Ekspert: "Rusiyalı rəsmilərin dediklərinə baxmayaraq, Ukraynada "Bayraktar" zavodu tikiləcək"
"Rusiyalı rəsmilərin dediklərinə, arzu və istəklərinə baxmayaraq, Ukraynada "Bayraktar" zavodu tikiləcək və işləyəcək".
Bunu "Report"un Şərqi Avropa bürosuna ukraynalı ekspert Dmitriy Qromakov bildirib.
O xatırladıb ki, bu günlərdə "Bayraktar Akıncı" şirkətinin rəhbərliyi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub. Görüş zamanı Ukrayna ərazisində "Bayraktar" zərbə pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodun tikintisi ilə bağlı niyyət bir daha təsdiq olunub. Buna cavab olaraq Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, belə bir zavodun tikintisi həyata keçirilərsə, bu, Rusiyanın hərbi əməliyyatları üçün hədəf olacaq.
"Lakin təcrübə göstərir ki, zaman keçdikcə, Rusiya raketlərinin Ukrayna Hərbi Hava Hücumundan Müdafiə Qüvvələrindən yayınaraq ölkənin dərinliklərinə zərbə endirmək imkanları azalır. Buna görə də rusiyalı rəsmilərin arzu və istəklərinə baxmayaraq, bu zavod tikiləcək və işləyəcək. Onun harada tikiləcəyi və fəaliyyət göstərəcəyi isə təminat və Ukrayna ərazilərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərindən asılı olacaq. Vaxt və yer buna əsasən müəyyən ediləcək", - ekspert vurğulayıb.
Qromakov deyib ki, "Bayraktar"lar kifayət qədər effektivdir, buna görə də onlara tələbat böyükdür:
"Ən əsası isə onların sayı həm zavodun, həm də Ukraynanın ərazisini qorumaq üçün kifayət qədər olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 701 Tarix: 20 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Vefa Esthetıc Center"də qanun pozuntuları aşkarlandı - Rəsmi
"Vefa Esthetıc Center" MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi -ın sorğusuna cavab olaraq məlumat verib. Qeyd olunub ki, KİV-d
27.08.2026 188 Rusiya Ukraynaya raket və dronlar atır, hakimiyyət orqanları bildirir
Rusiya cümə axşamı gecəsi Ukraynaya raket və dronlar atıb, paytaxt Kiyev və digər şəhərlər kütləvi hücuma məruz qalıb, Ukrayna hakimiyyəti bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, atılan raketlərə iki "Oniks" gəmi əleyhinə qanadlı raketi
27.08.2026 191 Başdakı səslər: alimlər şizofreniya xəstələrinin onu niyə eşitdikləriniAÇIQLADILAR
Başdakı səslər zehni pozğunluğu olan bir insanın psixi pozğunluğunun əsas möhürüdür. Şizofreniya xəstələri onları tez-tez eşidirlər və indi elm adamları, nəhayət bu prosesin mexanikasını başa düşüblər. xarici KİV-ə istinadən bildirir ki, yeni tədqiqata əsasən, "səslər" beynin motor sistemində
27.08.2026 176 Rus ordusu bu kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Şevçenkovskoye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
27.08.2026 146 Bu pişik balası "Ginnesin Rekordlar Kitabı"na düşdü
ABŞ-ın Viskonsin ştatının Kaukauna şəhərində yaşayan Erebus adlı pişik balası pəncələrindəki barmaqların sayına görə dünya rekorduna imza atıb. Onun ümumilikdə 29 barmağı var və rekord rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"nda qeydə alınıb. xarici mediaya istinadla bildirir ki, Erebus 2026-c
27.08.2026 192 40 il əvvələdək dünyadan xəbərləri yox idi - Zamanı da tanımırlar...
Braziliyanın Amazon bölgəsində yaşayan Amondava xalqı zaman anlayışına yanaşması ilə alimlərin diqqətini çəkir. "Qafqazinfo" xəbər verir ki, Amondava xalqı Uru-Eu-Vau-Vau icmasının bir hissəsidir və Braziliyanın şimal-qərbində, Amazon bölgəsində yaşayır. Onların xarici dünya ilə ilk təmas
27.08.2026 119 Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video
Keniyanın qərbində 33 yaşlı Manasse Lomaçar itkin keçisini axtararkən gözlənilməz kəşfə imza atıb. Çeporor ərazisində çay yatağında qızıl axtaran qadınlara qoşulan Lomaçar təxminən 3 qram qızıl tapıb və onu 36 min Keniya şillinqinə, yəni təxminən 280 dollara satıb. "Qafqazinfo" xəbər veri
27.08.2026 131 Rus bölməsində Azərbaycan tarixi Azərbaycan dilində: digər fənlərə də şamil ediləcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
2026-2027-ci tədris ilindən etibarən tədrisi digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin VII siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq. Elm və Təhsil Nazirliyinin məlumatına görə, hazırda V və VI siniflərdə tətbiq edilən bu yanaşmanın növbəti illərd
27.08.2026 266 DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq
Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur. xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməs
27.08.2026 213