"Rayonluların əlindən Bakıda nəfəs almaq olmur" deyən aktrisa özünə haqq qazandırdı: "Bunu tək mən demirəm ki..." - VİDEO
"Əvvəla, sosial verilişi açıb izləsinlər. Görsünlər, mən orada nə demişəm. Rayondan gələn xanım öz ailəsini və iki qızını həyat yoldaşının üstünə atıb, üstəlik məktub da yazıb ki, "Mənim uşaqlarıma yaxşı baxın. Məni axtarmayın. İmkan verin, həyatımı rahat yaşayım". Bundan sonra Bakıya üz tutub. Həyat yoldaşı və qayınanası onu çox axtardıqdan sonra sosial verilişə üz tutublar. Burada efirdə də xanımın şəklini göstəriblər. Onun Xırdalan, Sulutəpə, Masazır ərazisində ucuz kafelərdən birində işə düzəldiyi üzə çıxıb".
Baku.ws xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva deyib.
O, bir həftə əvvəl aparıcı Amil Xəlilin "Gəl danış" verilişində rayonlularla bağlı səsləndirdiyi fikirlərinə aydınlıq gətirib. Aktrisa bu sözləri söyləyərkən bütün rayondan olan sakinləri nəzərdə tutmadığını, Bakıya gələn bekar, işsiz-gücsüz gənclərdən danışdığını bildirib:
"Mən də deməyi özümə borc bildim. Nə oldu? Bunu hamı deyir. Bir tək mənim sözüm daş-qalaq oldu? Mən başımı o dərəcədə itirməmişəm, dediyim sözlərə də cavabdehəm. Mən bölgələrdə yaşayan cavanlara səsləndim. Onu da dedim ki, hamıya şamil etmirəm. Hamınız sosial verilişləri izləyirsiniz. Gənc ailələrdən kimisi həyat yoldaşını, kimisi ərini, üstəlik uşaqlarını da atır və birbaşa Bakıya üz tutur. Heç bir işi, peşəsi də yoxdur. Üstəlik burada heç bir qohum-əqrəbası da yaşamır. Deyir, elə "Salam-Əleykum, mən Bakıda qalmaq istəyirəm". Mən onlara səsləndim".
Xatırladaq ki, aktrisa sosial verilişdə qonaq olarkən rayonlardan Bakıya axın edən gənclərin çoxaldığını, bu səbəbdən də artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulayıb. Sonaxanımın bu sözləri uzun müddət müzakirələrə səbəb olmuşdu.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI
Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar
00:08 233 Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi
Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün
06.11.2026 447 Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma
07.11.2026 201 "Ən bahalı müğənnisən, sənin yerinə utandım"
"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"
30.10.2026 900 Anasının evində əşyalara əl vurulmasını qoymur
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda
07.11.2026 368 Atası ilə fotosunu paylaşıb bunları yazdı
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad
01.11.2026 826 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov
02.11.2026 836 Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31.10.2026 778 Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
02.11.2026 684