Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEO

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEODünyanın ən məşhur istirahət yerləri arasında ən tanınmış, turistlər tərəfindən ən çox ziyarət olunan, hər kəsin yüksək səviyyədə istirahət edə bildiyi, üstəlik, gözəl təbiətlə okeanın vəhdətindən ibarət Maldiv adalarında "Niyama" və "Anantara" hotelləri qonaqlara istirahətə olan yeni yanaşmanı, sağlam istirahət növlərini və unudulmaz tətili vəd edir.

Hind okeanının ortasında dinclik və əmin-amanlıq cənnəti vəd edən "Niyama Private Islands" Maldiv kurortu üç səviyyədə xüsusi kulinariya təklifləri hazırlayıb.

Qonaqlar ağac tacları hündürlüyündə yerləşən "Nest" restoranında Asiya mətbəxinin ləzzətlərini dada bilərlər; cəngəllik və məşəl işığı ilə əhatə olunmuş yerdə – "Tribal" restoranında Afrika və Cənubi Amerika mətbəxi təqdim olunur.

Qonaqlar suyun 6 m dərinliyində "Subsix" restoranında şampan ilə müşayiət olunan səhər yeməyi ilə özünə həzz yaşada və sahildən 500 m aralıda yerləşən, oraya yalnız qayıqla gedilə bilən "Edge" restoranında isə səyahətçilər müasir Maldiv üslubunda mətbəxin təamlarından dadmaq imkanını əldə edəcəklər. Kurortun təklifləri bununla bitmir: sahildə iki yeni yemək konsepsiyasının tətbiqi
ilə adanın qastronomik seçimləri daha da genişlənir. Bunlar Asiya küçə yeməkləri təklif edən "Street Food on the Beach" və barbekü salonu "Rum, Ribs and Reggae" restoranlarıdır.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEOAğ qumlu çimərlik, kristal təmizliyə malik mavi okean, su üzərində villalar və hovuzda səhər yeməyindən ibarət mütləq atributlarla yanaşı, Dhaalu Atolldakı "Niyama Private Islands" kurortu qonaqlara daha çox şey təklif edir – Afrikaya teleportasiya. Heç yerə uçmağa ehtiyac yoxdur, sadəcə "Tribal" restoranında şam yeməyi sifariş etməyə dəyər ki, bura Hind okeanında Mərkəzi və Cənubi
Amerika, milli Afrika yeməklərini təqdim edən yeganə restorandır.

"Niyama Private Islands" kurortu təklik və sakitlik axtaranlar üçün idealdır. O, Maledən 40 dəqiqəlik uçuş məsafəsindəki Dhaalu Atollunda yerləşir. Kurort iki adanı – Çill və Pley adalarını tutur ki, onlar da konseptinə görə biri istirahət, digəri əyləncə üçün olmaqla fərqlənir. "Niyama Private Islands Maldives" hotelinin spa mərkəzi indi dünyanın ən çox tələb olunan IV-terapiyalardan biriylə – ən müasir NAD+ ilə öyünür. İki saatlıq müalicənin dərini təmizlədiyi və saçları gücləndirdiyi sübut edilmişdir. Son araşdırmalar göstərir ki, NAD+ beyin və qaraciyər funksiyasını yaxşılaşdırmağa, yaddaş itkisini yavaşlatmağa və yaşlanma əlamətləri ilə mübarizə aparmağa kömək edir.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEO"Niyama Drift Spa" adlı spa mərkəzinin yeniliyi, deyilənə görə, sağlamlığa yanaşmanı büsbütün dəyişdirən ən müasir epigenetik testlərdir. Test zamanı xüsusi aparat insanın saç folikullarını təhlil edir və istənilən qida həssaslığı və allergiyasını ortaya çıxarır. Epigenetik testlər orqanizmin fəaliyyətindəki problemləri də aşkar edə bilər.

Bu tapıntılara əsasən, evə aparılması və kurortdan qayıtdıqdan sonra istifadəsinin davam etdirilməsi mümkün olan 90 günlük Fərdi Qidalanma Planı ("Optimal Wellness Nutritional") yaradılacaq.

Maldiv adalarındakı sahil xəttində yeganə sörfinq məkanı mövcud olan "Niyama Private Islands" premium kurortu sörfçülər üçün üç yeni təşəbbüs təqdim edir.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEOPeşəkar sörf fotoqrafı Naomi Adbib yüksək sörf mövsümündə iyulun sonuna qədər kurortun dalğalarında qonaqların nailiyyətlərini çəkmək üçün kurortda daim yaşayır. Bu, sörfçülərə bacarıqlarını növbəti səviyyəyə qaldırmağa kömək edəcək qabaqcıl sörf məşqçisi Cris Millsin adaya gəlişi ilə üst-üstə düşür. Vodi adlı sörf nöqtəsi Pley adasının sahilində yerləşir. Burada sörfçüləri bəzən köpüklü təpəcikləri ilə müşayitə olunan güclü sol dalğalar gözləyir. Adanın şərqində, qayıqla beş dəqiqəlik məsafədə sürətli və güclü sağ dalğaları ilə məşhur Kasabu nöqtəsi yerləşir. Burada mart və noyabr ayları arasındakı dövrdə daha güclü dalğalarla bütün il boyunca sörfinqdən həzz ala bilərsiniz.

Yerli məkanları xüsusilə cəlbedici edən məfhum burada çox sayda idmançının olmamasıdır. Anantara əfsanəvi Tayland qonaqpərvərliyinin təcəssümüdür. Qrupun hotelləri planetin ən heyrətamiz guşələrində yerləşir və səyahətçilər ilə yerli mədəniyyət, ölkənin sakinləri və onların adət-ənənələri arasında əlaqə rolunu oynayır. Hər bir Anantara kurortunun yaradılması onun yerləşdiyi yer istər müasir meqapolis, istər səhra, istərsə də cəngəllik olsun, həmin yerlərin mədəni ənənələri, irsi və təbii gözəlliklərindən ilham alınaraq başlanır. 2019-cu ilin əvvəlində "Anantara Dhigu Maldives Resort" kurortu özünün təmir edilmiş sahil villalarını təqdim etdi. Gözəl sahil zolağında, yaşıllıqlarla əhatə olunmuş villalar Maldiv adalarının rahat atmosferinə mükəmməlcəsinə uyğunlaşır.

İdeal Maldiv tətilindən tam şəkildə zövq almaq üçün hotel hər zövqə uyğun geniş çeşiddə villalar təklif edir: bunlar çimərliyə birbaşa çıxışı olan "Sunrise Beach Villa" və "Sunset Beach Villa", həyətində şəxsi hovuzu olan "Anantara Pool Villa", geniş "Two-Bedroom Family Villa" və böyük hovuzu ilə terrası olan "Two- bedroom Anantara Pool Villa"dır. "Anantara Dhigu" kurortu hazırda yorğunluğu aradan qaldırmağa və gələn qonaqlara enerji verməyə kömək etmək üçün vitamin damcıları ilə müalicə üsulu olmaqla da, bir sıra IV-Terapiya prosedurlarına malikdir. IV Terapiya prosedurunun xüsusiyyəti bundan ibarətdir ki, lazımi vitaminlər, minerallar və amin turşuları venadaxili yeridilir.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEOBeləliklə, faydalı maddələr daha yaxşı sorulur və bir saatlıq prosedurdan dərhal sonra bütün bədənə dərhal təsir göstərir. Sağlamlığını düşünənlər və sağlam həyat tərzi sürməyə yeni başlayanlar üçün "Anantara Dhigu" və "Anantara Veli" yeni sağlamlıq konsepsiyası hazırlayıb. İndi qonaqlar burada yaşayan diyetoloq sayəsində çoxsaylı sağlamlıq və kurort müalicələrindən əlavə, fərdi qidalanma məsləhətləri, sağlam həyat tərzi və düzgün qidalanma ilə bağlı seminarlardan və balanslaşdırılmış qidalanma üzrə ustad dərslərindən həzz ala bilərlər.

Cənubi Male Atollunda yerləşən üç ada kurortu – ailə tərəfindən idarə olunan "Anantara Dhigu", yalnız böyüklər üçün nəzərdə tutulmuş "Anantara Veli" və 20 villadan ibarət butik mini-hotel "Naladhu Private Island" bir-birindən bir neçə dəqiqəlik, Male hava limanından isə sürətli qayıqla 30 dəqiqəlik məsafədə yerləşir.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEOMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEOMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEOMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEOMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEOMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEOMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR-VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1002   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 229
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 304
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 305
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 278
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 252
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 185
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 184
.

İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto

İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd

08.11.2026 197
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 243
.