə 15 min manat olub. Reklam çəkilişlərindən almışdım.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2205   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.