Azərbaycanda "TikTok"dan pul qazananların NƏZƏRİNƏ: Vergiyə cəlb oluna bilərsiniz - FOTO

Azərbaycanda "TikTok"dan pul qazananların NƏZƏRİNƏ: Vergiyə cəlb oluna bilərsiniz - FOTOKimi rəqəmsal marketinq fəaliyyətləri, kimi sırf əyləncə, bir qismi isə tanınmaq və özünə bir iş yeri yaratmaq kimi məqsədlər üçün müəyyən sosial media platformalarından istifadə edirlər. "Instagram", "YouTube", "TikTok", "Facebook" və "Twitter" kimi sosial media platformaları cəmiyyətdə ən çox istifadə edilən sosial media platformaları olaraq bilinir.

Dövrün tələbinə uyğun olaraq xüsusilə iş adamlarının və məşhur simaların yeni sosial media platformalarından biri olan "TikTok"a üz tutduqları görülür. Çünki "TikTok" ölkəmizdə və dünyada ən çox istifadə edilən sosial media platformalarından biridir.

Lakin son illər Azərbaycanda bir xeyli populyarlaşan "TikTok" sosial şəbəkəsi Azərbaycan mənbəyindən kifayət qədər gəlir əldə etməsinə baxmayaraq, ölkəmizdə hələ də vergi ödəyicisi deyil.

Türkiyə nümunəsinə baxsaq, görərik ki, qardaş ölkə "TikTok"u vergiləndirməyə məcbur edib. Belə ki, "TikTok" Türkiyə ofisi Ankara hökumətinə 2021-ci ildə qazandığı 1,2 milyard türk lirəsinə (TL) görə 92,9 milyon TL rəqəmsal xidmət vergisi verib.

Dünyanın digər ölkələrindəki nümunəyə də nəzər salsaq, eyni prosesin bir çox ölkələrdə tətbiq edildiyini görərik.

Belə olan halda ortaya bir sual çıxır: Bəs "TikTok" Azərbaycan mənbəyindən kifayət qədər gəlir əldə etdiyi halda, niyə hələ də vergi ödəyicisi deyil?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən vergi məsələləri üzrə ekspert Anar Bayramov deyib ki, bu platformanın Azərbaycan mənbəyindən onun sahibi, yəni sosial şəbəkənin özü gəlir əldə edir ki, vergi qanunvericiliyinə görə, qeyri-rezidentin əldə etdiyi gəlir ödəmə mənbəyindən 18 faiz dərəcəsi ilə vergiyə cəlb olunur:

"Hazırkı vəziyyətdə isə xarici qeyri-rezident sosial şəbəkələrin Azərbaycan mənbəyindən gəlir əldə etməsinə baxmayaraq, hələ də vergiləndirilməsi qanunvercilikdə nəzərdə tutulmayıb. Amma bu layihə üzərində iş gedir, yəni, bu tipli qeyri-rezidentlərin sosial şəbəkələr üzərindən Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər artıq vergiləndiriləcək və qarşıdakı illərdə Azərbaycanda virtual daimi nümayəndəlik yaradılacaq. Məsələ ilə əlaqədar qanun layihəsinin müzakirəsi aparılır".

Azərbaycanda "TikTok"dan pul qazananların NƏZƏRİNƏ: Vergiyə cəlb oluna bilərsiniz - FOTOEkspert bildirib ki, həmçinin bu məsələdən gəlir əldə edən digər şəxslər Azərbaycan vətəndaşlarıdır:

"İstər məşhur bloqerlər, istər müğənnilər, istər influenserlər, bir sözlə sosial mediadan gəlir əldə edən şəxslərə göndərilən məbləğlərdən 50 faizi onlara çatır. Lakin gəlir əldə etmələrinə baxmayaraq, bu gəlirdən vergi ödəmirlər. Halbuki, vergi qanunvericiliyimizə əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyətinə görə əldə etdiyi gəlirdən 20 faiz dərəcəsi ilə, qeyri-sahibkarlıq fəaliyyətinə görə əldə etdiyi gəlirdən isə 14 faiz dərəcəsi ilə vergiləndirilmə nəzərdə tutulub".

A.Bayramov təəssüflə qeyd edib ki, Azərbaycan reallığında bloqerlərin bir çoxu lüks həyat yaşayıb və yüksək gəlirlər əldə etsələr də, bu gəlirlərdən vergi tutulmur:

"Təsəvvür edin ki, onlar biznes şəbəkəsi quran, azı 10 nəfərə əməkhaqqı verən bir şəxsdən daha artıq gəlir əldə edirlər, lakin gəlirləri vergiləndirilmir. Vergi nəzarətinin getdikcə gücləndiriləcəyi, sözügedən şəxslərin bank hesablarına nəzarət və həmin hesablardan vergi orqanlarına inteqrasiya nəzərdə tutulub. Bir sözlə, həmin şəxslərin bank hesablarına pul gəldikdə vergi orqanı tərəfindən nəzarət həyata keçiriləcək. Eyni zamanda, onlardan pulun mənbəyi soruşula və vergiləndirilə bilərlər. Yaxın gələcəkdə kompleks şəkildə bu məsələlərin həlli nəzərdə tutulur".

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində keçirilən oyun zamanı bir sıra simvollar vasitəsilə insanlar tərəfindən tiktokerə hədiyyə jetonları göndərilir. Həmin jetonlar məbləğinə görə bir-birindən fərqlənir. Məsələn, "Aslan" simvollu jeton 300 dollar, "TikTok" simvollu jeton isə 350 dollar məbləğindədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1067   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 110
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 288
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 199
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 209
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

10:33 89
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 254
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 253
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 251
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 186
.