Meşə yanğınlarında evləri ziyan görən sakinlər kompensasiya ala bilərlərmi?

Meşə yanğınlarında evləri ziyan görən sakinlər kompensasiya ala bilərlərmi?"Kimlərinsə məsuliyyətsizliyi ucbatından baş verən fövqəladə hadisəyə görə dövlət vətəndaşlara dəyən zərəri kompensasiya etməlidir. Ötən gün baş verən yanğın - təbiət hadisəsidir. Ərazidə yaşayan vətəndaşların iradəsi səbəbindən baş verməyib".

Bunu ziyan dəyən evlərə görə kompensasiyanı kimin ödəyəcəyi ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak məsələləri üzrə eksperti Ramil Osmanlı deyib.

Xatırladaq ki, bir neçə gündür ki, ölkənin şimal bölgəsində güclü yanğınlar qeydə alınır. Avqustun 16-da Şabran rayonunda baş vermiş yanğın hadisəsi səbəbindən yaşayış evlərinə ziyan dəydiyi bildirilib. Yanan evlərdən təxliyə olunanlar qonşu kəndlərə, qohumlarının evlərinə göndəriliblər.

Bəs görəsən, yanğın hadisəsi nəticəsində ziyan dəyən evlərə görə şəxslərə təzminat düşəcəkmi? Ev sığorta olunmadığı halda kompensasiya ödənilə bilərmi?

R.Osmanlı qeyd edib ki, sığortası olmasa belə, şəxsə dəyən zərər ödənilməlidir:

Meşə yanğınlarında evləri ziyan görən sakinlər kompensasiya ala bilərlərmi?"Hökumət vətəndaşlara dəyən zərərin ödənilməsi üçün müəyyən qərarlar qəbul etməlidir. Qanunvericilik tərəfindən məsələyə baxsaq, təcrübədə kifayət qədər belə hal olduğunu görərik. Çünki regionlarda əksər vətəndaşların bu məsələdən o qədər də məlumatları yoxdur".

Ekspert əlavə edib ki, yanğın kənar təsirlər nəticəsində baş verib:

"Təbii ki, həmin yanğın hadisəsinin qarşısının alınması, məhdudlaşdırılması, lokallaşdırılması vətəndaşların iradəsindən kənardır. Hüquqi baxımdan yanaşsaq, yanğın hadisəsinin meşədən kənara çıxmasının qarşısı alınmayıbsa, fövqəladə vəziyyət hesab olunur. Hökumət bu cür hallarda vətəndaşlara dəyən zərəri qarşılamalıdır".

Hüquqşünas Əsabəli Mustafayev qeyd edib ki, sığorta yoxdursa, insanlara dəyən zərər qarşılanmayacaq:

"Əgər sığorta yoxdursa, bu insanlara yardım edilmir. Təbiət hadisəsidirsə, o zaman kömək olunur. Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub. Ev sahiblərinə kömək etmək məqsədi ilə yerlərdəki hakimiyyət orqanları da bunu həyata keçirirlər. Yox, əgər digər səbəbdən, məsələn, qısaqapanmadan yanğın olursa, dövlət tərəfindən heç bir kömək olunmur.

Meşə yanğınlarında evləri ziyan görən sakinlər kompensasiya ala bilərlərmi?İcra Hakimiyyəti şikayətlərin qarşısını almaq üçün kiçik bir məbləğlə kömək edir. Bununla da işi bitir. Bazar iqtisadiyyatı dövründə mülkiyyət sığortalanmayıbsa, bu halda belə, dövlət kömək etməlidir".

Ə.Mustafayevin sözlərinə görə, Azərbaycanda bütün əmlak və sağlamlıqla bağlı sığortalar könüllü sürətdə olmaldır:

"Maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşları sığortadan istifadə etməyə yönəltməliyik. Məcburi sığortası varsa, müqavilədə göstərilən həddə sığorta ödənişi olacaq. Bu zaman çox kiçik, standart məbləğlər olur. Sığorta idarələri birinci özləri maraqlı olmalı, maarifləndirmə kampaniyası aparmalıdırlar ki, canfəşanlıq olsun. İcbari sığorta varsa, məbləğ ödəniləcək".

Şabran Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, kompensasiya ilə bağlı Milli Məclis qərar verməlidir:

"Bu, hökumətin qərarı olmalıdır. Kompensasiya ödənişi dövlətin verəcəyi qərardan asılıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 819   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 229
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 304
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 305
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 278
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 252
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 185
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 184
.

İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto

İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd

08.11.2026 197
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 243
.