"Yeni forma almayanlar o halda məktəbə buraxılacaqlar ki…" - Bakı Tikiş Evindən REPORTAJ + FOTO
Bu gündən məktəbli formaları satışa çıxarılıb. Bakı Tikiş Evi səhər saat 9-dan qapılarını alıcıların üzünə açıb. Mərkəzdə həm Oxu.Az-ın müxbirlərini, həm də müştəriləri qurumun satış müdiri Etibar Əzimov qarşılayır.
Onun sözlərinə görə, bu il yalnız ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan formalar hələlik sadəcə BTE-də satılır, ancaq yaxın günlərdə valideynlər "Bravo" marketlər şəbəkəsindən də bunları əldə edə biləcəklər. Məktəbli formalarının digər mağaza və iri ticarət mərkəzlərində satışı isə qadağandır.
Qurum rəsmisi işbazların hər il bu durumdan istifadə edib valideynləri tələyə salmasından gileylənir:
"Çindən və başqa yerlərdən bənzər məhsulu gətirib satırlar, üzərinə də bizim emblemi yapışdırırlar. Ancaq diqqətlə baxsaq, görərik ki, parça eyni deyil. Alıcılar buna diqqət etməlidirlər. Bizim builki formalarımız yun və pambıqdan hazırlanıb. Keyfiyyəti yüksəkdir. "Sədərək" ticarət mərkəzində bizim məhsullar satılmayacaq. Bilsinlər ki, biz ora mal verməyəcəyik".
Etibar Əzimov formaların rəngindən də söz açıb:
"Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında" Qərarda geyimlər dörd rəngdə (tünd-göy, tünd-boz, xaki, açıq-qəhvəyi) nəzərdə tutulub. Ancaq Bakı Tikiş Evində iki rəngdə (ağ köynək, göy şalvar və ətək, mavi köynək, boz şalvar, ətək) məktəbli formaları tikilir. Birinci dəstə ağ köynək, göy şalvar və ətək, ikinci dəstə isə mavi köynək, boz şalvar və ətək daxildir. Çünki əsas tələb bu rənglərədir, heç kim xaki rəngdə forma almır".
Alıcılara nəzər saldıqda isə əksəriyyətin mavi dəstlərə meyil etdiyini görürük. Düzü, ilk gün olsa da, mərkəzdə alıcılıq qabiliyyəti elə də yüksək deyil. Gələnlər də dəstin bütün hissələrini yox, hələlik əsas iki hissəsini - köynək və şalvarı/ətəyi alıb gedirlər.
Valideynlərdən biri Oxu.Az-a verdiyi açıqlamada builki qiymətlərdən razı qaldıqlarını bildirir:
"Qiymətlər elə də baha deyil. Üstəlik, bütün məhsulları birdən almaq kimi məcburiyyət də yoxdur. Hissə-hissə ala bilərik. Ötən il formanı mağazaların birindən almışdıq və daha baha idi. İlk dəfədir ki, buraya gəlirik, məhsullardan çox razı qaldıq. Boz formaların keyfiyyəti yüksəkdir".
Nərgiz Mirzəyeva adlı müştəri də qiymətlərdən məmnun qaldığını deyir:
"Keçən il tamam fərqli mağazadan almışdıq, təkcə şalvar-köynəyə 80 manat pul vermişdik, ancaq keyfiyyəti yaxşı idi. İndi buradan göy forma aldıq, cəmi 39 manat pulumuz çıxdı, amma keyfiyyətinin necə olacağını hələ ki bilmirik".
Qeyd edək ki, bu il həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manat müəyyənləşib. Gödəkçələr isə formaya daxil deyil. Yuxarı siniflər üçün forma tikilişi nəzərdə tutulmayıb. Ümumilikdə isə birinci sinif şagirdlərindən başqa, digər bütün şagirdlər keçən ildən qalan paltarlarını, rənglər eynidirsə, bu il də geyinə bilərlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 9437 Tarix: 17 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
10:04 110 Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
08.11.2026 288 NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin
08.11.2026 199 Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
08.11.2026 209 Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
10:33 89 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 254 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 253 Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
08.11.2026 251 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
08.11.2026 186