Binəqədidə su kəmərində qəza olub - FOTO
Binəqədi qəsəbəsi 1-ci mədən 30-cu korpus ərazisindən keçən 160 mm diametrli, təzyiqli magistral su kəmərində qəza baş verib.
"Azərsu" ASC-dən verilən məlumata görə, su sızması magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilmiş 170 nömrəli fərdi yaşayış evinin altında yaranıb. Qəza nəticəsində ərazidə olan bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətləri də su altında qalıb.
Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra "Azərsu" ASC-nin, rayon İcra Hakimiyyəti və bələdiyyənin əməkdaşları qəza yerinə baxış keçiriblər. Məlum olub ki, qəza həmin yaşayış evinin yataq otağının alt hissəsində baş verib ki, bu da həmin yerdə texnikanın işləməsini mümkünsüz edib. Mənzil sahibi tərəfindən evin döşəməsi sökülərək qəzanın yeri müəyyən edilib.
"Azərsu" ASC-nin qəza briqadası tərəfindən su axıntısının qarşısı müvəqqəti olaraq alınıb. Hazırda qəzanın tam aradan qaldırılması üçün işlər davam etdirilir.
Qeyd edilib ki, fərdi yaşayış evlərinin və obyektlərin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, tikintilərin magistral və paylayıcı su xətlərinin mühafizə zonasında, hətta bəzi hallarda üzərində aparılması baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaradır. Texniki vasitələrlə qazıntı işlərinin aparılması mümkün olmadığından təmir-bərpa işləri olduqca çətin şəraitdə həyata keçirilir və uzun müddət çəkir. Təhlükəsizlik qaydalarına görə, təmir-bərpa işlərinin aparılması üçün kəmərin mühafizə zonası tam boşaldılmalı, texnikanın sərbəst hərəkətinə şərait yaradılmalıdır. Əksər hallarda mənzil və obyekt sahibləri bununla razılaşmır, nəticədə təmir işlərinin başa çatdırılması xeyli vaxt aparır.
Ötən müddətdə Biləcəri qəsəbəsi Məlikaslanov küçəsi, Binəqədi yolu 3-cü döngə, Xətai rayonu kənd Əhmədli, Nizami rayonu Azər Manafov, Çobanzadə küçələri və s. ərazilərdə magistral su xətləri və kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılmasına kommunikasiya xətləri üzərində qanunsuz tikilmiş fərdi yaşayış evləri və obyektləri çətinliklər yaradıb.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 905 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 0 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 184 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
08.11.2026 184 Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"
ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman
08.11.2026 187 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto
"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib
08.11.2026 199 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 190 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 273 NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin
08.11.2026 198 İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd
08.11.2026 195