MEDİA-dan xəbərdarlıq
Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektlərinə müraciət edib.
BiG.AZ xəbər verir ki, müraciətdə deyilir:
"Medianın İnkişafı Agentliyi qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində mütəmadi olaraq media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparır və Agentliyin ümumi fəaliyyəti barədə hesabatlar hər ay media ictimaiyyətinə təqdim edilir.
Aparılan təhlillər göstərir ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun və "Redaksiya siyasəti və peşə etikası" qaydalarının tələblərini pozur.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərini belə hallara yol verməməyə, fəaliyyətlərində "Media haqqında" Azərbaycan Respublikasının Qanununa və "Redaksiya siyasəti və peşə etikası" qaydalarına riayət etməyə çağırır, bildirir ki, belə hallar təkrarlanarsa, pozuntuya yol vermiş media subyektlərinə rəsmi xəbərdarlıq ediləcək və xəbərdarlıqlar Agentliyin rəsmi informasiya resurslarında yerləşdiriləcəkdir. Xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq, növbəti tədbirlərin görülməsi təmin olunacaq.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bütün media subyektlərini peşəkar və məsuliyyətli olmağa, eyni zamanda, informasiya alan tərəflərin də hüquqlarına hörmətlə yanaşmağa çağırır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 922 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKirayə ödəyərək ev sahibi olmaq mümkündürmü?
"Kirayə yolu ilə mənzilə sahibolma vətəndaşın mənzildə kirayəçi kimi yaşaması və müqavilə üzrə aylıq ödənişləri vaxtında həyata keçirməsi nəticəsində müəyyən müddətin sonunda həmin mənzilin mülkiyyətini əldə etməsinə imkan verən mexanizmdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzr
27.08.2026 216 Zelenskinin Ofisi: Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər
Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabr ayında baş tuta bilər. "UNİAN" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib. Onun sözlərinə görə, Ukrayna danışıqları dirçəltmək istəyir. "Ümid edirəm ki, amerikalılar da bu görüşdə iştirak edəcək
27.08.2026 150 Qızıl və gümüş bahalaşdı
Qızılın qiymətində volatillik davam edir. xəbər verir ki, Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 26 dollar artaraq 4.620 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.37% bahalaşaraq 69.03 ABŞ dolları təşki
27.08.2026 117 Sabah Ay tutulacaq
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə "Qafqazinfo"ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitini
27.08.2026 181 Başdakı səslər: alimlər şizofreniya xəstələrinin onu niyə eşitdikləriniAÇIQLADILAR
Başdakı səslər zehni pozğunluğu olan bir insanın psixi pozğunluğunun əsas möhürüdür. Şizofreniya xəstələri onları tez-tez eşidirlər və indi elm adamları, nəhayət bu prosesin mexanikasını başa düşüblər. xarici KİV-ə istinadən bildirir ki, yeni tədqiqata əsasən, "səslər" beynin motor sistemində
27.08.2026 176 Anar Nağılbazın atasının vəziyyəti ağırdır
Məlum olduğu kimi, Əməkdar jurnalist, sabiq deputat Rizvan Cəbiyevin səhhəti reper oğlu Anar Nağılbaz rəhmətə getdikdən sonra pisləşmişdi. OLAY yazır ki, Bakıvaxtı.az sabiq deputatın son durumunu öyrənmək üçün onun ailə üzvləri ilə əlaqə saxlayıb. Rizvan Cəbiyevin həyat yoldaşı Şərqiyyə Cəbiyeva bildiri
27.08.2026 263 Süni intellektə emosional bağlanmaq: Yeni psixoloji təhlükə
"Süni intellektlə danışmaq, ondan məsləhət almaq və fikirlərimizi bölüşmək mümkündür. Bu, bir çox insan üçün müəyyən dərəcədə rahatladıcı ola bilər. Çünki süni intellekt 24/7 əlçatandır, istifadəçini mühakimə etmir və səbirli şəkildə cavab verir". Bunu BİG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssi
27.08.2026 181 35 dərəcə isti olacaq
Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti
27.08.2026 198 Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu
Məşhur aparıcı Elnarə Təhməzova bu il həyatında yeni və maraqlı bir səhifə açıb. "Qafqazinfo" xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya fakültəsinə qəbul olunaraq yenidən tələbə adını qazanıb. Televiziya rejissorluğu üzrə həm bakalavr, həm də magistr təhsili olan E.Təhməzov
27.08.2026 241