Biletləri "Qara bazar"a çıxaranlara xəbərdarlıq edildi: "Ciddi tədbirlər görülür" - RƏSMİ AÇIQLAMA

Biletləri "Qara bazar"a çıxaranlara xəbərdarlıq edildi: "Ciddi tədbirlər görülür" - RƏSMİ AÇIQLAMA"Qarabağ" sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Viktoriya" (Çexiya, Plzen) klubunu qəbul edəcək.

Fəqət oyun üçün nəzərdə tutulan biletlərin satışıyla bağlı ciddi problem yaranıb.

İki gündür ki, azarkeşlər istər sosial şəbəkələrdə, istərsə də kassaların qarşısında bununla bağlı narazılıqlarını dilə gətirirlər. Məlum olduğu kimi, Ağdam təmsilçisinin ÇL matçlarına biletlər artıq "iticket.az" saytı vasitəsilə də satılır. Lakin biletlər satışa çıxdığı vaxtdan qısa müddət sonra adıçəkilən portala girişdə problem əmələ gəlib. Belə ki, əksər vətəndaşların hesabından müəyyən vəsait silinsə də, onlara biletin alınmasıyla bağlı təsdiq mesajı gəlməyib.

Digər aktual problemlərdən biri isə "qara bazar"dır. Bəzi şəxslərin, belə demək mümkünsə, işbazların əlində cəmlənən biletlər insanlara dəyərindən qat-qat baha qiymətə satılır. Bu hallarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə əsasən, həmin şəxslər məsuliyyət daşıyırlar. Bu işbazları müvafiq qaydada 700 manatdan 6,000 manatadək cərimə gözləyir.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq.

Qurum rəsmisi Offsideplus.az-ın sorğusuna cavab olaraq bu məsələnin hüquq mühafizə orqanlarının ciddi nəzarətində olduğunu və həmin şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini bildirdi: "Bu məsələ diqqət mərkəzimizdədir. Daxil olan məlumatlara çevik reaksiya verilir və həmin şəxslər müəyyən olunaraq barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülür. Tədbirlər oyun günü də davam etdiriləcək. Bununla bağlı ərazi polis orqanlarına müvafiq göstərişlər verilib".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 20:45-də başlayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 955   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə növbəti zəlzələ - Kahramanmaraş silkələndi

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. "Yeni Sabah" xəbər verir ki, yeraltı təkanlar vilayətin Pazarcık rayonunda baş verib. Məlumata görə, zəlzələnin maqnitudası 4,4 olub. Təbii hadisə yerli vaxtla saat 13:12-də, təxminən 12 kilometr dərinlikdə qeydə alınıb. pizza sifarişi

03.06.2026 174
.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mərkəzin sosial media hesabında paylaşım edilib. Bildirilib ki, Rövşən Muradov İstanbulda qəfil dünyasını dəyişib. Onun Türkiyədə keçirilən mühüm beynəlxalq konfransa görə İstanbuld

03.06.2026 151
.

Estoniya Rusiya sərhədində hərbi şəhərcik tikir

Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində hərbi şəhərcik inşa etməyi planlaşdırır. xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat yayıb. Onun sözlərinə görə, tikinti işlərinə bu il başlanılması nəzərdə tutulur:. "Hərbi şəhərciyin yaradılması milli təhlükəsizli

03.06.2026 133
.

İşsiz qalacaqlar - Bu 10 peşəni süni intellekt əvəz edəcək

Beş aparıcı neyroşəbəkə əsasında aparılan genişmiqyaslı araşdırma qlobal əmək bazarında ciddi dəyişikliklərin qaçılmaz olduğunu göstərib. Süni intellekt mövcud iqtisadi prosesləri təhlil edərək belə nəticəyə gəlib ki, texnologiyalar artıq yalnız köməkçi funksiyalarla kifayətlənmir və rutin işlərə əsaslana

03.06.2026 211
.

"30 ildən artıq dövr ərzində həsrətində olduğumuz o torpaqlara Böyük Qayıdışın təmin olunması çox şərəflidir" - DEPUTAT

Ötən 30 il müddətində məcburi köçkün və qaçqınlarımız Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə tədbirlərinin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması sayəsində mühüm addımlar atılıb. xəbər verir ki

03.06.2026 160
.

Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi. Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasi

03.06.2026 296
.

Nəsrin Cavadzadənin həyat yoldaşı ilə sevgi dolu paylaşımı

Nəsrin Cavadzadə həyat yoldaşı ilə sevgi dolu paylaşımı ilə diqqət çəkib. xarici KİV-ə istinadən xəbər verir ki, uğurlu aktrisa həyat yoldaşı Kadir Taner Uçarla birlikdə çəkilmiş fotolarını sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qısa zamanda böyük maraq doğuran paylaşım pərəstişkarlarında

03.06.2026 217
.

Neft qiymətləri üçüncü gündür yüksəlir

Neft qiymətləri çərşənbə günü üçüncü gündür ki, yüksəlir və ABŞ-İran sülh danışıqlarının dayandırılmasından sonra Körfəzdə yeni düşmənçiliklər alovlandığı üçün dollar 160 yen baryerini aşmaq üzrə idi. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri 1% artaraq bir bare

03.06.2026 184
.

İqtisad Universitetində 48 min manatlıq "Məzun günü"

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) "Prosound" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. Qaynarinfo-nun məlumatına görə, müqavilənin maliyyə dəyəri 48 802,44 manatdır. Satınalma predmeti "Məzun günü" tədbiri ilə bağlı təşkilatçılıq xidmətlərinin həyata keçirilməsində

03.06.2026 260
.

TOP MP3