Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: "Özündə deyildi, dedi ki, "uçuram" - FOTO

Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: "Özündə deyildi, dedi ki, "uçuram" - FOTOBakıda çantasını taksi sürücüsü ilə başqa ünvana göndərən müştəri problem yaşayıb.

Bununla bağlı Oxu.Az-a müraciət edən müştəri "Bolt" sürücüsündən şikayətçidir:

"Bir saatdan çox vaxt keçdi, ancaq çanta ünvana çatdırılmadı. Sürücüyə zəng vurdum, cavab vermədi. Narahat olub, proqramdan harada olduğuna baxdım və gördüm ki, maşını dairəvi yolda saxlayıb. Başqa bir taksi sifariş edərək həmin yerə getdim. Görürəm ki, adam "hallanıb", özündə deyil, yanında da şpris var. Nə etdiyini soruşdum, mənə: "Gedirəm də, yoldayam, uçuram", - cavabını verdi".

Məsələ ilə bağlı Oxu.Az-ın "Bolt"a ünvanladığı sorğunu şirkətin Azərbaycandakı mətbuat xidmətinin rəhbəri Viktoriya Prilutska cavablandırıb. Qurum rəsmisi sürücülərin "Bolt" tərəfindən işə götürülmədiyini diqqətə çatdırıb:

"Onlar öz xidmətlərini göstərmək üçün platformamızdan istifadə edən müstəqil tərəfdaşlardır. Lakin insanların təhlükəsizliyi "Bolt"un əsas prioritetidir. Xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün "Bolt" istifadəçilərinə aplikasiya vasitəsilə müştəri dəstəyimizə müraciət etməyi tövsiyə edirik".

Viktoriya Prilutska sözügedən sürücüylə bağlı məsələnin araşdırılacağını vurğulayıb:

Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: "Özündə deyildi, dedi ki, "uçuram" - FOTO"Bildirdiyiniz vəziyyətlə bağlı çox narahatıq və mütləq şəkildə araşdıracağıq. Yol hərəkəti qaydaları bütün sürücülər, velosiped istifadəçiləri və piyadalar üçün keçərlidir. Sözsüz ki, "Bolt" sürücüləri onlara əməl etməlidirlər. Sərxoş vəziyyətdə və ya maddə qəbul edərək avtomobil idarə etmək həm sürücü, həm də digər insanlar üçün təhlükəlidir. "Bolt", sürücülərinin bu cür davranışını qətiyyən qəbul etmir.

Avtomobillərin vəziyyəti, sürücülərin davranışı və ya onların idarəetmə tərzi ilə bağlı şikayətlər olduqda şirkət məsələni dərhal araşdırır. Əgər problem təsdiqini tapırsa, sürücünün "Bolt" platformasından istifadəsi bloklanır. Bu məsələdə də eyni addım atılacaq. Qaydalar və şərtlər veb-saytda bütün partnyor sürücülər üçün mövcuddur. Platforma ilə əməkdaşlığa başlayarkən sürücülər qaydalara və şərtlərə əməl edəcəklərini rəsmi şəkildə bildirirlər".

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isə şikayətçinin əlində faktlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə biləcəyini qeyd edib:

"Şəxs taksi xidməti göstərən şirkətə etibar edib onun xidmətindən istifadə edirsə və həmin vaxt hüquqları pozulursa, bu halda məsuliyyəti həmin taksi şirkəti daşıyır, ondan şikayətçi ola bilər. Əslində, vətəndaş belə halla üzləşəndə dərhal "102"yə zəng etməlidir. Əgər sürücünün narkotik maddə istifadə etdiyindən şübhələnmişdisə, DİN-in "Çağrı Mərkəzi"nə, eləcə də ərazidəki Dövlət Yol Polisi əməkdaşlarına müraciət edərək məlumat verməliydi. Belə olsa, hadisəyə yerində baxıla bilərdi. Ancaq üstündən bir neçə gün keçibsə, biz narkotik ittihamı ilə həmin şəxs barədə birbaşa ölçü götürə bilmərik. Bu, qarşı tərəfin hüquqlarının pozulması olar. Ortada fakt olmalıdır. İndiki halda iddialar şikayətçinin subyektiv fikirləridir. Əgər əlində faktlar varsa, buyurub pozulmuş hüquqlarının bərpası üçün ərazi üzrə polis orqanlarına müraciət edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1079   Tarix: 19 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 273
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 245
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 208
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb

10:22 0
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 278
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 249
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 184
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 261
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 238
.