Serena Uilyams karyerasını bitirir - FOTOLAR

Serena Uilyams karyerasını bitirir - FOTOLARTennis ulduzu Serena Uilyams karyerasını bitirməyi planlaşdırdığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, Amerikanın "Vogue" nəşrinə danışıb. Həmçinin, Serena bildirib ki, o, yenidən övlad sahibi olmaq istəyir. Jurnalda 40 yaşlı tennisçinin fotosessiyası da yer alıb.

"Tennis oynamağı dayandırmalı olduğumu etiraf etmək mənim üçün çətindir. Bir növ tabu mövzusudur. Söhbət düşəndə gözümdən yaş gəlir. Düşünürəm ki, bu barədə həqiqətən danışa bildiyim yeganə insan terapevtimdir" deyə, o, bildirib.

Qeyd edək ki, Serena dünyanın ən məşhur və titullu idmançılarından biridir. Onun 4 Olimpiya qızıl medalı, 38 Böyük Dəbilqə qələbəsi var. O, WTA Finallarının beşqat qalibi və qazanılan pul mükafatı məbləğinə görə qadınlar arasında rekordçudur.

Serena üç yaşında tennis oynamağa başlayıb. On yaşında o, öz yaşındakı gənc tennisçilərin Amerika reytinqində birinci yeri tutub. İlk dəfə 14 yaşında peşəkar turnirdə iştirak edib və artıq 17 yaşında ABŞ Açıq çempionatında finalda o vaxt dünyanın bir nömrəsi olan Martina Hingisi məğlub edərək ilk böyük titulunu qazanıb.

Serena "Forbes" jurnalında bu yay 260 milyon dollarlıq sərvəti ilə Amerikanın 100 ən varlı qadını arasında 90-cı yeri tutub.

Tennisçinin Olimpiya adlı bir qızı var.

Serena Uilyams karyerasını bitirir - FOTOLARSerena Uilyams karyerasını bitirir - FOTOLARSerena Uilyams karyerasını bitirir - FOTOLARSerena Uilyams karyerasını bitirir - FOTOLARSerena Uilyams karyerasını bitirir - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1116   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Emin oğulları ilə (FOTO)

Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, ifaçı əkizləri Əli və Mikayılla çəkdirdiyi fotoları sosial media hesabında yayımlayıb. Müğənni paylaşımına "Mənim dəstəyim" qısa şərhini yazıb. Qeyd edək ki, Eminin daha iki qızı var

25.08.2026 329
.

Ad gününü Maldivdə ailəsi ilə qeyd etdi - Fotolar

Rusiyalı repçi Timati (Timur Yunusov) 43 yaşını Maldiv adalarında qeyd edib. Axşam.az xəbər verir ki, həmin gün reperi ailəsi və övladları tək qoymayıb. Reperin yayımladığı fotolarda anası Valentina İvanova, uşaqları - bir yaşlı Emma, ​​altı yaşlı Ratmir və 12 yaşlı Alisa və digər qohumları yaxtada poz

17.08.2026 625
.

Xoşqədəmin MAKİYAJSIZ GÖRÜNTÜLƏRİ YAYILDI - Görənlər aparıcını TANIMADI- FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı sosial mediada yeni görüntülərini paylaşıb. Paylaşımda onun makiyajsız, təbii halı diqqət çəkib. Sözügedən görüntüləri təqdim edirik

15.08.2026 597
.

Elşad Xose evə buraxıldı

Bir müddət öncə səhhətində problem yaranan Elşad Xose evə buraxılıb. OLAY-ın əldə etdiyi məlumata görə, hazırda sənətçinin vəziyyəti yaxşıdır. Xatırladaq ki, əsəb və sinir sistemində kəskin problemlər yaranan reperin müalicəsi Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında aparılıb

26.08.2026 397
.

Aygün Kazımovanın ŞOK EDƏN GÖRÜNTÜSÜ YAYILDI - FOTO

Xalq artisti Aygün Kazımovanın illər əvvəl çəkdirdiyi fotosu sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, pop divanın arxiv görüntüsü izləyicilərin diqqətini çəkib. Fotoya qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər gəlib. Sosial şəbəkə istifadəçiləri Aygün Kazımova ilə bağlı fikirlərini şərh bölməsind

22.08.2026 623
.

Alsunun makiyajsız halı

Türkiyənin Belek şəhərində istirahət edən rus müğənni Alsu yeni fotosunu paylaşıb. OLAY yazır ki, kadrda 43 yaşlı ulduz çiçəkləyən kolun qarşısında qara bikinidə poza verib. Saçlarını səliqəli topuz şəklində yığan Alsu makiyajdan da istifadə etməyib. "Qadın çiçək kimidir. Onun özü üçün həm günəş

20.08.2026 560
.

Entoni Hopkins 88 yaşında arzusunu gerçəkləşdirdi

Britaniyalı aktyor Entoni Hopkins ilk tamformatlı musiqi albomunu buraxıb. "Decca Classics" saytına istinadən xəbər verir. "Quzuların sükutu" filmində Hannibal Lekter rolu ilə məşhurlaşan sənətçi bu albomu 88 yaşında təqdim edib. "Life Is a Dream" adlanan albom Hopkinsi

23.08.2026 324
.

"Uzak şehir"in aktyoru nişanlandı

Türkiyəli aktyor Burak Şafak evlənir. Axşam.az xəbər verir ki, aktyor adını açıqlamadığı sevgilisi ilə nişanlanıb. Qeyd edək ki, Burak "Uzak şehir"də "Kadir"ə həyat verir

18.08.2026 539
.

"Bozo"nun eks-sevgilisini canlandıracaq - Foto

"Yeraltı" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Şükran Ovalı rol alacaq. O, ekran işində "Bozo"nun eks-sevgilisi obrazını canlandıracaq. Qeyd edək ki, baş rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş paylaşır

16.08.2026 526
.