Repetitorlar məktəbləri yersiz edirlər? - "Birinciləri imtahana cəlb etmək ağılsızlıqdır"

Repetitorlar məktəbləri yersiz edirlər? - "Birinciləri imtahana cəlb etmək ağılsızlıqdır""Hər birimiz öz övladımızın təhsil almasında maraqlı olmalıyıq. Övladlarımızı imtahanla sınağa çəkməməliyik. İmtahanı yersiz hesab edirəm".

Bunu birinci sinfə qəbul olunacaq uşaqların repetitor yanına getməsi ilə bağlı Oxu.Az-a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Xatırladaq ki, məktəblərdə birinci siniflərə qəbul imtahanı keçirilir. İmtahandan keçə bilməyən şagird kənarda qalır. Valideyn də məcbur olub, uşağı repetitor yanına qoyur ki, övladı imtahan prosesindən keçə bilsin. Əvvəlki dövrlərdə uşaqlar məktəbə imtahansız qəbul olunurdular. Yəni uşağa oxumağı, yazmağı məktəb öyrədirdi. İndi isə tam fərqli mənzərə yaranıb. Uşaq məktəbə tam hazır vəziyyətdə gedir. Əvvəllər repetitor yanına yuxarı siniflərdə gedirdilərsə, indi ibtidai, hətta birinci sinif şagirdi olmayan uşaqlar da gedirlər.

Maraqlıdır, bu nədən irəli gəlir? Məsələnin kökü təhsilin zəifliyindəmi dayanır, yoxsa başqa amillər var?

Ş.Əsgərovun sözlərinə görə, birinci sinfə gedəcək uşağın imtahan verməsi ağılsız addımdır:

"Güman edirəm ki, hər bir dövlət öz uşağının, gəncinin təhsil almasında maraqlı olmalıdır. İmtahanı yersiz hesab edirəm. Birinci sinifə daxil olmaq üçün uşaqlar imtahan verməməlidirlər. Müharibə şəraitində böyümüş uşaqları yenidən imtahan edib, birinci sinfə götürmək çox ağılsız bir şeydir. Bununla razı deyiləm. Uşaqlar imtahan edilməməlidirlər. Onlar məktəbdə müəllimdən öyrənməlidirlər, repetitordan yox".

Bəs övladını birinci sinfə hazırlayan və artıq bu illəri geridə qoyan valideynlər bu barədə nə düşünürlər?

Övladını birinci sinifə hazırlayan valideyn Nabat Quliyevanın sözlərinə görə, imtahandan keçmək üçün məcbur qalıb o da uşağını repetitor yanına qoyub:

"Qızım Nuray bu il birinci sinfə getməlidir. Bunun üçün bir il öncə onu məktəbəhazırlıq qruplarına qoydum. Əlavə olaraq dil fənləri üzrə də repetitor yanına apardım. İmtahandan keçməsi üçün ona çox kömək oldu. Nuray artıq birinci sinfə tam hazırdır. Məktəbdə dərslərindən çətinlik çəkməyəcəyini düşünürəm".

N.Quliyeva qeyd edib ki, məktəb getmədən öncə uşağın hazırlaşması ona çox kömək olur:

"Düzdür, əvvəllər belə deyildi. Uşaqlar dərslərini məktəbdə öyrənirdilər. Lakin indi dövr dəyişib. Biz də ona uyğunlaşmağa çalışırıq. Övladlarımızın savadlı olması üçün əlimizdən gələni edirik. Düşünürəm ki, məktəbə getmədən öncə hazırlıq prosesi uşağa çox kömək olur".

Övladlarını illər öncə birinci sinfə hazırlayan valideyn Elşad Qarayev isə əlavə edib ki, uşaq oxumağı, yazmağı məktəbdə öyrənməlidir:

"İki övladım var. Biri 10-cu, digəri 7-ci sinfi bitirib. Məktəbə getməmişdən öncə mən onları repetitor yanına qoymamışam. İlk öyrəndikləri məktəbdən olub. Yuxarı siniflərdə repetitor yanına gediblər. Bunu inkar edə bilmərəm".

E.Qarayev qeyd edib ki, repetitor yanına gedən uşaqlar üçün artıq məktəb maraqsız olur:

"İndi məktəbəhazırlıq qrupları yaradılır. Valideynlər uşaqları həmin qrupla yanaşı, əlavə müəllim yanına da qoyurlar. Bu, düzgün deyil. Uşaqları rahatlığa alışdırırlar. Uşaq məktəbə nəyə görə getdiyini bilməlidir. Hazır şəkildə gedən uşaq üçün artıq məktəb mənasız olur. Bu tendensiya aradan qaldırılmaldır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 960   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 258
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 284
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 301
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 247
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 183
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 208
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 0
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 247
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 290
.