Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? - FOTO

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? - FOTOKulis.az estrada müğənnisi, Xalq artisti Aygün Kazımova haqqında maraqlı faktlar əldə edib.

BiG.AZ həmin araşdırmanı təqdim edir:

Aygün Ələsgər qızı Kazımova 26 yanvar, 1971-ci ildə Bakı şəhərində, Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir.

Aygün ailənin dördüncü - sonuncu övladıdır. Uşaqlıqda pika xəstəliyindən (mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir - red.) əziyyət çəkib. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf edib.

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? - FOTOO, 1977-ci ildə Bakıdakı 12 saylı məktəbin 1-ci sinfinə gedir. Tezliklə məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir.

Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı kimi yarışlarda iştirak edib. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub.

İlk dəfə "Ozan" qrupunun solisti olaraq böyük səhnəyə çıxıb. Onda Aygün 9-cu sinifdə oxuyurdu.

Məktəbi bitirəndən sonra Mədəni-Maarif texnikumuna daxil olan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrlərdə Aygün Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərir. "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə "Rəhm elə bizə, ilahi" adlı mahnını duet şəklində ifa edib.

Müğənni 1989-cu ildə İlqar adlı oğlanla tanış olur. Bir-birlərini sevən gənclər ailə qurmaq qərarına gəlirlər. İş elə gətirir ki, Aygün həmin ilin dekabr ayında İlqara qoşulub evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Ancaq bu evliliyin ömrü uzun çəkmir. Bir il sonra Aygün Kazımova həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə həyat yoldaşının Aygünə səhnə qadağası qoyması, bu səbəbdən Aygünü hər gün incitməsi olur.

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? - FOTOAygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışı ilə gəlib. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısını ifa edib. İlk Qran-prisini məhz bu yarışda qazanır. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən "Bu qız kimdirsə, xalq artistidir" deyir. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayır. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrinin birində: "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır", - deyir.

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? - FOTOBir il sonra müğənni Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edir. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını ifa edir. Mahnını muğam ilə sintez edən Aygün Kazımova bütün diqqətləri özündə cəmləşdirməyi bacarır. Yarışda 18 yaşında olmasına baxmayaraq, heç bir dəstək almadan iştirak edən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edir.

Aygün Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq iştirak edir. Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən bir ay hərbçilərə tibbi yardım göstərir.

Elə həmin dövrdə anası Fizzə xanım vəfat edir və Aygün Kazımova depressiyaya düşür. Bir müddət səhnəyə və şou-proqramlara çıxmaqdan imtina edir.

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? - FOTO"İtkin gəlin" serialı üçün yazılan eyniadlı mahnını ifa edəndən sonra böyük tamaşaçı kütləsi tərəfindən tanınır. Bu mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. O, müsahibələrinin birində əvvəlcə mahnını oxumaq istəmədiyini, sonradan mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə fikrini dəyişdiyini bildirib.

1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verir. Aygün Kazımova ilk konsertindən cəmi bir manat qazanır.

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? - FOTO"Gecələr keçir", "Vokaliz", "Şəklimi çək", "Depresyondayım", "İndi sənsiz", "Matros", "Sənsizliyim", "Sevdim", "Uyma", "Tez gəl" mahnıları ilə böyük populyarlıq qazanır.

2002-ci ildə Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atır. Səkkiz saatlıq plastik əməliyyata həyatı bahasına olsa belə, razılıq verir. Bu əməliyyat Aygünün ölümü ilə nəticələnə bilərdi. Aygün baş verəcək bu hadisədən ehtiyatlanaraq vəsiyyət edir - rejissorluğunu Ülviyyə Könülün etdiyi əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klipin təqdim edilməsini.

Meyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb olur. Bir müddət sonra meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlayır.

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? - FOTO2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətlərində problemlər yaranır və bu, Aygün Kazımovanı depressiyaya salır. Uzun müddət özünə gələ bilməyən "Diva" ləqəbli müğənni sonradan özünü ələ alır və ard-arda hitlər təqdim edir.

Aygün Kazımovanın bəyəndiyi müğənnilər arasında Alla Puqaçova, Zeynəb Xanlarova və Madonna olub. Verdiyi müsahibələrinin birində Alla Puqaçovaya olan uşaqlıq sevgisini xüsusi vurğulayır. Amma Xalq artisti həmişə qeyd edib ki, sadəcə Alla Puqaçova, Zeynəb Xanlarova, Madonnanı bəyənib, onlara oxşamaq istəməyib. Həmişə seçilmək, fərqlənmək istədiyini bildirib.

Aygün müasir Azərbaycan estradasının banisi hesab olunur.

Azərbaycan səhnəsində sərbəst hərəkətləri və Qərb standartlarına uyğun geyim tərzi ilə diqqətləri çəkdi. Azərbaycanda ilk sinə əməliyyatı keçirən müğənnidir. O, ən çox plastik əməliyyat etdirən azərbaycanlı sənətçi kimi tarixə düşüb. Sənətçi 30 dəfədən artıq cərrah masasına uzanıb. Buna görə onu sənət fədaisi hesab edirlər.

2011-ci ildə "Extreme Azerbaijan" realiti-şousu üçün Namibiyaya yollanan Xalq artistinin ov tüfəngi ilə nəsli kəsilməkdə olan heyvanı nişan alaraq atəş açması və ceyranı vurması xeyli ajiotaj yaratmışdı.

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? - FOTODünya şöhrətli amerikalı reper Snup Doqla duet oxuyan yeganə azərbaycanlı müğənnidir.

2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Lakin ayağına gələn uğuru tərəddüdsüz rədd edərək "Big Apple Music Awards"dan imtina edib. Buna səbəb isə təşkilatçıların ermənilərdən ibarət olması idi.

Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlıdır.

Azərbaycanda ən çox səs-küyə səbəb olan klipə imza atıb. 2017-ci ildə müğənninin "S.U.S" mahnısına çəkdirdiyi klip böyük bir ajiotaja səbəb oldu. O, burada fahişə obrazını canlandırmışdı...


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 12924   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.