Hansı dərmanları yatmazdan əvvəl içmək olmaz?

Hansı dərmanları yatmazdan əvvəl içmək olmaz?Bəzi dərmanlar yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə və yuxusuzluğa səbəb ola bilər.

Bu barədə amerikal klinik psixoloq Maykl Breus xəbərdarlıq edib.

Onun sözlərinə görə, bunlardan biri antiderpessantlardır. Həkim bu dərmanların orqanizmi serotonin istehsalına təhrik etdiyi üçün yuxuya mənfi təsir göstərə biləcəyini izah edib. Buna görə də Breus bu cür dərmanları səhər tezdən içməyi tövsiyə edir.

"Bu, gün ərzində insanın özünü daha yaxşı hiss etməsinə kömək edəcək", - deyə psixoloq bildirib.

Mütəxəssis soyuqdəymə və virus infeksiyaları üçün toz şəkilli dərmanların da yuxu problemlərinə səbəb ola biləcəyini deyib.

"Reseptsiz satılan soyuqdəymə dərmanların tərkibində adətən burun tıxanıqlığını aradan qaldıra bilən psevdoefedrin maddəsi olur. Psevdoefedrin isə hətta burun spreyi kimi istifadə edildikdə belə yuxusuzluğa gətirir", - deyə həkim xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu maddə həmçinin allergiya dərmanlarında da olur.

"Yatmazdan əvvəl antihistamin dərmanlar içmək vərdişi yuxusuzluğun inkişafına səbəb ola bilər", - deyə mütəxəssis izah edib.

Breus adətən yüksək qan təzyiqi və aritmiyaları müalicə etmək üçün təyin edilən beta blokerləri, siqareti tərgitmək üçün nəzərdə tutlan nikotin plastrlarının və yaddaş itkisi, demensiya ilə əlaqəli simptomları müalicə etmək xolinesteraza inhibitorlarının da yuxusuzluq gətirən dərmanlar siyahısında olduğunu qeyd edib. (Oxu.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1410   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 606
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 502
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 564
.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

04.11.2026 506
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 783
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 695
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1058
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 394
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 255
.