Azərbaycanda balın qiyməti son 10 ilin REKORD həddinə çatdı - Səbəb NƏDİR?
İstehlak bazarında təbii balın qiyməti kəskin şəkildə bahalaşıb. Hazırda bazarda bir kiloqram balın qiyməti 30-35 manatdan başlayır. Bu isə son 10 ilin ən baha qiymətidir.
Bəs balın qiymətinin bu qədər bahalaşması nə ilə bağlıdır?
BiG.AZ xəbər verir ki, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Bizim.Media-ya açıqlamasında qiymətinin qalxmasını arı üçün lazım olan məhsulların -bidon və dərmanların belə, ölkəyə xaricdən gətirilməsiylə əsaslandırdı:
"Arıçılıqda istifadə olunan avadanlıqların 90-95 faizi xaricdən gətirilir. Son vaxtlar dünya bazarında baş verən qiymət artımı təbii ki, ölkəmizə idxal olunan avadanlıqlar və dərman preparatlarına da öz təsirini göstərib".
Bədrəddin Həsrətov qiymət artımının bir səbəbini də idxal olunan balın həcminin azalmasında görür:
"Əvvəllər Ukraynadan, Rusiyadan, İrandan, Türkiyədən və digər ölkələrdən iri həcmdə bal idxal olunurdu. Amma məlum səbəblərə görə bəzi ölkələrdən idxal dayanıb, bəzi ölkələrdən isə bal məhsullarının gətirilməsi azalıb. Təbii ki, bu da qiymət artımına öz təsirini göstərib".
Təbii ki, belə vəziyətdə ilk ağıla gələn işğaldan azad olan Qarabağ və ətraf ərazilərin imkanlarıdır.
Assosiyasiya sədri bildirdi ki, Azərbaycanda 620 min arı ailəsi var və 25 min arıçı fəaliyyət göstərir:
"620 min arı ailəsindən 20 mini Qarabağa köç edə bilir. Biz gözləyirik ki, Qarabağda həyat yenidən canlansın. Məhz o zaman arı ailələrinin sayı kəskin artacaq. Hələliksə, Qarabağdakı imkanlardan obyektiv səbəblər üzündən tam yararlana bilmirik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1162 Tarix: 17 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 229 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 304 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 305 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 278 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 252 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
08.11.2026 185 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 184 İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd
08.11.2026 197 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 243