Xalq artisti komediya aktyorlarını tənqid etdi: "Zövqsüzdürlər, bizdən öyrənin, niyə öyrənmirsiniz?"
Son illər Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artıb. Bu janrda fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim onları qınayır. Çoxları yeni nəsil komediyaçıları süniliklə, bayağı mövzular seçməkdə günahlandırır və əvvəlki komediya ustalarının daha peşəkar olduqlarını bildirirlər.
Xalq artisti Səidə Quliyeva bu mövzuda Yenisabah.az-a danışıb.
O, yeni nəsil komediyaçıların işinə belə qiymət verib:
"Bu gün çəkilən komediyalar acınacaqlı vəziyyətdədir. Elə bilirlər ki, komediya nalayiq sözlərdən, bir-birinə təpik vurmaqdan ibarətdir. Hansı televiziya, yaxud "YouTube" kanalını açırsan, eyni aktyorları görürsən. Bu serialdan o seriala, o serialdan bu seriala keçirlər.
Hərdən çaşırsan ki, eyni adamı nə qədər görmək olar? Zövqsüzdürlər. Bu serialda dediyini o birində də deyir, orada dediyini sosial şəbəkədə də deyir. Rol müxtəlifliyi yoxdur, xarakter yaratmırlar. Əgər bu adam özünü aktyor hesab edirsə, həqiqətənmi kənardan heç özünə baxmır? Görmür ki, bütün rolları bir-birinə oxşayır? Elə bir obraza girib, 20 il onun ətrafında fırlanırlar. Xarakter yaratmağı bacarın, bizdən öyrənin, niyə öyrənmirsiniz? Biz öyrənə-öyrənə gəlmişik. Estafeti bizə veriblər, biz kimə verəcəyik?!"
Aktrisanın sözlərinə görə, bu gün istedadlı gənclər olsa da, onlara şərait yaradılmır:
"Yaxşı aktyorlar, estafeti ötürməyə gənclər var, demirəm ki, heç yoxdur, amma onlara şərait yaradılmır. Onsuz da bu, müvəqqətidir, bütün zövqsüz aktyorlar gedəcəklər, amma gəldi-gedər olsalar da, arada illər itib gedir. Zövqü korlanan insanlar elə bilirlər ki, elə bütün aktyorlar belədirlər. Belə də olmalıdır. İnanın mənə, bu gün kinoteatrların qabağında dayanıb komediya filmindən çıxan insanlar arasında sorğu keçirsəniz, onlar nəyə baxdıqlarını heç özləri də bilməyəcəklər. Əgər onlar film haqda iki cümlə quraşdırıb deyə bilsələr, mənə nə istəyirsiniz, deyin. Bu, insanları narahat etmirmi?"
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXoşqədəm TANINMAZ HALDA - FOTO
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:
00:06 332 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 836 Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
12:10 141 Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse
07.11.2026 481 Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş
10:45 190 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə
03.11.2026 797 "Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"
Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı
14:00 99 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"
Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə
29.10.2026 826 Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
01.11.2026 492