Firəngiz Rəhimbəyovanın son sözləri: "Azərbaycanda qalsaydım..."
"Dedi-qodular, aravurmalar, bir-birinin ayağının altını qazma halları, bir sözlə çirkin münasibətlər həddindən artıq çoxalıb. Belə yaramaz..."
Kulis.az xəbər verir ki, bu sözləri bu yaxınlarda vəfat edən aktrisa-müğənni Firəngiz Rəhimbəyovaya mətbuata verdiyi sonuncu müsahibəsində söyləyib. O, öz həmkarlarını nəzərdə tutaraq əlavə edib:
"Bu, yalnız onu göstərir ki, həmin insanlar öz yaradıcılıqlarına, istedadlarının potensialına inamsızdırlar. Hansı zirvəyə çatırsan çat sən, ilk növbədə, insan olaraq qalmağı bacarmalısan. Əgər buna iqtidarın çatmırsa, davranışında həmkarlarına qarşı etikaya sığmayan hörmətsizliyə, etinasızlığa yol verirsənsə, deməli, sən bir sənətkar olaraq ayaq üstə möhkəm dayanmağı hələ bacarmırsan. Nə yaxşı ki, mən bütün bunlardan uzağam".
Son müsahibəsində Firəngiz Rəhimbəyova Amerikada yaşadığı günlərdən də söhbət açıb:
"Los-Ancelesdə "Rossiya" restoranında mütəmadi olaraq "Bakı axşamları" təşkil edirəm. Bu axşamlar təkcə Los-Ancelesdə kifayət qədər saya malik azərbaycanlıların, yaxud, ümumiyyətlə, keçmiş bakılıların və eks-sosialist insanlarının deyil, bütün digər millətlərin marağına səbəb olur. Hətta restoranın zalı çox zaman darlıq edir. Musiqimizi təbliğ etməklə yanaşı restoranın aşpazlarına milli mətbəximizin əvəzolunmaz təamlarını bişirməyi də öyrədirəm... Bakı axşamları çox maraqlı keçir - biz paytaxtımızın tarixinə aid faktları xatırlamaqdan yorulmuruq. Belə söhbətlər xatirələrimizi, təəssüratlarımızı təzələmək imkanı verir. Həmyerlilərimizin toy məclisləri mütləq azərbaycansayağı keçir".
Firəngiz Rəhimbəyovanın Bakını tərk etməyinin əsas səbəblərindən biri ailəsi ilə bağlı olub. Belə ki ailəsinin yeganə və həm də ən yaxın üzvləri olan dayısı ilə böyük bacısı uzun illər idi ki, okeanın o tayında yaşayırmışlar: "Və mən heç cürə onlardan ayrı yaşamaq istəmirdim. Daha bir səbəb isə qızımla əlaqəlidir. O mənada ki, mən həmişə istəmişəm ki, qızımı yaxşı bir gələcəklə təmin edim. Bu isə, ilk növbədə, mükəmməl təhsil almaq deməkdir. Mükəmməl təhsil, müvafiq iş və yaşayış mühiti insanın öz arzu və planlarını həyata keçirməsindən ötrü zəruri amillərdir.
Buna görə də mən öz karyeramı qurban verdim. Baxmayaraq ki o vaxt Bakıdakı yaradıcılığım çox gözəl tərzdə və intensiv şəkildə inkişaf edirdi. Güman edirəm ki, Azərbaycanda qalsaydım, belə də davam edəcəkdi. Amma indi hesab edirəm ki, özümü karyerama qurban vermiş adam kimi hiss etməməliyəm. Çünki hələ bundan sonra da bir sənətçi olaraq sözümü deyə bilərəm. Ona görə bu qənaətdəyəm ki, bir müğənni kimi formadayam, daim öz üzərimdə işləyirəm və ən vacibi vətənimdə unudulmadığımı bilirəm, dəfələrlə bunun şahidi olmuşam, bundan böyük, bundan güclü dayaq ola bilməz. Məni sevən, mənim sənətimə dəyər verən hər bir dinləyicimə sonsuz minnətdarlığımı bildirirəm".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 205 Anasının evində əşyalara əl vurulmasını qoymur
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda
07.11.2026 365 Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI
Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar
00:08 231 "Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
01.11.2026 527 Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il
01.11.2026 798 Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
02.11.2026 683 Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 752 Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
12:10 139 Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:
00:10 295