Azərbaycanda 4-cü doza vaksin vurulacaq? - AÇIQLAMA
"Artıq bir çox ölkələrdə 4-cü doza vaksin vurulub. Azərbaycanda da 4-cü doza vaksinin vurulması məqsədəuyğun sayılır".
Bunu Bakupost.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva deyib.
Millət vəkili qeyd edib ki, dünyada koronavirus hələ də tüğyan edir:
"Ölkəmizdə də koronavirusla bağlı rəqəmlər 500-ü keçib. Nəzərə alsaq ki, qarşıdan payız fəsli gəlir, demək respirator xəstəliklərin baş qaldırma ehtimalı yüksəkdir. Yəni, koronavirusla bağlı təhlükə sovuşmayıb. Bir sıra Avropa ölkələrində hətta 4-cü doza vaksinin vurulmasına bir neçə ay öncə başlanılıb. Virusdan qurtulmanın yolu peyvəndləmədir. Vurulan peyvəndlərin təsir etmə müddəti 6 aydır. Ondan sonra növbəti dozanın vurulmasına ehtiyac duyulur".
K.Əliyeva yenidən peyvəndlənməyə ehtiyac olacağını diqqətə çatdırıb:
"Peyvəndin vurulması xəstəliyin qarşısını almır, xəstəliyin yüngül formada keçirilməsinə şərait yaradır. Düşünürəm ki, yenidən peyvənlənməyə ehtiyac olacaq. Əvvəlki vaxtlarda ölkəmizdə koronavirusdan həyatını itirənlərin əksəriyyəti məhz peyvənd olunmayan insanlar idi. Qarışdan soyuq aylar gəlir. Hansısa yeni viruslar, yaxud koronavirusun mutasiya olunmuş formaları da meydana çıxa bilər. Lakin həmin virusların nələr törədə biləcəyi haqqında öncədən danışmaq mümkün deyil. Ona görə ehtiyatı əldən vermək olmaz. Hər bir halda Operativ Qərargahın verəcəyi qərarlara uyğun addımlar atılacaq".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1140 Tarix: 17 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 606 Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 502 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 564 Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri
04.11.2026 506 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 783 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 695 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1058 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 394 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 255